Raymond Ramazani Baya (16 iyun 1943 – 1 yanvar 2019) — Konqo Demokratik Respublikası siyasətçisi. O, bir müddət ölkəsinin xarici işlər naziri olmuşdur.[2] Baya 23 iyul 2004-cü ildə vitse-prezident Jan-Pyer Bemba tərəfindən bu vəzifəyə təyin edilmiş və hökumət nəzdində fəaliyyət göstərməyə başlamışdır.
Raymond Ramazani Baya | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 iyun 1943[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 2019[1] (75 yaşında) |
Fəaliyyəti | siyasətçi, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Ramazani prezident Mobutu Sese Sekonun hakimiyyəti dövründə bir çox vəzifədə çalışmışdır. O, bir müddət İnformasiya Naziri[3] və ölkəsinin Fransada səfiri kimi fəaliyyət göstərmişdir.[4]
Bir il sonra Mobutu devrildikdən sonra Ramazani Loran Kabilanın yeni hökumətində işləməkdən imtina etmişdir. O, mərkəzi Qbadolitdə yerləşən və Jan-Pyer Bembanın başçılıq etdiyi üsyançı qrup olan Konqo Azadlıq Hərəkatına qoşulmuşdur. 2003-cü ildə qrup digər üsyançı qruplarla birləşdi və Cozef Kabila hakimiyyətə gəldi. Bemba vitse-prezident oldu və o, digərləri arasından xarici işlər naziri seçmək hüququnu əldə etdi. Antuan Qonda xarici işlər naziri oldu. Bu müddətdə Ramazani Bembanın diplomatik əlaqələr üçün ən mühüm məsləhətçisi kimi çalışmışdır. 2004-cü ildə Qonda vəzifəsindən azad ediləndən sonra Ramazani yeni xarici işlər naziri təyin olundu. Onun səlahiyyəti 2007-ci ilin fevral ayında başa çatdı. O, Cozef Kabilanın ikinci dəfə prezidentliyi dövründə Baş nazir Antuan Gizenqa təyin olunduqdan sonra bu vəzifədən azad edilmişdir. Baya 1 yanvar 2019-cu ildə vəfat etmişdir.[5]
Raymond Ramazani Baya, universitaire, ex-journaliste et ancien ambassadeur à Paris...