Leyla Nurəddin qızı Ramazanova (d. 30 avqust 1988, Bakı) — Azərbaycanlı müğənni və aparıcı.
Leyla Ramazanlı | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aparıcı |
Fəaliyyət illəri | 1991-indiyədək |
Janrlar | pop, rok, klassik |
Leyla Nurəddin qızı Ramazanova 1988-ci ilin 30 avqustunda Bakı şəhərində anadan olmuşdur. Atası Nurəddin Ramazanov Birinci Qarabağ müharibəsi zamanı Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.[1][2] Leyla ibtidai təhsilini 132 saylı orta məktəbdə almışdır. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisad Universtitetinin Beynəlxalq İqtisadi Münasibətlər, ikinci ali təhsilini isə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Sənəti fakültəsində almışdır. 3 yaşından Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının Cücələrim mahnı ve rəqs ansamblında rəqs, piano, vokal dərnəklərində məşğul olub.[3] Cücələrim ansamblı ilə birlikdə dünyanın bir çox ölkələrində Fransa, İspaniya, Türkiyə, Almaniya, Brazilya və s. Azərbaycan incəsənətini təmsil edib. İlk cıxışı 3 yaşındaykən Heydər Əliyev adına Sarayda Cücələrim mahnısını ifa edib. 7 yaşındaykən Eldar Mansurovun bəstəsi olan "Vətən" adlı mahnını ifa edib.[3] 7 yaşından 18 yaşınadək Azərbaycan Dövlət Televiziyasının Uşaq Gənclər redaksiyasında "Sehirli güzgü" "Pəncərə" ve başqa verilişlərin aprıcısı olub. İlin müğənnisi, Qran-pri (Qələbə mahnısına görə), İlin klipi, ilin mahnısı və digər mükafatlara layiq görülmüşdür. 2012-ci ildə türk müğənnisi Emre Aydınla birgə Buta Palace-da konsert vermişdir.[4] [5] Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında bədii rəhbər[6], Bakı Şəhər Mədəniyyət Baş İdarəsində menecer, Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında direktor vəzifəsində çalışmışdır. Hal-hazırda Dövlət Sərhəd Xidmətinin Mədəniyyət mərkəzində çalışır. 18 klipi, 40-dan çox mahnısı var.
2019-cu ildə ailə həyatı qurmuş[7], bir oğlu var.[8]