Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərdabə
Sərdabə — farsca sərdab – zirzəmi, yeraltı otaq deməkdir. Daxilində bir və ya bir neçə məzarın olduğu memarlıq abidəsi, tikilidir. Belə sərdabələrdə əsasən yüksək rütbəli şəxslər və onların ailə üzvüləri dəfn olunurdu.
Sərdabə (Ərdəbil)
Sərdabə (fars. سردابه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (4 ailə).
Mərdabad (Sərab)
Mərdabad (fars. مردآباد‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (13 ailə).
Sərdha (Sərab)
Sərdha (fars. سردها‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,230 nəfər yaşayır (324 ailə).
Zərdabi
Zərdabi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbədə tam orta məktəb, valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbi, uşaq bağçası, xəstəxana, ruhi əsəb xəstələri üçün dispanser fəaliyyət göstərir. Həmçinin qəsəbədə yay və qış klubları, istirahət parkı, 1941-1945-ci il müharibəsinin iştirakçılarının şərəfinə ucaldılmış abidə və park yerləşir. == Əhali == Əhalisi 11256 nəfərdir. == Elm == Qəsəbədə 1964-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir.
Zərdab
Zərdab – Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati mərkəzi. == Tarixi == Öz coğrafi mövqeyinə görə bir zamanlar Kürdən əlverişli keçid kimi mühüm strateji rol oynamışdır. Zaman-zaman uzaq ölkələrdən yola çıxan səyyahlar, karvanlar və qoşunlar Kür çayını Zərdab ərazisindən keçmişlər. Mənbələrdə göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları 1500 −1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Şamaxıya getmişdir. 1 Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçmiş, Zərdaba gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Professor Oqtay Əfəndiyev Azərbaycan Səfəvilər dövləti əsərində belə yazır: I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zilhiccənin 11-də (fevralın 2-də) (bu, tarixi mənbələrdə Zərdabın qədim adını ifadə edir) keçidinin yanından Kürü keçdi… Əli Şabana gəldi. Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxırdı və indi bunların bir çox nümunələri Zərdab tarix diyarşunaslıq muzeyində eksponad kimi nümayiş etdirilir. Ümumiyytlə 1578-ci ilə aid tarixi mənbələrdə Zərdabın adına rast gəlinir. Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir, xəstəlik yayan sarı su mənasını verdiyini bildirir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər.
Sərab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir. == Etimologiyası == Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır. Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur. Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır. X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir.
Həsənbəy Zərdabi
Həsən bəy Zərdabi (tam adı: Həsən bəy Səlim bəy oğlu Məlikov; 28 iyun 1837, Zərdab, Göyçay qəzası – 28 noyabr 1907, Bakı) — Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim, "Əkinçi" qəzetinin redaktoru və Azərbaycan milli mətbuatının banisi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.. == Həyatı == Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1842-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir. Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.
Sərdari xalçaları
Sərdari xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
Zərdabi bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağbulaq (Sərdar)
Ağbulaq-Sərdar — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mahnişan şəhristanının Ənquran kəndistanında, Mahnişan şəhərindən 28 km cənub-qərbdədir.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Bıçaqçı (Zərdab)
Bıçaqçı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sahilində yerləşir. == Tarixi == Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880–1890-cı illərdə "Zərdabdan məktublar" başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir. Tarixdən Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir. Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır. Deyilənə görə, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış və buraya ilk sakinlər Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Bıçaqçı kəndində doğulmuşdur. == Mədəniyyəti == Kənddə bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS, modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir.
Bəyimli (Zərdab)
Bəyimli — Azərbaycan Respublikasının Zərdab rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Qəsəbə Şirvan düzündədir. Yaşayış məntəqəsi XX əsrin 20-ci illərində Bəyimli adlı ərazidə salınmışdır. Kəndin ərazisi əvvəllər Ağsu rayonunun Bəyimli kəndinə məxsus qışlaq yeri olmuşdur.
Cilovxanlı (Zərdab)
Cilovxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Şirvan düzündə yerləşir. == Tarixi == Clovxan variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsi muğanlı tayfasının cilovxanlı tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, bu nəsil Salyan rayonu ərazisindən gəlmişdir.
Hüseynxanlı (Zərdab)
Hüseynxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə 1 natamam orta məktəb, 1 uşaq bağçası var. == Əhalisi == Kənd əhalisinin sayı təxminən 800 nəfərdir.[mənbə göstərin] == İqtisadiyyatı == Əhali əsasən əkinçılık və maldarlıqla məşğul olur. == İdman == Rayonda ən yaxşı futbol oynayanlar Qaravəlli kəndi ilə yanaşı bu kənddə toplanıb. == İnfrastruktur == 2014-cü ilin noyabr ayının 27-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Salahlı (Zərdab)
Salahlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. == Din == Kənddə Salahlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Sarıqaya (Zərdab)
Sarıqaya — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Sərdar (SEPAH)
Sərdar (fars. سردار‎) – təxminən generala bərabər tutulan, İkinci Briqada generalı və İslam İnqilabı Keşikçiləri Korpusunda yüksək hərbi rütbəli zabitlər, İran İslam Respublikasının Hüquq-mühafizə Qüvvələrinin komandanları, köhnə hərbi və ya İslam İnqilabı Komitələrində, eləcə də İran İnqilabı Təşkilatı komandirləri üçün istifadə edilən yüksək hərbi fəxri ad. Sərdarların əksəriyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Komanda və Qərargah Universitetinin məzunlarıdır. İran İslam Respublikası Ordusunda istifadə olunan Əmir (və yaxud Timsar) rütbəsinə bərabər hesab olunur.
Sərdar (Türkmənistan)
Qızılarbat (sabiq adı Sərdar) — Türkmənistan Respublikasının Balkan vilayətində etrap tabeli şəhər.
Sərdar Abdullayev
Sərdar Süleyman oğlu Abdullayev (21 yanvar 1951, Yanşaq, Kəlbəcər rayonu) — azərbaycan əsilli Rusiya iş adamı, iqtisad elmləri doktoru, professor, İnformasiyalaşdırma Beynəlxalq Akademiyasının həqiqi üzvü, Azərbaycan "Tərəqqi" medalı laureatı. == Həyatı və fəaliyyəti == Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) "Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi" ixtisası üzrə bitirəndən sonra təyinatla Kalinin vilayətinin Belıy şəhərinə göndərilib, orada Kalinin vilayəti "Kalininmeliorasiya" İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsində (PMK-2) mühəndis-mexanik, daha sonra baş mexanik vəzifələrində işləyib. 1977–1980-ci illərdə Sov. İKP Belski rayon komitəsinin təlimatçısı, 1980–1982-ci illərdə isə Kalinin vilayəti "Kalininmeliorasiya" İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsinin (PMK-2) rəisi olub. 1982-ci ildə S. Abdullayev Kalinin (indiki Tver) vilayətindəki "Kalininselstroy" İstehsalat Birliyində işə dəvət edilib, 1982–1986-cı illərdə orada 1316 №-li İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstənin (SPMK-1316) rəisi, sonra isə "Kalininselstroymexanizasiya" trestinin müdiri olub. 1986-cı ildən S. Abdullayev "Kalininqrajdanstroy" vilayət İstehsalat Birliyi rəisinin müavini, sonra rəisin birinci müavini vəzifəsində işləyib. Özünü yüksək ixtisaslı mütəxəssis və texniki cəhətdən savadlı rəhbər kimi tanıtmış S. Abdullayev 1991-ci ilin may ayından bu birliyin rəisi təyin edilib, 1993-cü ilin iyul ayından bu günə qədər "Tverqrajdanstroy" Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edir. "Tverqrajdanstroy" şirkətinə S. Abdullayevin rəhbərlik etdiyi illər ərzində onun bilavasitə iştirakı ilə Tverdə və Tver vilayətində milyonlarla kvadratmetr mənzil sahəsi, sənaye və sosial əhəmiyyətli iri obyektlər istifadəyə verilib. Şirkətdə Rusiyanın və xarici ölkələrin — Almaniya, Kanada, Böyük Britaniya, Finlandiya və Türkiyənin inşaat firmaları ilə işgüzar əməkdaşlığa, onların köməyi ilə yeni texnologiyaların və inşaat materiallarının istehsalatda tətbiqinə xüsusi diqqət yetirilir.
Sərdar Amin
Sərdar İmaməddin oğlu Tağıyev və ya Sərdar Amin (4 yanvar 1988, Zərdabi, Quba rayonu) — azərbaycanlı yazıçı. == Həyatı == Sərdar Amin 1988-ci il yanvarın 4-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur. Ailəlidir. Bir qızı var. == Fəaliyyəti == 2013-cü ildən Sərdar Amin imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir. RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib.
Sərtab Ərənər
Sərtab Ərənər (d. 4 dekabr, 1964) — Türk pop müğənnisi, 2003-cü ildəki Avroviziya Mahnı Müsabiqəsinin qalibi. == Albomları == Sakin Ol!
Sərdar Azmun
Sərdar Azmun (fars. سردار آزمون‎, 1 yanvar 1995, Günbədkavus, Mazandaran ostanı) — 1995-ci ildə İranının Günbədkavus şəhərində anadan olub. Rusiya milli futbol çempionatının yüksək liqasında çıxış edən Rubin Kazan klubunun hücumçusudur.
Sərdar Bayramov
Sərdar Bayramov (tam adı: Sərdar Bayram oğlu Bayramov; 10 may 1956, Azaflı, Tovuz rayonu) — azərbaycanlı alim, texnika elmləri namizədi, 11 ixtira və 31 elmi əsərin müəllifi, 6 konfrans iştirakçısı, "Neftqazelmitədqiqatlayihə" institutunun dosenti. == Həyatı == Sərdar Bayram oğlu Bayramov 10 may 1956-cı il tarixində Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kəndində ziyalı ailəsində anadan olub. 1963-cü ildə Azaflı kənd 8 illik məktəbinin birinci sinfinə getmişdir. 1971-ci ildə Azaflı kənd 8 illik məktəbinin 8-ci sinfini bitirib, qonşu kənd olan Bayramlı kənd orta məktəbinin 9-cu sinfinə getmişdir. 1973-cü ildə Bayramlı kənd orta məktəbinin 10-cu sinfini bitirmidir. 1973–1974-cü illərdə Tovuz rayonu Qələbə şərabçılıq zavodunda fəhlə işləmişdir. 1974-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (M. Əzizbəyov adına Azərbaycan neft və kimya institutu) neft-mexanika fakültəsinin 05.08 – neft və qaz mədənlərinin maşın və avadanlığı ixtisasına girmiş və 1979-cu ildə həmin ixtisası müvəffəqiyyətlə bitirmişdir. 1979–1982-ci illərdə "Bakı fəhləsi" maşınqayırma zavodunda təyinatla gənc mütəxəssis kimi usta işləmişdir. 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istehsalatdan ayrılmaqla aspiranturasında təhsil almışdır. 1982–1991-ci illərdə həmin institutun "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" kafedrasında kiçik elmi işçi, 1991–1993-cü illərdə "Materiallar müqaviməti" kafedrasında böyük elmi işçi, 1993-cü ildə böyük laborant vəzifəsində işləmişdir.
Albaniya şərabı
Albaniya şərabı bənzərsiz şirinlik və yerli sortları ilə xarakterizə olunur. Albaniya 2009-ci ildə təxminən 17.500 ton şərab istehsal etmişdir. Kommunizm dövründə istehsal sahəsi 20.000 hektara (49.000 akra) qədər genişləndirilmişdir. == Tarix == Albaniya Avropanın ən uzun bağçılıq tarixlərindən birinə malikdir. Bu günün Albaniya bölgəsi buzlaq çağı əsnasında üzümün təbii olaraq yetişdiyi nadir yerlərdən biri olmuşdur. Bölgədəki ən qədim toxumların 4.000 ilə 6.000 yaş arasında olduğu müəyyən olmuşdur. Antik Roma yazıçısı Kiçik Plini İllirya şərabını açıqlayarkən "çox şirin və ya ləzzətli" və "bütün şərablar arasında üçüncü sıranı aldığını" ifadə etmişdir. Alban ailələrin ənənəvi şərab və rakı hazırlamaq üçün öz bağçalarında üzüm yetişdirdiyi bilinməkdədir. Osmanlı işğalı dövründə üzüm bağı bir eniş yaşadı və ümumiyyətlə xristianlığın yayıldığı əksər bölgələr də bu müşahidə olundu. === Kommunizmdən bu günə === Müstəqillikdən sonra bağçılıq dərhal geniş sahələrə yayıldı, amma 1933-cü ildə üzüm biti tərəfindən az qala yox edildi.
Sertab Erener
Sərtab Ərənər (d. 4 dekabr, 1964) — Türk pop müğənnisi, 2003-cü ildəki Avroviziya Mahnı Müsabiqəsinin qalibi. == Albomları == Sakin Ol!