Sərdar İmaməddin oğlu Tağıyev və ya Sərdar Amin (4 yanvar 1988, Zərdabi, Quba rayonu) — azərbaycanlı yazıçı.
Sərdar Amin | |
---|---|
Sərdar İmaməddin oğlu Tağıyev | |
Təxəllüsü | Sərdar Amin |
Doğum tarixi | [1] |
Doğum yeri | Quba, Azərbaycan SSR[2] |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
|
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 2013-cü ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Tanınmış əsəri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sərdar Amin 1988-ci il yanvarın 4-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur.[3][4] Ailəlidir. Bir qızı var.
2013-cü ildən Sərdar Amin imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir.[5]
RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib.[6] Ədəbiyyat sahəsində ən uğurlu telelayihələrdən olan "Yeni səhifə" ədəbi verilişinin müəllifi və aparıcısı olub. "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi və redaktor, Kulis.az mədəniyyət portalında redaktor vəzifəsində çalışıb.
2021-ci ildə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəni Tədbirlərin Təşkili Mərkəzinin jurnalı ona həvalə olunub.[7]
2013-cü ildə "Qaratoyuq nəğməsi" adlı ilk romanı işıq üzü görüb.[8][9]
2015-ci ildə "Şeiraltı" şeirlər kitabı nəşr olunub.[10][11]
2018-ci ildə müəllifin növbəti kitabı - "Su sərgisi" romanı çapdan çıxıb.[12][13][14]
2020-ci ildə "Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" adlı araşdırma kitabı işıq üzü görüb.[15][16][17][18]
2022-ci ildə "Şişirdilən məşhurlar, cırılan maskalar, kölgədə saxlanan şəxsiyyətlər – İfşa" adlı kitabı işıq üzü görüb. Kitabda yazıçının müxtəlif vaxtlarda qələmə aldığı portret yazılar və esselər yer alıb.[19][20]
Müəllifi olduğu "Rənglər" sosial çarxı "Azərbaycan ailəsi" film festivalının xüsusi mükafatına, "Almafobiya" booktraileri III Booktrailer festivalında III yerə layiq görülüb. "Su sərgisi" romanına görə 2019-cu ildə Ədəbiyyat üzrə "Uğur" mükafatına layiq görülüb.[21][22][23]
2019-cu ildə esse və məqalələrinə görə "Əli bəy Hüseynzadə mükafatı" alıb.[24][25]