Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saxaroza
Saxaroza (C12H22O11), disaxaridlərin ən mühüm və ən çox yayılmış nümayəndəsi olub əsasən, şəkər çuğundurunun (12–20%) və şəkər qamışının (14–26%) tərkibində olur. Ona görə də onu şəkər çuğundururu və ya qamış şəkəri adlandırırlar. Saxaroza, həmçinin, bir çox meyvə və tərəvəzlərin tərkibinə daxildir. Saxarozanın molekulu α-qlükoza və β-fruktozanın qalıqlarından ibarətdir. Saxarozanın əmələ gəlməsində hər iki monosaxaridin qlikozid-OH qrupları iştirak edir və nəticədə qlükoza və fruktoza bir molekul su ayıraraq bir-birilə oksigen atomu vasitəsilə birləşir. == Alınması == Sənayedə saxaroza şəkər qamışından və şəkər çuğundurundan ayrılır. Bunun üçün çuğundur xüsusi maşında xırda doğranılır və üzərinə qaynar su əlavə edilib qarışdırılır. Bu zaman çuğundurun tərkibindəki saxaroza həll olaraq məhlula keçir. Kənar qatışıqları çökdürmək üçün məhlul əhəng südü ilə işlənilir. Bu prosesdə saxaraza kalsium — hidroksidlə C12H22O11•CaO•2H2O tərkibli kalsium-saxarat əmələ gətirir.
Savarona
Savarona — Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün yaxtası 1931-ci ildə 4 milyon dollara tikilən "Savarona" 7 il sonra, 1938-ci ildə Türkiyə tərəfindən satın alınıb və Atatürkün ixtiyarına verilib. Atatürk bu yaxtada hökumətin iclasını keçirib, dünya liderlərini qəbul edib. Atatürkün vəfatından sonra yaxta Türkiyə Gəmiçilik İdarəsinə verilib. 1989-cu ildə isə yaxta Kahraman Sadıkoğlu tərəfindən 49 illiyinə satın alınıb. == Mənbə == Atatürkün yaxtasında fahişəxana təşkil olunurmuş!
Saxara
Səhra (ərəb. صحراء‎, fr. Sahara) və ya Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31. == Relyefi == Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.
Aleksandra Zaxarova
Aleksandra Zaxarova (rus. Алекса́ндра Ма́рковна Заха́рова; d. 17 iyun 1962, Moskva, RSFSR, SSRİ) — Rusiyanın əməkdar artisti (1995); Rusiyanın Xalq artisti (2001), iki dəfə Dövlət mükafatı laureatı. == Həyatı və fəaliyyəti == Aleksandra Zaxarova 17 iyun 1962-ci ildə Moskva şəhərində məşhur teatr və kino rejissoru, professor, ssenarist Mark Zaxarov və aktrisa Nina Lapşinin ailəsində anadan olmuşdur. Uşaqlıq illərində anası onu tez-tez özü ilə teatra aparırdı. Beləliklə yaradıcı mühit onda erkən yaşlarından sənətə həvəs oyatmışdır. İncəsənət mühitində böyüyən Aleksandra arfa musiqi alətində ifa etməyi öyrənmişdir. Əsas arzusu isə anası kimi aktrisa olmaq idi, lakin orta məktəbdə dərsə davamiyyəti ilə valideynlərini razı salmamışdır. Onların danlağını eşitməmək üçün cürbəcür çıxış yolu da tapıb. Məktəbə getmək istəməyən balaca ata və anasını inandırmaq üçün məharətlə rol oynayır.
Nadejda Zaxarova
Nadejda Dmitriyevna Zaxarova (9 fevral 1945-ci ildə anadan olmuşdur; Pskov vilayəti, Kudeverski rayonu, Qolovanovo kəndi) - sovet basketbolçusu. SSRİ əməkdar idman ustası (1970). 1958-1976-cı illərdə "Spartak" (Leninqrad) basketbol klubunda çıxış etmişdir. O, 1977-1978-ci illərdə 1978-ci ildə "Qızıl Diana" prizi uğrunda turnirin qalibi olmuş SSRİ gənclərdən ibarət yığma komandasının məşqçisi olmuşdur. N.Zaxarova Rusiyanın əməkdar məşqçisidir (1995). Hazırda basketbol üzrə Sankt-Peterburq 1 nömrəli Olimpiya ehtiyatları məktəbinin məşqçi müəllimidir. Əri SSRİ-nin əməkdar idman ustası Stanislav Qelçinskidir. == Nailiyyətləri == Olimpiya oyunlarının qalibi -1976 Dünya çempionu 1971, 1975 Avropa çempionu - 1968, 1970, 1972, 1974, 1976 SSRİ çempionu - 1974 SSRİ çempionatının gümüş mükafatçısı - 1970-1973, 1975 SSRİ çempionatının bürünc mükafatçısı - 1976 SSRİ xalqlarının VI Spartakiadasının bürünc mükafatçısı - 1975 Universiada çempionu - 1973 Lilian Ronketti Kubokunun qalibi -1975 == Təltifləri == Qırmızı Əmək Bayrağı ordeni, == Xarici keçid == == Ссылки == Олимпийская чемпионка Надежда Захарова отмечает юбилей Arxivləşdirilib 2018-11-21 at the Wayback Machine == Mənbə == Генкин З. А. Баскетбол: Справочник / Авт.-сост. З. А. Генкин, Е. Р. Яхонтов. — М.: Физкультура и спорт, 1983.
Andrey Saxarov
Andrey Dmitriyeviç Saxarov (21 may 1921[…], Moskva – 14 dekabr 1989[…], Moskva) — SSRİ-də insan hüquqları müvəkkili, nüvə fizik və islahatçı. Kommunist olmayan dövlətlərlə iqtisadi və siyasi sahədə əməkdaşlıq əldə olunmasının tərəfdarı olmuşdur. 1975-ci ildə Nobel sülh mükafatı ilə təltif olunmuş, lakin SSRİ hökumətinin təzyiqləri ilə 1986-cı ilə qədər ölkə içində sürgünə göndərilmişdir. == Həyatı == Saxarov 1921-ci il, mayın 21-də Moskvada doğulub, atası- Dmitri İvanovic Saxarov özəl məktəbdə fizika müəllimi və həvəskar pionaçu olmuşdur. Atası sonradan Moskva Dövlət Universitetində fizika müəllimi işləmişdir. Saxarovun babası İvan Rusiya imperiyasında hüquqşünas olmuş, öz dövründə humanist hüququn (ölüm cəzasının ləğvi kimi) qatı müdafiəçisi kimi imperiya ərazisində məşhurlaşmışdı. Saxarovun anası məşhur ordu generalı Alexsey Semenovic Sofianonun (əslən yunan mənşəli) nəvəsi Yekaterina Alekseyevna Saxarova idi. Saxarovun düçüncələrinin formalaşmasında valideynləri ilə yanaşı, ana nənəsi Mariya Petrovna xüsusi rol oynamışdır, anası və nənəsi dindar olsalar da, atası inancsız idi, Saxarov özü isə xatirələrində qeyd etdiyinə əsasən, 13 yaşından inancsız olmuşdur. == Təhsil və karyera == 1938-ci ildə Moskva Dövlət Universitetinə qəbul olsa da, Böyük Vətən Müharibəsinin başlaması ilə əlaqədar Türkmənistana evakuasiya olunmuş və universiteti burada bitirmişdir. 1943-cü ildə Alekseyevna Vikyşvaya ilə evlənən Saxarovun, iki qızı və bir oğlu olmuşdur.
Saxarov mükafatı
Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı (daha çox "Saxarov" mükafatı kimi tanınır) — həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur. SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmişdir. Namizədlərin son siyahısı hər il Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi tərəfindən hazırlanır. Bu komitələrin tərkibindəki Avropa Parlamenti üzvləri sentyabrda son siyahını hazırlayır. Daha sonra son qərar Avropa Parlamentinin Prezidentlər Konfransı (Prezident və siyasi qrup liderləri) tərəfindən verilir və laureatın adı oktyabrın sonunda elan olunur. Mükafat dekabr ayının sonunda Parlamentin Strasburqdakı mərkəzində təşkil edilən mərasimdə verilir. Mükafata 50000 avro məbləğində pul mükafatı da daxildir. Mükafat ilk dəfə Cənubi Afrikadan olan Nelson Mandela və rus Anatoli Marçenkoya eyni zamanda verilmişdir. 1990-cı ildəki mükafat isə Anq San Su Kiyə təqdim olunmuşdur, lakin o, Birmada siyasi məhbus olduğuna görə mükafatı 2013-cü ilə qədər əldə etməyə müvəffəq olmamışdır. Mükafat, həmçinin təşkilatlara da verilə bilir.
Qərbi Saxara
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. == Coğrafiya == Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Saxara köpgəröküzü
Saxara köpgəröküzü (lat. Oryx dammah) — boşbuynuzlular fəsiləsinin köpgəröküz cinsiə aid heyvan növü.
Saxara səhrası
Səhra (ərəb. صحراء‎, fr. Sahara) və ya Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31. == Relyefi == Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.
Qalina Manoxa-Zaxarova
Qalina Manoxa-Zaxarova (qızlıq soyadı: Manoxa; d. 22 mart 1947; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Qalina Manoxa, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında qızıl medal qazanıb. Qalina Manoxa, həmdə Dünya Çempionatlarında 1 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Qalina Manoxa, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Qərbi Saxara döyüşləri (2020)
Qərbi Saxara döyüşləri - 2020-ci il 13 noyabrda başlamış, və hal-hazırda Mərakeş və Qərbi Saxara dövlətləri arasında davam edən döyüşdür. == Reaksiyalar == Rusiya - Rusiya Mərakeşi qınayaraq hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib Mavritaniya - Mavritaniya Qərbi Saxara ilə olan sərhədini bağlayıb. Qətər - Qətər Mərakeşi tam dəstəklədiyini bildirib.
Saxara Ərəb Demokratik Respublikası
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. == Coğrafiya == Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Qərbi Saxarada referendum üzrə BMT missiyası
Qərbi Saxarada referendum üzrə BMT missiyası (ərəb. بعثة الأمم المتحدة لتنظيم استفتاء في الصحراء الغربية‎; fr. Mission des Nations Unies pour l'Organisation d'un Référendum au Sahara Occidental; isp. Misión de las Naciones Unidas para la Organización de un Referéndum en el Sáhara Occidental; MINURSO) — Mərakeş ilə Polisario Cəbhəsi arasındakı qarşıdurmada atəşkəsin yolunu açan Qəsəbə Planının bir hissəsi olaraq 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 690 saylı Qərarına uyğun olaraq 1991-ci ildə qurulmuş, Qərbi Sahardakı Birləşmiş Millətlər Təşkilatının sülhməramlı bir missiyadır. Sahra Ərəb Demokratik Respublikası) mübahisəli Qərbi Sahara ərazisi üzərində (əvvəllər İspaniya Səhrası). MINURSO-nun missiyası atəşkəsi izləmək və Qərbi Sahara xalqının Mərakeşlə inteqrasiya və müstəqillik arasında seçim etməsinə imkan verəcək Qəsəbə Planına uyğun olaraq referendum təşkil etmək və keçirmək idi. Bu, Səhravilər üçün öz müqəddəratını təyin etmək və beləliklə Qərbi Səhranın hələ bitməmiş dekolonizasiya prosesini başa çatdırmaq məqsədi daşıyırdı (Qərbi Səhra, BMT-nin müstəsna ərazilər siyahısında qalan son böyük ərazidir). == Mandat == Birləşmiş Millətlər Təşkilatına görə, MINURSO "əvvəlcə həll planına əsasən səlahiyyət almışdı: atəşkəsə nəzarət etmək; ərazidə Mərakeş əsgərlərinin azaldılmasını yoxlamaq; Mərakeş qoşunlarının və Polisario Cəbhəsi qoşunlarının təyin olunmuş yerlərdə saxlanmasına nəzarət etmək; bütün Qərbi Sahara siyasi məhbuslarının və ya məhbusların sərbəst buraxılmasını təmin etmək üçün tərəflərlə addımlar atmaq; Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən hərbi əsir mübadiləsinə nəzarət etmək; Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) tərəfindən götürüləsi bir vəzifə olan Qərbi Sahra qaçqınlarını geri qaytarmaq; ixtisaslı seçiciləri müəyyənləşdirmək və qeyd etmək; azad və ədalətli referendumu təşkil edir və təmin edir və nəticələrini elan edir; partlamamış hərbi sursat və mina təhlükəsini azaltmaq. == Planlar == Bir müstəqillik referendumu əvvəlcə 1992-ci ilə planlaşdırılırdı, lakin səsvermə hüququ ziddiyyətləri səbəbindən keçirilmədi. Hər iki tərəf bir-birini prosesi təxirə salmaqda günahlandırdı.