Andrey Dmitriyeviç Saxarov (21 may 1921[2][3][…], Moskva[2][6] – 14 dekabr 1989[3][4][…], Moskva[1]) — SSRİ-də insan hüquqları müvəkkili, nüvə fizik və islahatçı. Kommunist olmayan dövlətlərlə iqtisadi və siyasi sahədə əməkdaşlıq əldə olunmasının tərəfdarı olmuşdur. 1975-ci ildə Nobel sülh mükafatı ilə təltif olunmuş, lakin SSRİ hökumətinin təzyiqləri ilə 1986-cı ilə qədər ölkə içində sürgünə göndərilmişdir.[8]
Andrey Saxarov | |
---|---|
rus. Андрей Дмитриевич Сахаров | |
Doğum tarixi | 21 may 1921[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 1989[3][4][…] (68 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Milliyyəti | rus |
Həyat yoldaşı |
|
Atası | Dmitri İvanoviç Saxarov[d] |
Anası | Yekaterina Saxarova[d] |
Elm sahəsi | fizika[1] |
Elmi dərəcəsi | |
Elmi adları |
|
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | İqor Tamm[7] |
Tanınır |
RDS-37 Sovet nüvə proqramı Tokamak Dissident İnsan haqları müdafiəçisi |
Üzvlüyü |
|
Mükafatları |
|
sakharov.space | |
Vikianbarda əlaqəli mediafayllar |
Saxarov 1921-ci il, mayın 21-də Moskvada doğulub, atası- Dmitri İvanovic Saxarov özəl məktəbdə fizika müəllimi və həvəskar pionaçu olmuşdur.[9] Atası sonradan Moskva Dövlət Universitetində fizika müəllimi işləmişdir. Saxarovun babası İvan Rusiya imperiyasında hüquqşünas olmuş, öz dövründə humanist hüququn (ölüm cəzasının ləğvi kimi) qatı müdafiəçisi kimi imperiya ərazisində məşhurlaşmışdı. Saxarovun anası məşhur ordu generalı Alexsey Semenovic Sofianonun (əslən yunan mənşəli[10]) nəvəsi Yekaterina Alekseyevna Saxarova idi. Saxarovun düçüncələrinin formalaşmasında valideynləri ilə yanaşı, ana nənəsi Mariya Petrovna xüsusi rol oynamışdır, anası və nənəsi dindar olsalar da, atası inancsız idi, Saxarov özü isə xatirələrində qeyd etdiyinə əsasən, 13 yaşından inancsız olmuşdur.[11]
1938-ci ildə Moskva Dövlət Universitetinə qəbul olsa da, Böyük Vətən Müharibəsinin başlaması ilə əlaqədar Türkmənistana evakuasiya olunmuş və universiteti burada bitirmişdir.[12] 1943-cü ildə Alekseyevna Vikyşvaya ilə evlənən Saxarovun, iki qızı və bir oğlu olmuşdur. 1945-ci ildə Sovet Elmlər Akademiyası Fizika İnistitutu nəzdində təhsil almaq üçün Moskvaya geri dönən Saxarov, 1947-ci ildə isə artıq doktarasını müdafiə edib, bitirmişdi.[13]
İkinci Dünya Müharibəsindən sonra o, kosmik şüaları tədqiq etmişdir. 1948-ci ilin ortalarında İqor Kurçatov və İqor Tammın başçılığı altında aparılan Sovet atom bombası layihəsinə daxil edilmişdir.[14] Müəllifi olduğu İkinci Konsepsiya sayəsində uran-doteryum konsentrasiyası və qurğunun ümumi məhsuldarlığı artırılmışdır. 1949-cu ildə, Saxarovun da aktiv fəaliyyətindən sonra ilk Sovet atom bombasının sınağı keçirildi. Saxarov, 1950-ci ildə Sarova köçdükdən sonra, dünyada Saxarovun Üçüncü Konsepsiyası kimi məşhurlaşan işi əsasında Sovet hidrogen bombası əsaslı şəkildə inkişaf etdirildi, bu konsepsiya ABŞ-də Teller-Ulam dizaynı adlanır və aralarında bəzi fərqlər var idi. Saxarovun "laylı tort" adlandırdığı konsepsiya əsasında yaradılan Sovet bombası gözlənilənləri doğrultmadı, onun ABŞ variantı isə çox güclü alındı. lakin Saxarov öz konsepsiyasını daha da yaxşılaşdıraraq, 1961-ci ildə "50 MT Çar" bombasını sınaqdan keçirdi və bu bomba öz dövrünün ən güclü nüvə bombası oldu.
1950-ci ildə idarəolunan nüvə vizyon reaktoru olan tokamak üçün bir təklif irəli sürdü, bu plan hələ də bölgədəki nüvə bazalarının təməlini təşkil edir. Saxarov, Amerikalı həmkarı olan Tamma son dərəcə isti plazmanı torak formalı maqnetik sahələrlə, termal nüvə füzyonu idarə edərək tokamak cihazının inkişafını təklif etdi. Saxarovun bu çalışmaları nüvə enerjisinin daha çox dinc niyyətlər üçün istifadəsinə nail olmaq məqsədi daşıyırdı.[15]
1965-ci ildən, Saxarov, atom fizikası və kosmologiya sahəsi ilə məşğul olmağa başlayır. O, bəşəriyyətin baryon simmetriyasi ilə bağlı çalışır və əsasən, Big Bangdən əvvəl meydana gəlmiş CPT simmetriyasının izahı sahəsində çalışmışdır.[16]
1950-ci illərin sonlarına doğru Saxarov artıq öz işlərinin bəşəriyyətə xeyirli olub-olmaması barədə şübhələrə qapılmışdı. O, artıq 1960-cı illərdə nüvə silahlarının yayılmasına qarşı olan siyasi aktivist idi. Onun cəhdlərinin sayəsində 1963-cu ildə Qismən Test Qadağası müqaviləsi imzalandı. Bu müqaviləyə görə atmosferdə nüvə silahlarının sınaq edilməsi qismən məhdudlaşdırıldı. Saxarov, 1964-cu ildə, Stalinin dəstəklədiyi Lisenkoizm anti-gen kompaniyasının yaradıcısı Trofim Lisenkonun davamçısı Nikolay Nuzdinin SSRİ Elmlər Akademiyasına tam hüquqlu üzv olması məsələsində buna qəti olaraq qarşı çıxdı.[17] Saxarov onu "bir çox həqiqi elm adamlarına şər atan, həbs etdirən və öldürdən" adlandırdı. Sonda Nuzdin üzv seçilmədi, lakin Nikita Xruşşovun əmrinə əsasən DTK Saxarov haqqında məlumat yığmağa başladı.
1967-ci ildə ABŞ-Sovet münasibətlərinin əsas mövzusu anti-ballistik raketdən müdafiə sistemi idi. Saxarov məhz bu zaman Sovet rəhbərliyinə gizli məktub yazdı. Məktubda Sovet rəhbərliyinə ABŞ-nin təklif etdiyi "İkili Rəddetmə" ilə razılaşmasını məsləhət görürdü, Saxarovun fikrincə bu sürətlə nüvə silahlanması ən sonda nüvə müharibəsinə səbəb olacaqdı. Saxarov bununla yanaşı hökumətdən bu qərarın əsaslandırılmasını asanlaşdırmaq üçün mətbuatda məqalə ilə çıxış etmək üçün icazə istədi. Lakin onun bütün istəkləri rədd edildi.
1968-ci ildə Saxarov "İnkişaf, dinc birgəyaşayış və düşüncə azadlığı barədə" adlı məqaləsini bitirdi. Məqalədə anti-ballistik raket müdafiə sistemini nüvə müharibəsi üçün əsas təhdid olaraq göstərirdi. Bu məqalə samizdatda yayınlandı.[18] Ardınca isə xaricdə çap olunmağa başladı. Buna görə Saxarov hərbi sahədə araşdırmalardan uzaqlaşdırılaraq, təməl fizika ilə bağlı araşdırmalar aparmaq üçün Elmlər Akademiyası Fizika İnistitutuna göndərildi.
1980-ci ildə Qorki (Nijni Novqorod) şəhərinə sürgün edilənə qədər Moskvada artıq dissident kimi xeyli məşhurlaşmışdı.
1970-ci ildə Saxarov, Valeri Çalidze və Andrey Tverdoxlebov ilə birlikdə SSRİ İnsan Haqları Komitəsinin 3 qurucu üzvündən biri oldu.[19] Komitə bir çox bəraət müraciətnamələri yazdı, bir sıra mövzularda imza topladı və müxtəlif beynəlxalq insan haqları təşkilatları ilə əlaqə qurmağı bacardı. Bu dövrdə Saxarov DTK tərəfindən təqib və təzyiqlərə məruz qalmışdır.
1969-cu ildə birinci həyat yoldaşının vəfat etməsindən sonra, 1972-ci ildə insan haqları müdafiəçisi Yelena Bonner ilə evləndi.
1973-cü ildə Saxarov Nobel Sülh mükafatı üçün namizəd göstərildi və 1974-cü ildə Cino Del Duca mükafatını qazandı. 1975-ci ildə isə Nobel Sülh Mükafatını qazandı. Norveç Nobel Komitəsi onu "insanlığın vicdanı üçün bir nümayəndə" olaraq göstərdi.
Saxarovun mükafatı almaq üçün ölkədən çıxmasına icazə verilmədi. Həyat yoldaşı Yelena Bonner onun adından mükafatı qəbul etdi. Mükafatın verilmə günü Vilnusda dissident Sergey Kovalevin məhkəməsində olan Saxarovun mərasimdə "Sülh, İnkişaf, İnsan Haqları" adlı məqaləsi oxundu.[20] Saxarov məktubunda həmçinin SSRİ-də olan vicdan məhbuslarının adlarını qeyd edərək, mükafatı onlarla paylaşdığını bildirdi.
Sovet İttifaqının Əfqanıstana ordu yeritməsinə etiraz edən Saxarov 1980-ci ildə həbs edilir və Qorki (Nijni-Novqorod) şəhərinə sürgün edilir. 1980–1986-cı illərdə bu şəhərdə sürgün həyatı yaşayır. 1984-cü ildə Saxarovun həyat yoldaşı Yelena Bonner həbs edilir. Səhhətində problemləri olan Yelenanın təcili əməliyyat olunması və həbsdən azad edilməsi üçün Saxarov aclıq aksiyası keçirir.[21] Avqust ayında Yelena Bonner 5 illik sürgünə məhkum edilir, Saxarov isə xəstəxanaya aparılaraq, məcburi yedirdilir.
1985-ci il, apreldə Saxarov yenidən aclıq aksiyası edir, bu dəfə səbəb isə həyat yoldaşına təcili ürək əməliyyatı olması üçün xaricə getməsinə icazə verilməməsi idi. 1985-ci ilin dekabrında Saxarov Avropa Parlamenti tərəfindən "Düşüncə Azadlığı" mükafatına layiq görülür.
Qorbaçovun hakimiyyətə gəlişindən sonra "Yenidənqurma" və "Aşkarlıq" proqramları elan edildi. 1986-cı ilin dekabrda Saxarova yoldaşının Moskvaya geri dönə biləcəyi bildirildi.
Saxarov 1989-cu ildə Sovet İttifaqı Ali Sovetinə deputat seçildi. Xalq Deputatlarının Birlik Konqresi və Bölgələr Arası Millətvəkilləri qruplarının siyasi liderinə çevrildi.
Parlamentdə vacib bir çıxış öncəsi, həyat yoldaşı Saxarovun yuxuda ikən dünyasını dəyişdiyini aşkarladı. Autopsiya həkimi Yakov Rapoportun qeydlərinə əsasən Saxarov aritmiya nəticəsində ölmüşdür.[22] O, Moskvada Vostryakovskoye qəbirstanlığında dəfn edilmişdir.
"I cannot imagine the Universe and human life without some origin of meaning, without a source of spiritual "warmth," lying outside matter and its laws".