Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı (daha çox "Saxarov" mükafatı kimi tanınır) — həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur.[2] SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmişdir.[2] Namizədlərin son siyahısı hər il Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi tərəfindən hazırlanır. Bu komitələrin tərkibindəki Avropa Parlamenti üzvləri sentyabrda son siyahını hazırlayır.[3] Daha sonra son qərar Avropa Parlamentinin Prezidentlər Konfransı (Prezident və siyasi qrup liderləri) tərəfindən verilir və laureatın adı oktyabrın sonunda elan olunur. Mükafat dekabr ayının sonunda Parlamentin Strasburqdakı mərkəzində təşkil edilən mərasimdə verilir.[1][3] Mükafata 50000 avro məbləğində pul mükafatı da daxildir.[1]
Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı | |
---|---|
ing. Sakharov Prize for Freedom of Thought | |
|
|
Ölkə | Avropa Parlamenti |
Tip | Diplom |
Kimə verilir | Şəxslərə və təşkilatlara |
Təltif edir | |
Status | Təqdim olunur |
Deviz | "Dünyadakı insan hüquqları uğrunda mübarizəyə müstəsna bir töhfə" |
Statistika | |
Parametrlər | Məbləğ: €50000[1] |
Təsis tarixi | 1988 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 46 nəfər |
europarl.europa.eu/sakha… | |
Vikianbarda əlaqəli mediafayllar |
Mükafat ilk dəfə Cənubi Afrikadan olan Nelson Mandela və rus Anatoli Marçenkoya eyni zamanda verilmişdir. 1990-cı ildəki mükafat isə Anq San Su Kiyə təqdim olunmuşdur, lakin o, Birmada siyasi məhbus olduğuna görə mükafatı 2013-cü ilə qədər əldə etməyə müvəffəq olmamışdır.[4] Mükafat, həmçinin təşkilatlara da verilə bilir. Bu hal ilk dəfə 1992-ci ildə mükafatın Argentinadakı "Maya meydanının anaları"na təqdim olunması ilə baş vermişdir. Saxarov laureatlarından beşi daha sonra Nobel sülh mükafatına layiq görülmüşdür: Nelson Mandela, Anq San Su Ki, Məlalə Yusəfzay, Denis Mukveqe və Nadiyə Murad.[5]
Mükafatın laureatlarından Razan Zeytunə 2013-cü ildə qaçırılmışdır və hələ də axtarılır.[6] Nəsrin Sotudə 2013-cü ilin sentyabrında həbsdən azad edilmişdir,[7] lakin indi də onun və onunla eyni ildə (2012) laureat olan Cəfər Pənahinin İranı tərk etməsinə qoyulan qadağa qüvvədə qalmaqdadır.[8] 2017-ci ildə mükafat Venesueladakı demokratik müxalifətə Avropa Birləşmiş Sol Qrupunun (fr. Gauche unitaire européenne, GUE) boykotu adı altında təqdim olunmuşdur.[9][10]
İl | Qəbul edən | Milliyyəti | Qeydlər | İstinadlar |
---|---|---|---|---|
1988 | Nelson Mandela | CAR | İrqi ayrı-seçkiliyə qarşı mübarizə aparmış aktivist və Cənubi Afrika Respublikasının keçmiş prezidentlərindən biri | [11] |
Anatoli Marçenko (ölümündən sonra) | SSRİ | Sovet dissidenti, müəllifi və insan haqları aktivisti | [11] | |
1989 | Aleksandr Dubçek | Çexoslovakiya | Praqa Baharı dövründə kommunist rejimini islah etməyə çalışmış slovak siyasətçi | [11] |
1990 | Anq San Su Ki | Birma | Müxalif siyasətçi və Demokratiya üçzrə Milli Liqanın Baş Katibi | [12] |
1991 | Adem Demaçi | Kosovo[a] | Kosovo albanı siyasətçi və uzunmüddətli siyasi məhbus | [11] |
1992 | Maya meydanının anaları | Argentina | Çirkli müharibə dövründə Argentinada yoxa çıxmış uşaqların analarının qurduğu təşkilat | [12] |
1993 | Oslobođenje | Bosniya və Herseqovina | Bosniya və Herseqovinanı fərqli etnik qrupların olduğu ölkə kimi müdafiə edən qəzet | [12] |
1994 | Təslimə Nəsrin | Banqladeş | Keçmiş həkim, feminist müəllif | [12] |
1995 | Leyla Zana | Türkiyə | Kürd mənşəli siyasətçi | [11] |
1996 | Vey Cinqşenq | ÇXR | Çin demokratiya hərəkatının aktivistlərindən biri | [12] |
1997 | Səlimə Gezali | Əlcəzair | Əlcəzairdə qadın haqları, insan hüquqları və demokratiya aktivisti, jurnalist və yazıçı | [12] |
1998 | İbrahim Ruqova | Kosovo | Kosovo albanı siyasətçi, Kosovonun ilk prezidenti | [11] |
1999 | Şanana Quzmau | Şərqi Timor | Şərqi Timorun ilk prezidenti | [13] |
2000 | ¡Basta Ya! | İspaniya | Terrozimə qarşı müxtəlif siyasi mövqelərə sahib insanları birləşdirən təşkilat | [14] |
2001 | Nurit Peled-Elhanan | İsrail | Sülh aktivisti | [11] |
İzzət Qəzzavi | Fələstin Dövləti | Yazıçı, professor | ||
Zakarias Kemvenu | Anqola | Baş yepiskop və sülh aktivisti | ||
2002 | Ozvaldo Paya | Kuba | Siyasi aktivist və dissident | [15] |
2003 | Kofi Annan | Qana | Nobel sülh mükafatı laureatı və Birməşmiş Millətlər Təşkilatının yeddinci baş katibi | [11] |
Birləşmiş Millətlər Təşkilatı | (Beynəlxalq) | |||
2004 | Belarus Jurnalistlər Assosiasiyası | Belarus | "Söz azadlığı, informasiyanın qəbulu və bölüşdürülməsi və jurnalistikanın professional standartlarının önə çəkilməsi haqlarını təmin etmək məqsədi güdən" qeyri-hökumət təşkilatı | [16] |
2005 | Ağ rəngli qadınlar | Kuba | Müxalif hərəkat, həbs olunmuş dissidentlərin yaxınları | [17] |
Sərhədsiz reportyorlar | (Beynəlxalq) | Fransanın Paris şəhərində yerləşən və mətbuat azadlığını əsas prinsip tutan beynəlxalq qeyri-hökumət təşkilatı | [17] | |
İbrahim Hauva | Nigeriya | İnsan haqları hüquqşünası | [17] | |
2006 | Aleksandr Milinkeviç | Belarus | 2006-cı il prezident seçkilərində müxalifətin ortaq namizədi olaraq Belarusiya Vahid Demokratik Qüvvələri tərəfindən seçilən siyasətçi | [18] |
2007 | Salih Mahmud Osman | Sudan | İnsan haqları hüquqşünası | [12] |
2008 | Hu Cia | ÇXR | Aktivist və dissident | [19] |
2009 | Memorial (təşkilat) | Rusiya | Beynəlxalq vətəndaş hüquqları cəmiyyəti | [20] |
2010 | Qiyermo Farinyas | Kuba | Həkim, jurnalist və siyasi dissident | [21] |
2011 | Asma Mahfuz | Misir | Ərəb xalqının beş nümayəndəsi, azadlıq və insan hüquqları uğrunda mübarizələrini tanıtmaq və dəstək əldə etmək cəhdləri | [22] |
Əhməd əl-Senussi | Liviya | |||
Razan Zeytunə | Suriya | |||
Əli Fərzət | ||||
Məhəmməd Buəzizi (ölümündən sonra) | Tunis | |||
2012 | Cəfər Pənahi | İran | İrandakı aktivistlər. Sotudə hüquqşünas, Cənubi Azərbaycanda doğulan Cəfər Pənahi isə kinorejissordur. | [23][24] |
Nəsrin Sotudə | ||||
2013 | Məlalə Yusəfzay | Pakistan | Qadın hüquqları və onların təhsil alması uğrunda mübarizə aparan aktivist | [25] |
2014 | Denis Mukveqe | KDR | Təcavüz qurbanlarının müalicəsi ilə məşğul olan ginekoloq | [26] |
2015 | Raif Bədavi | Səudiyyə Ərəbistanı | Səudiyyə Ərəbistanından olan yazıçı, aktivist və "Səudiyyə liberallarını azad et" veb-saytının yaradıcısı | [27] |
2016 | Nadiyə Murad | İraq | İraq Şam İslam Dövləti tərəfindən qaçırılan yezidi insan haqları aktivistləri | [28] |
Lamiyə Hacı Bəşər | ||||
2017 | Venesuela demokratik müxalifəti | Venesuela | "Foro Penal" təşkilatı tərəfindən adları sadalananan Milli Məclisin üzvləri və bütün siyasi məhbuslar[29] | [30] |
2018 | Oleq Sentsov | Ukrayna | Kinorejissor, Rusiyada və dünyada siyasi məhbusların hüquqları uğrunda mübarizənin simvolu | [31] |
2019 | İlham Tohti | ÇXR | Uyğur iqtisadçı, elm xadimi və insan haqları aktivisti | [32] |
2020 | Belarus demokratik hərəkatı | Belarus | [33] | |
2021 | Aleksey Navalnı | Rusiya | Rusiya müxalifət lideri. | [34] |
2022 | Ukraynalılar | Ukrayna | 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra "demokratiya, azadlıq və qanunun aliliyini qoruyan" ukraynalılara verilmişdir.[35] | [36] |