Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sekulyarizm
Sekulyarizm — dinin insanların düşüncə və hərəkətlərində və cəmiyyətdəki institutlar üzərində təsirinin azalması. Sosiologiya elmində XX əsrin ortalarından bəri qızğın şəkildə müzakirə olunan bu mövzuda iki təzadlı cəbhədə yerləşən sosioloqlar var. Brayan Vilson, Maks Veber, Ziqmund Freyd kimi mütəfəkkirlər dünyada iqtisadi inkişaf və elmin dirçəlişi ilə dinin təsirinin azalacağını desə də, Peter Berger və Tomas Lukman kimi müasir dövrün sosioloqları sekulyarizm yox, tam əks prosesin baş verdiyini iddia edirlər. Hər iki tərəfin də olduqca tutarlı arqumentləri var. Məhz bu iki fərqli düşüncələrin mövcudluğu dinin cəmiyyət üzərindəki təsiri mövzusuna müxtəlif prizmalardan baxmağa kömək olur. Dinin elm üzərində üstünlük təşkil etdiyi dövrlərdə, daha dəqiq XVII əsrə kimi, dini dəyərlər dövlətdən tutmuş insanların şəxsi həyatına qədər bütün sahələrə kəskin dərəcədə təsir göstərirdi. Dövlət siyasətinə dini liderlər təsir edirdilər. Dini məclislər və dəyərlər insanların gündəlik həyatında olduqca vacib statusa malik idi. İnsanlar dini inanclar və hissləri ilə hərəkət edirdilər, rasional (məntiqli) düşüncə əksər hallarda mövcud olmurdu. Lakin XVII əsrdə baş verən mədəni və elmi inqilablar vəziyyəti köklü şəkildə dəyişdirməyə başladı.
Pekulyar qalaktika
Pekulyar qalaktika (ing. Peculiar galaxy) - Mənası qəribə deməkdir. Ona görə ki, digər qalaktikalardan fərqli olaraq Habbl ardıcıllığına tabe deyil. 1966-cı ildə "Pekulyar qalaktikaların atlası" tərtib edilmişdir.
Sikullar
Sikullar (lat. Siculi, yun. Σικελοί) — Siciliya adasında yaşamış qədim xalq. Sikanlardan fərqli olaraq, onların Hind-Avropa mənşəli olduğu güman edilir. Sikulların mövcudluğu Siciliyanın şərqində son Tunc dövründən müşahidə olunur. Qədim Misir kitabələrində "dəniz xalqları"ndan olan şekeleşin sikullar ola biləcəyi güman edilir. == Dil == Sikul dili öz substrat lüğətindən, eləcə də gəmilərin üzərində yunan əlifbasında yazılmış bir sıra qısa yazılardan məlumdur. Sözlər arasında boşluq olmayan iki nisbətən uzun yazı məlumdur. Sikul dilinin İtalik dillərindən olduğu, yəni latın dilinə qohum olduğu güman edilir. == Ədəbiyyat == История древнего Востока, т.
Sirkulyar
Sirkulyar — qaydaların icrasına rəhbərlik etmək üçün aidiyyəti qurumlara göndərilən məktubdur. Sirkulyarlar bir tənzimləmə əsasında hazırlanır.
Okulyar
Okulyar — optik sistemin elementi. == Quruluşu == Okulyar tubusun yuxarı hissəsində yerləşir. İnsan mikroskopda əşyanı izləyən zaman gözünü okulyara söykəyir. Okulyarın vəzifəsi insanın gözünə dayaq olub mikroskopda alınan xəyalı ona göstərməkdir. Okulyar sözü "okulus" sözündən əmələ gəlib "göz" mənasını verir. Okulyar 2 linzadan və onları saxlayan çərçivədən ibarətdir. Bu linzalardan tubusa daha uzaq olanı yuxarı linza və ya "göz linzası", digəri isə aşağı linza adlanır. Okulyar mikroskopun əsas böyüdücü iki hissəsindən biri olub lupa funksiyasını yerinə yetirir.
Nebulyar hipotez
Nebulyar hipotez (lat. nebula – dumanlıq) — kosmoqonik hipotez. Bu hipotezə görə Günəş sistemi və ya ümumiyyətlə səma cisimləri seyrək dumanlıqdan əmələ gəlmişdir. Bu termin planetlərin közərmiş qaz dumanlığından əmələ gəlməsini fərz edən Laplas hipotezi, müəyyən qədər planetlərin toz dumanlığından əmələ gəldiyini ehtimal edən Kant hipotezi ilə əlaqədar olaraq yaranmışdır. Bu hipotez 1734-cü ildə Emmanuil Svedenborq tərəfindən irəli sürülmüşdür. 1755-ci ildə Svedenborqun işi ilə yaxından tanış olan İmmanuil Kant bu hipotezi inkişaf etdirdi. O, hesab edirdi ki, dumanlıq yavaş-yavaş fırlanaraq sıxılır və cazibə qüvvəsi sayəsində yastılaşır. Zaman keçdikcə isə ondan planetlər və ulduzlar yaranır. Bənzər model 1796-cı ildə Pyer-Simon Laplas tərəfindən təklif olunmuşdur. Əvvəlcə hipotez yalnız Günəş sisteminə aid edilsə də, nəticədə bütün kainata şamil edilməyə başlandı.
Requlyar ifadələr
Requlyar ifadə (qısa şəkildə regex və ya regexp), və ya rasional ifadə — mətndə nümunə uyğunluğunu təyin edən simvollar ardıcıllığı və mətndə axtarışı və altsətirlərlə manipulyasiyanı yerinə yetirən formal dil. Adətən, belə nümunələr sətirlərdə "tap" və ya "tap və dəyişdir" əməliyyatları və ya daxilolmaların yoxlanılması üçün sətir axtarış alqoritmləri tərəfindən istifadə olunur. Requlyar ifadə üsulları nəzəri kompüter elmində və formal dil nəzəriyyəsində inkişaf etdirilir. Requlyar ifadələr anlayışı 1950-ci illərdə amerikalı riyaziyyatçı Stiven Koul Klini requlyar dil anlayışını rəsmiləşdirdiyi zaman başlamışdır. Onlar, Unix mətn emal yardım proqramları ilə ümumi istifadəyə verilib. 1980-ci illərdən requlyar ifadələrin yazılması üçün müxtəlif sintaksislər mövcuddur ki, bunlardan biri POSIX standartı, digəri isə geniş istifadə olunan Perl sintaksisidir. Requlyar ifadələr axtarış sistemlərində, mətn prosessorlarının və mətn redaktorlarının axtarış və dəyişdirmə dialoqlarında, sed və AWK kimi mətn emal proqramlarında və leksik təhlildə istifadə olunur. Requlyar ifadələr bir çox proqramlaşdırma dillərində də dəstəklənir. == Tarixi == Requlyar ifadələr 1951-ci ildə riyaziyyatçı Stiven Koul Klini requlyar hadisələr adlanan riyazi yazısından istifadə edərək requlyar dilləri təsvir edərkən yaranmışdır. Bunlar nəzəri kompüter elmində, avtomatlar nəzəriyyəsinin alt sahələrində (hesablama modelləri) və formal dillərin təsviri və təsnifatında yaranmışdır.
Medulyar xərçəng
Medulyar xərçəng — qalxanabənzər vəzin yüksək differensiasiya etmiş şişidir, parafollikulyar C-hüceyrələrindən inkişaf edir. Vəzin bütün bədxassəli şişlərinin 5–10%-ni təşkil edir. 45 yaşdan sonra daha çox rast gəlir. Medulyar xərçəng hormonal aktivdur, şiş hüceyrələri müxtəlif bioloji fəal maddələr (sekretin, embrional şiş antigeni, histaminaza, somatostatin, tireoqlobulin, seratonin və s.) sekresiya edir.
Requlyar ifadə

Skalyar hasil
Skalyar hasil (bəzən daxili hasil adlanır) — nəticəsi skalar olan, yəni koordinat sisteminin seçimindən asılı olmayan bir rəqəm olan iki vektor üzərində əməliyyat. 1 0 . {\displaystyle 1^{0}.} İki a ¯ {\displaystyle {\bar {a}}} və b ¯ {\displaystyle {\bar {b}}} vektorunun skalyar hasili ∣ a ¯ ∣ ⋅ ∣ b ¯ ∣ cos ⁡ α {\displaystyle \mid {\bar {a}}\mid \cdot \mid {\bar {b}}\mid \cos \alpha } -ya deyilir. Burada ∣ a ¯ ∣ {\displaystyle \mid {\bar {a}}\mid } və ∣ a ¯ ∣ {\displaystyle \mid {\bar {a}}\mid } a ¯ {\displaystyle {\bar {a}}} və b ¯ {\displaystyle {\bar {b}}} vektorlarının uzunluqları, α {\displaystyle \alpha } -bu vektorlar arasındakı bucaqdır. Skalyar hasil " a ¯ ⋅ b ¯ {\displaystyle {\bar {a}}\cdot {\bar {b}}} " yaxud " ( a ¯ ⋅ b ¯ ) {\displaystyle ({\bar {a}}\cdot {\bar {b}})} " kimi işarə olunur.Əgər a ¯ {\displaystyle {\bar {a}}} və b ¯ {\displaystyle {\bar {b}}} vektorları düzbucaqlı Dekart koordinat sistemində a ¯ ( x 1 ; y 1 ) , b ¯ ( x 2 ; y 2 ) {\displaystyle {\bar {a}}(x_{1};y_{1}),{\bar {b}}(x_{2};y_{2})} koordinatlarına malikdirsə, onda skalyar hasil belə ifadə olunur: a ¯ ⋅ b ¯ = x 1 ⋅ x 2 + y 1 ⋅ y 2 {\displaystyle {\bar {a}}\cdot {\bar {b}}=x_{1}\cdot x_{2}+y_{1}\cdot y_{2}} Analoji düstur üç və daha çox ölçüsü olan fəza üçün də doğrudur. Skalyar hasil aşağıdakı xassələri var: 1. a ¯ ⋅ b ¯ = b ¯ ⋅ a ¯ {\displaystyle 1.{\bar {a}}\cdot {\bar {b}}={\bar {b}}\cdot {\bar {a}}} 2. α ( a ¯ ⋅ b ¯ ) = ( α a ¯ ) ⋅ b ¯ {\displaystyle 2.\alpha ({\bar {a}}\cdot {\bar {b}})=(\alpha {\bar {a}})\cdot {\bar {b}}} 3. a ¯ ( b ¯ + c ¯ ) = a ¯ ⋅ b ¯ + a ¯ ⋅ c ¯ {\displaystyle 3.{\bar {a}}({\bar {b}}+{\bar {c}})={\bar {a}}\cdot {\bar {b}}+{\bar {a}}\cdot {\bar {c}}} ( a ¯ ⋅ b ¯ = 0 ) ⇔ a ¯ = 0 ¯ , b ¯ = 0 ¯ , {\displaystyle ({\bar {a}}\cdot {\bar {b}}=0)\Leftrightarrow {\bar {a}}={\bar {0}},{\bar {b}}={\bar {0}},} yaxud a ¯ ⊥ b ¯ {\displaystyle {\bar {a}}\perp {\bar {b}}} 2 0 . {\displaystyle 2^{0}.} Kompleks ədədin həndəsi tərifi vektor olduğu üçün bəzən iki kompleks ədədin skalyar hasilinə baxılır.
Skalyar kəmiyyət
Skalyar kəmiyyət — Fizikada yalnız ədədi qiymətləri ilə xarakterizə edilən fiziki kəmiyyətdir. Skalyar kəmiyyətlər vektor və tenzorlardan fərqli olaraq dəyərini müəyyənləşdirən istiqamətə malik deyillər. Skalyar kəmiyyətlərə zaman, kütlə, temperatur, həcm, sıxlıq, enerji , uzunluq , sabit cərəyan(DC) , tezlik , həcm , maddə miqdarı(mol) , parlaqlıq intensivliyi , konsentrasiya , iş , təzyiq , güc , elektrik potensialı və s. kəmiyyətlər daxildir.
Skalyar potensial
Riyazi fizikada skalyar potensial, sadəcə olaraq, iki fərqli mövqedə olan cismin potensial enerjilərindəki fərqin obyektin bir mövqedən digərinə keçdiyi yoldan deyil, yalnız mövqelərdən asılı olduğu vəziyyəti təsvir edir. Bu, üç fəzada olan skalyar sahədir və yalnız yerindən asılıdır. Tanış bir nümunə kimi: cazibə qüvvəsi səbəbindən potensial enerjini misal çəkmək olar. Skayar potensial vektor analizində və fizikasında əsas anlayışdır. Skalar potensial skalyar sahəyə misaldır. F vektor sahəsini nəzərə alaraq, P skalar potensialı belə müəyyən edilir ki: F = − ∇ P = − ( ∂ P ∂ x , ∂ P ∂ y , ∂ P ∂ z ) , {\displaystyle \mathbf {F} =-\nabla P=-\left({\frac {\partial P}{\partial x}},{\frac {\partial P}{\partial y}},{\frac {\partial P}{\partial z}}\right),} burada, ∇P P -nin qradiyentidir və tənliyin ikinci hissəsi x, y, z Dekart koordinatlarının funksiyası üçün mənfi gradientdir. Bəzi hallarda riyaziyyatçılar potensialı müəyyən etmək üçün qradientin qarşısında müsbət işarədən istifadə edə bilərlər. Qradient baxımından P nin bu tərifinə görə, hər hansı bir nöqtədə F istiqaməti o nöqtədə P -nin ən kəskin azalmasının istiqamətidir, onun böyüklüyü vahid uzunluğa düşən azalmanın sürətidir. F yalnız skalyar potensial baxımından təsvir edilməsi üçün aşağıdakı ekvivalent ifadələrdən hər hansı biri doğru olmalıdır: − ∫ a b F ⋅ d l = P ( b ) − P ( a ) , {\displaystyle -\int _{a}^{b}\mathbf {F} \cdot d\mathbf {l} =P(\mathbf {b} )-P(\mathbf {a} ),} burada inteqrasiya a yerindən b yerinə keçən İordan qövsü üzərindədir və P ( b P(b) P qiymətləndirilir. ∮ F ⋅ d l = 0 , {\displaystyle \oint \mathbf {F} \cdot d\mathbf {l} =0,} burada, inteqral hər hansı sadə qapalı yolun üzərindədir, əks halda İordan əyrisi kimi tanınır.
Kulyar-Veqa
Kulyar-Veqa (isp. Cúllar Vega) — İspaniyanın Andalusiya muxtar regionunun Qranada vilayətində yerləşən bələdiyyə. == Coğrafi konteksti == Bu Qranada Metropolitan sahəsin təşkil edən 51 şəhərlərdən biridir. == Hədləri == Churriana de la Vega, Las Vegas Gabias və Genil ilə həmsərhəddir. Şəhərdən Dilar çayı keçir. == İqlimi == Cúllar Vega bir kontinental-Aralıq dənizi iqlimə malikdir. İqlimi qurudur və yay mülayim keçir. Küləklər böyük məsafə ətrafındakı bəzi coğrafi yüksəkliklərdə baxmayaraq, bütün istiqamətlərdə onun tərəfinə gəlir.
Kulyar Veqa

Medulyar tiroid xərçəng
Medulyar xərçəng — qalxanabənzər vəzin yüksək differensiasiya etmiş şişidir, parafollikulyar C-hüceyrələrindən inkişaf edir. Vəzin bütün bədxassəli şişlərinin 5–10%-ni təşkil edir. 45 yaşdan sonra daha çox rast gəlir. Medulyar xərçəng hormonal aktivdur, şiş hüceyrələri müxtəlif bioloji fəal maddələr (sekretin, embrional şiş antigeni, histaminaza, somatostatin, tireoqlobulin, seratonin və s.) sekresiya edir.
Requlyar ifadələrdə simvolların təsviri
== Simvolların kodlara görə təsviri == Bəzi hallarda simvolların onların kodu ilə təsvir edilməsi lazım olur.