Okulyar

Okulyaroptik sistemin elementi.

Okulyar tubusun yuxarı hissəsində yerləşir. İnsan mikroskopda əşyanı izləyən zaman gözünü okulyara söykəyir. Okulyarın vəzifəsi insanın gözünə dayaq olub mikroskopda alınan xəyalı ona göstərməkdir. Okulyar sözü "okulus" sözündən əmələ gəlib "göz" mənasını verir. Okulyar 2 linzadan və onları saxlayan çərçivədən ibarətdir. Bu linzalardan tubusa daha uzaq olanı yuxarı linza və ya "göz linzası", digəri isə aşağı linza adlanır. Okulyar mikroskopun əsas böyüdücü iki hissəsindən biri olub lupa funksiyasını yerinə yetirir.