Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rock, Paper, Shotgun
"Rock Paper Shotgun" — ABŞ videooyun veb saytı. Saytın məzmunu videooyunlar və geyminq sənayesinə əsaslanmışdır. Strukturuna görə "Rock, Paper, Shotgun" bloqdur və diqqəti kompüter oyunlarına və çox platformalı oyunların PC versiyalarına yönəldir. Sayt 2007-ci ilin iyulunda təsis edilmişdir və 2010-cu ildə "Eurogamer" saytının tərəfdaşı olmuşdur. "Rock, Paper, Shotgun" saytının məzmunu xəbərlər, resenziyalar, önizləmələr, müsahibələr və analitik məqalələrdən ibarətdir. "Rock, Paper, Shotgun" videooyun jurnalistikasında kifayət qədər nüfuzlu resursdur və ona tez-tez istinad edilir.
Kadokawa Shoten
Kadokawa Shoten (角川書店), keçmiş Kadokawa Shoten Co., Ltd. (株式会社角川書店, Kabushiki gaisha Kadokawa Shoten) — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. 1 oktyabr 2013-cü ildən Kadokawa Corporation şirkətinin bir hissəsidir. Kadokawa manqa və jurnallar nəşr edir (məsələn, "Newtype" jurnalı). Kadokawa Shoten şirkəti böyümüş və videooyun ilə film sektoruna da daxil olmuşdur (Kadokawa Pictures kimi). == Tarix == Qenyoşi Kadokava şirkətinin əsası Qenyoşi Kadokava tərəfindən 10 noyabr 1945-ci ildə qoyulmuşdur. Nəşriyyatın ilk nəşriyyat imprinti Kadokawa Bunko 1949-cu ildə nəşr olunmuşdur. 2 aprel 1954-cü ildə şirkət xalqa açılmışdır. 1975-ci ildə Qenyoşi Kadokavanın ölümündən sonra şirkətin başına Haruki Kadokava keçmişdir. 1 aprel 2003-cü ildə Kadokawa Shoten adı Kadokawa Holdings adı ilə əvəz olunmuşdur və mövcud olan nəşrlər Kadokawa Shoten-ə transfer olunmuşdur.
Şoqun
Şoqun (将軍) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867). Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi. == Tarixi == "Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir.
Solğun mahmızlalə
Solğun mahmızlalə (lat. Corydalis pallida) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Solğun qaratoyuq
Solğun qaratoyuq (lat. Turdus pallidus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Solğun süsən
Solğun süsən (lat. Iris pallida) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Solğun çiçəklər
Solğun çiçəklər (pyes) - yazıçı Cəfər Cabbarlının yazdığı pyes. Solğun çiçəklər (opera) - bəstəkar Süleyman Ələsgərovun yazdığı opera. Solğun çiçəklər (film, 1987) - tamaşa.
Solğun Mavi Nöqtə
Solğun Mavi Nöqtə — 14 fevral 1990-cı ildə Voyacer 1 kosmik zondu tərəfindən rekord məsafədən təqribən 6 milyard kilometrdən (3.7 milyard mil, 40.5 a.v.) çəkilən Yer planetinin fotoşəkilidir, bu fotoşəkil Günəş sisteminin "Ailə albomu"-na daxil olan şəkillərdəndir. Fotoşəkildə Yerin görünən ölçüsü bir pikseldən azdır; planet kamera tərəfindən əks olunan Günəş işığı zolaqları arasında kosmosun sonsuzluğunda kiçik tənha nöqtə formasında görünür. İlkin missiyasını tamamlayan və Günəş Sistemini tərk etməkdə olan Voyacer 1 kosmik gəmisinə, NASA tərəfindən astronom və yazıçı Karl Saqanın xahişi ilə kamerasını döndərməsi və Yer kürəsinin son bir şəklini çəkməsi əmri göndərildi. "Solğun mavi nöqtə" termini Karl Sagan tərəfindən fotoşəkilin əhəmiyyətini əks etdirən eyni adlı kitabda qeyd olunmuşdur. "Solğun Mavi Nöqtə", Karl Saqanın bu fotodan ilham alaraq 1994-cü ildə yazdığı kitabının da adıdır. Fotoşəkil, 2001-ci ildə space.com tərəfindən ən yaxşı on kosmos fotoşəkilindən biri seçilmişdir. == Arxa fon == 1977-ci ilin sentyabr ayında NASA, xarici Günəş sistemini və nəticədə ulduzlararası fəzanı öyrənmək üçün bir missiya üzərinə 722 kiloqram (1.592 funt) robot kosmik vasitəsi olan Voyacer 1-i işə saldı. Voyacer 1 kosmik gəmisi, xarici Günəş sistemini araşdırmaq məqsədilə ABŞ tərəfindən 5 Sentyabr 1977-ci ildə kosmosa göndərilmişdir. 14 Fevral 1990-cı ildə NASA, əsil vəzifəsini bitirmiş və artıq Yer kürəsindən xeyli uzaqlaşmış olan Voyacer 1-ə yeni əmrlər göndərərək Günəş Sistemindəki bütün planetlərin şəkillərinin çəkilməsini təmin etdi. Kosmik gəmindən göndərilən şəkillərdən birində, qara fonda solğun mavi bir nöqtə görünürdü.
Solğun fitçalan ördək
Solğun fitçalan ördək (lat. Dendrocygna viduata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Solğun qaraqaş tinamu
Solğun qaraqaş tinamu (lat. Crypturellus transfasciatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Solğun çiçəklər (opera)
Solğun çiçəklər — Süleyman Ələsgərovun ikinci operasıdır. Əsər görkəmli dramaturq C.Cabbarlının eyni adlı dramı əsasındadır. Bu operettanın librettosunu və şerlərini H.Ziya yazmış, rejissoru tanınmış aktyor, Azərbaycanın xalq artisti Y.Nuri, rəssamı isə əməkdar incəsənətə xadimi Ə.Fətəliyevdir. "Solğun çiçəklər" operası 1997-ci ildə Azərbaycan Dövlət Akademik opera və balet teatrınlda tamaşaya qoyulmuşdur. Bu səhnə əsərində bəstəkar öz yaradıcılığına sadiq qalaraq operadakı xor və vokal ansambllarını, ariya və ariozaları, orkestr nömrələrini xalq musiqisi və muğam intonasiyalarına əsaslanıb yazmışdır.