Kadokawa Shoten (角川書店?), keçmiş Kadokawa Shoten Co., Ltd. (株式会社角川書店, Kabushiki gaisha Kadokawa Shoten?) — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. 1 oktyabr 2013-cü ildən Kadokawa Corporation şirkətinin bir hissəsidir. Kadokawa manqa və jurnallar nəşr edir (məsələn, "Newtype" jurnalı). Kadokawa Shoten şirkəti böyümüş və videooyun ilə film sektoruna da daxil olmuşdur (Kadokawa Pictures kimi).
Kadokawa Shoten | |
---|---|
yap. 株式会社角川書店 | |
| |
Ölkə | Yaponiya |
Əsas şirkət | Kadokawa Corporation |
Yaranma tarixi |
10 noyabr 1945 1 aprel 2003 (Kadokawa Holdings filialı) |
Qurucu | Qenyoşi Kadokava |
Qərargah | Fucimi, Çiyoda, Tokio, Yaponiya |
Əsas insanlar | Şiniçiro İnoe (prezident və CEO) |
Nəşrlər | kitablar, jurnallar, manqalar, videooyunlar |
İşçi sayı | 160 |
Sayt | shoten.kadokawa.co.jp |
Vikianbarda əlaqəli mediafayllar |
Qenyoşi Kadokava şirkətinin əsası Qenyoşi Kadokava tərəfindən 10 noyabr 1945-ci ildə qoyulmuşdur. Nəşriyyatın ilk nəşriyyat imprinti Kadokawa Bunko 1949-cu ildə nəşr olunmuşdur. 2 aprel 1954-cü ildə şirkət xalqa açılmışdır. 1975-ci ildə Qenyoşi Kadokavanın ölümündən sonra şirkətin başına Haruki Kadokava keçmişdir. 1 aprel 2003-cü ildə Kadokawa Shoten adı Kadokawa Holdings adı ilə əvəz olunmuşdur və mövcud olan nəşrlər Kadokawa Shoten-ə transfer olunmuşdur. 1 iyul 2006-cı ildə əsas şirkətin adı Kadokawa Group Holdings olmuşdur. Jurnal nəşriyyatı Kadokawa Magazine Group şirkətinə transfer olunmuşdur. Kadokawa Shoten-in videooyun şirkətləri olan ASCII Media Works və Enterbrain Kadokawa Games adı altında birləşdirilmişdir.[1] Kadokawa Shoten 1 oktyabr 2013-cü ildə 8 şirkətlə birləşərək Kadokawa Corporation şirkətini əmələ gətirmiş və kabuşiki qayşa olmağı dayandırmışdır.[2]