Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Töhfeyi-Sami
Töhfeyi-Sami - Şah İsmayılın oğlu Sam Mirzə Səfəvi tərəfindən qələmə alınan şairlərin həyat və yaradıclığından bəhs edən təzkirə. Bu təzkirə Azərbaycan ədəbiyyatında ilk təzkirə hesab edilir. Fars dilində qələmə alınmışdır. Türk şairlərə və onların yaradıcılığına ayrı bir fəsilin həsr edildiyi ilk təzkirədir. Sam Mirzədən sonra yaşayıb yaratmış Əli Qulu Xan və Rıza Qulu Xan Hidayət kimi təzkirəçilər “Töhfeyi-Sami”dən təsirləniblər. == Müəllifi == Əbül Nəsir Sam Mirzə Səfəvi dövlətinin qurucusu I Şah İsmayılın oğludur. 1517-ci ilin sonlarında Şah İsmayıl qışlaq üçün Naxçıvana yollandı. Şah İsmayıl Naxçıvana doğru hərəkət edərkən bir həftənin ərzində üç oğlan övladı dünyaya gəldi və mənbələrdə olan məlumatlara görə, Şah İsmayıl bu övladlarının doğulmasını çox böyük sevinc və şadyanalıqla qarşıladı. Bu üç övladdan birincisi Şah İsmayıl Marağada olarkən, 1517-ci il sentyabr ayının 8-də dünyaya gəldi və onun adını Sam Mirzə qoydular. Şah İsmayıl, Sam Mirzənin anadan olmasına görə böyük miqdarda nəzir-niyaz payladı və Durmuş xan onun lələsi təyin edildi.