Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təkasur Surəsi
Təkasur surəsi (ərəb. سورة التكاثر‎ — oxunuşu: ət-Təkasur — çoxluqla öyünmə). Quranın 102-ci surəsidir. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surənin 5-7-ci ayələrində yəqinin 2 mərhələsi — elmul-yəqin və eynul-yəqin barədə söhbət açılır.
Təqaüd
Təqaüd (ərəb. تقاعد ‎ — oturaq), qanun təyin etmiş qocalıq yaşına çatan insanlara, əlillərə, tələbələrə və bir sıra ehtiyacı olan insanlara, müntəzəm surətdə verilən pul yardımı. == Tarixi == Təqaüd VII əsrdə xəlifə Ömər ibn Xəttab tərəfindən yeridilmişdir. Zəkatdan və Cizyədən yığılan pulların bir hissəsi ehtiyacı olan insanlara, kasıblara, qocalara, yetimlərə, dul qadınlara və əlillərə Xilafət hökuməti tərəfindən verilirdi.
Adlı təqaüd
Nisbət və tənasüb
A ədədinin B ədədinə bölünməsindən alınan qismətə A ədədinin B ədədinə nisbəti deyilir. Yəni, nisbət, B ədədinin A ədədinin daxilində neçə dəfə yerləşdiyini əks elətdirir(A:B). Məsələn, əgər bir səbətdə 8 ədəd naringi, digər səbətdə 6 ədəd limon varsa, onda, naringilərin sayının limonların sayına nisbətini 8:6 ( 4:3 nisbətinə ekvivalentdir) şəklində göstərəcəyik. Bu nümunədə həmçinin, limonların sayının naringilərin sayına nisbətini 6:8 ( və ya 3:4) şəklində, naringilərin sayının bütün meyvələrin sayına nisbətini isə 8:14 (və ya 4:7) şəklində yazmaq olar. Nisbəti təşkil edən ədədlər istənilən oxşar kəmiyyətlər ola bilər, məsələn , obyektlərin nisbəti, insanların nisbəti, düzbucaqlının eni ilə uzunluğunun nisbəti və s. A ədədinin B ədədinə nisbətini kəsr kimi A B {\displaystyle {A \over B}} şəklində yazmaq olar. Bu kəsri istər adi, istərsə də onluq kəsr şəklində göstərmək mümkündür. İki nisbətin bərabərliyinə Tənasüb deyilir. A ədədinin B ədədinə nisbəti (A:B) , C ədədinin D ədədinə nisbətinə (C:D) bərabərdirsə, bu tənasübü aşağıdakı kimi quracağıq: A:B=C:D A,B,C və D bu tənasübün hədləri adlanır. A və D tənasübün kənar hədləri, B və C isə orta hədləri adlanır.
Tağaser
Tağaser — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tağaser kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim fars dilindəki tağ ("dairə", "qübbə", "gümbəz" mənalarında) və sər ("baş" mənasında) sözlərindən ibarət olub (-a mənsubiyyət bildirir), "gümbəzin başında (yəni yuxarı hissəsində) yerləşən kənd" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Tağaser kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Təbaşir
Tabaşir — ovulan, ağ, bəzən sarımtıl yaxud bozumtul orqanik mənşəli əhəng daşı. Əsasən protozoyların (əsasən foraminifer) kiçicik, diametri 0,095-dən — 0,0047-dək mm diametrdə, balıqqulağılarından ibarətdir. Daha yaxın araşdırmalardan sonra məlum oldu ki balıqqulağıları əsasən Textularia və Rotalia və nisbətən daha az Globigerinaya aiddir. Təbaşir dövrünə aid, dərin dəniz çöküntüsü sayılır. Təbaşirin ən yaxın bənzəri qlobigerin lildir, lakin təbaşir adətən tamamilə foraminifer baluqqulağılarından ibarət deyil; onun daxilində tez tez xırda ovulmuş, lakin kristalik karbonat əhəngi tapırlar. Əsasən yazmaq üçün və tikintidə istifadə olunur.
Gec Təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Kelasur çay
Kelasur və yaxud Kelasuri, həmçini Kelaşir - Abxaziyadan Qara dənizə axan çay. Mənşəyi Bzıb silsiləsinin Himsa buzlaqında yerləşir. Kelasuri birinci Kelasuri ilə ikinci Kelasurinin qovuşduğu yerdən başlayır. Çay Suxumi rayonu və Gulrıpş rayonlarının inzibati sərhədi boyunca axır. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Mayın əvvəlində su sərfi təxminən 20-25 m³/s təşkil edir. Kanalın əhəmiyyətli hissəsi yarğandan keçir. Çay Suxuminin mərkəzindən 5 km aralıqda Qara dənizə axır. Abxaziyanın ən böyük çaylarından biridir. == İstinadlar == == Xarici keçidlər == Лист карты K-37-XII. Масштаб: 1 : 200 000.
Neoseiulus pegasus
Neoseiulus pegasus (lat. Neoseiulus pegasus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Təbaşir dövrü
Təbaşir dövrü — Mezozoy erasının sonuncu dövrü Yura dövründən sonra gələn dövr. Radioloji məlumatlara görə Təbaşir dövrü 145,5 milyon il bundan əvvəl başlamış, təqribən 66 miyon il əvvəl sona çatmışdır. 79 milyon il davam etmə müddəti ilə Fanerozoy eonunun ən uzun dövrüdür. Beynəxalq Statiqrafik Cədvəldəki adı "cretaceous" Latın dilindəki "creta" təbaşir sözündən götürülüb. Buna səbəb dövrün ikinci yarısının təbaşirli çöküntülərin zəngin olması olub. Adı adətən alman dilinəki tərcüməsi olan "Kreide" sözünün baş hərfi - "K" kimi qısaldılır. == Tədqiqat tarixi == Müstəqil geoloji dövr kimi ilk dəfə 1822-ci ildə Belçika geoloqu Jan-Batist Omalius d’Allua tərəfindən Paris hövzəsinin təbəqələrini təsvir edərkən "Təbaşir relyefi" (Terrain Crétacé) adı ilə ayrılmışdır. Təbaşir adlanrıımasına səbəb Qərbi Avropada Üst Təbaşir aşlı süxurlarda təbaşirin (kalsium karbonat) üstünlük təşlik etməsi olub. "Cretaceous" sözü latın dilində "creta" təbaşir deməkdir. == Geologiya == === Stratiqrafik bölgülər === Təbaşir dövrü hər biri 6 mərtəbədən ibarət olan 2 şöbəyə bölünür: Alt və Üst.
Təğabun Surəsi
64-cü surə
Üst təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Ağasur (Soyuqbulaq)
Ağasur (fars. اغاسور‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (20 ailə).
Pegasus (casus proqramı)
Pegasus — İsrailin kiber-silah şirkəti NSO Group tərəfindən hazırlanmış və iOS və Android ilə işləyən mobil telefonlara gizlicə və uzaqdan quraşdırmaq üçün nəzərdə tutulmuş casus proqram. NSO Group Pegasus-u cinayət və terrorizmlə mübarizə məhsulu kimi bazara çıxarsa da, dünyadakı müxtəlif hökumətlər jurnalistləri, vəkilləri, siyasi dissidentləri və insan haqları müdafiəçilərini izləmək üçün casus proqramdan istifadə edib. 2023-cü ilin mart ayında Pegasus operatorları sıfır klik eksploytundan istifadə edərək 16.0.3 versiyası vasitəsilə digər iOS versiyalarında casus proqramını uzaqdan quraşdıra bildilər. Pegasusun imkanları proqram yeniləmələrinə görə zamanla dəyişə bilsə də, ümumi olaraq mətn mesajlarını oxumaq, zəngləri izləmək, parolları toplamaq, məkanı izləmək, hədəf cihazın mikrofon və kamerasına daxil olmaq və proqramlardan məlumat toplamaq qabiliyyətinə malikdir. Proqram qədim yunan mifologiyasının qanadlı atı Peqasusun adını daşıyır. Kiber-nəzarət təşkilatı Citizen Lab və Lookout Security 2016-cı ilin avqustunda bir insan haqları müdafiəçisinin iPhone-nundakı uğursuz casusluq cəhdi zamanı casus proqramını aşkar etdikdən sonra Pegasus-un ilk ictimai texniki analizini dərc etdi. Sonradan Amnesty International, Citizen Lab və digərləri tərəfindən yayımlanan Pegasus haqqındakı araşdırmalar, ən çox 2021-ci ilin iyul ayında Pegasus müştəriləri tərəfindən hədəf alınmaq üçün seçilmiş 50.000 telefon nömrəsinin sızdırılmış siyahısına əsaslanan Pegasus Project araşdırmasının yayımlanması ilə medianın diqqətini çəkdi. == Zəmin == NSO Group 2011-ci ildə Pegasus casus proqramının ilk iterasiyasını hazırlayıb. Şirkət bildirir ki, o "hökumətləri terror və cinayətlə mübarizə aparmağa kömək edən texnologiya ilə təmin edir". NSO Group, müştərilərin məhsullarını yalnız cinayət və milli təhlükəsizlik araşdırmaları üçün istifadə etmələrini tələb edən müqavilələrin müvafiq bölmələrini yayımladı və insan hüquqlarına sənayedə lider yanaşmaya malik olduğunu bildirdi.
Müqəddəs Məryəm kilsəsi (Tağaser)
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Tağaser kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsənin inşaat kitabəsinə əsasən onun XVII əsrdə tikildiyi müəyyən edilmişdir. == Memarlıq xüsusiyyətləri == Kilsənin xarabalıqları Tağaser kəndinin qərbindəki təpənin üstündə yerləşir. Kilsənin cənub və qərb tərəflərində daha iki tikilinin xarabalıqları vardır. Kompleksin şimal tərəfini əhatə etmiş müdafiə divarlarının yalnız qalıqları dövrümüzə çatmışdır. Planda sadə düzbucaqlı formaya malik olan kilsə, 15x5.3 metr ölçülərə malikdir. İbadət zalının şərq hissəsində tağlı örtüyə malik altar apsidası və iki kiçik köməkçi otaq yerləşir. Tikili tamamilə yerli daşlardan inşa edilmişdir.
Müqəddəs Tanrı anası kilsəsi (Tağaser)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Tağaser kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə iki inşaat kitabəsinə malikdir. Onlar hər ikisi iç tərəfdən portal timpanına yerləşdirilmişdir. Kitabələrdən məlum olur ki, kilsə 1635-ci ildə kənd sakinlərinin iştirak ilə inşa edilmişdir. Bu kilsə vaxtilə mövcud olmuş və dövrümüzə çatmamış daha qədim və daha kiçik ölçülü kilsə ilə üzbəüz yerləşirdi. == Memarlıq xüsusiyyətləri == Təpə ətəyində yerləşən kilsə, tut və qoz bağları ilə əhatə olunmuşdur. Müqəddəs Tanrı anası kilsəsi dörd pilona malik bazilikadır. Kilsə narteksindən dövrümüzə yalnız yarıdağınıq kilsə binası qalmışdır Böyük ölçülərə malik kilsə tağtavana və iki tərəfli dam örtüyünə malikdir. Şərq apsidasının hər iki tərəfində köməkçi otaqlar yerləşir.
Pegasus Hava yolları reys 2193
Pegasus Hava Yollarının 2193 nömrəli uçuşu — Pegasus Hava Yollarına məxsus Boeing 737–86J sərnisi təyyarəsinin 5 fevral 2020-ci ildə uçuş-enmə zolağından çıxması nəticəsində meydana gələn qəzadır. İzmir—İstanbul səfərini edən və Adnan Menderes Havalımanından qalxan təyyarə, Sabiha Gökçen Havalimanına endikdən sonra pistten çıxmış, təyyarədə olan 183 nəfərdən üçü həyatını itirmişdir. Qəzaya uğrayan təyyarə; seriya nömrəsi 37742 və Açelya adlı TC-İZK quyruq nömrəsi olan Boeing 737–86J-dir. Qəza zamanı 11 yaşında olan təyyarə, ilk uçuşunu 2009-cu ilin yanvar ayında etdi və Almaniyanın 2 hava yolu şirkəti, TUI Deutschland və Air Berlin tərəfindən idarə edildi. 2016-cı ilin aprel ayında Pegasus Hava Yolları təyyarəni satın aldı. == Sərnişinlər və heyət == Təyyarədə 155 Türk, 4 Amerikalı, 4 Çin, 3 İraqlı, 2 İsrail, 2 Qırğızıstan, 1 İsveç, 1 Suriya, 1 Livan, 1 Qazaxıstan, 1 Mərakeş və 1 Türkmənistan sərnişini var idi. 177 sərnişindən Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurt öldü, 6 ekipaj üzvü də olduğu 180 nəfər yaralandı. Qəzadan sonra İstanbul Birjasında Pegasus səhmləri 2,85% düşdü. Fevralın 6-da səhər 74.65 nöqtədən başlayan Pegasus səhmləri axşam sessiyasında 71.95 nöqtədə bağlandı. Təyyarə qəzasından sonra qəzaya səbəb olan hadisələri izah edən təlimatçı Bahadır Altan, CNN Türkdə danışarkən yayından götürüldü.