Pegasus Hava Yollarının 2193 nömrəli uçuşu — Pegasus Hava Yollarına məxsus Boeing 737–86J sərnisi təyyarəsinin 5 fevral 2020-ci ildə uçuş-enmə zolağından çıxması nəticəsində meydana gələn qəzadır. İzmir—İstanbul səfərini edən və Adnan Menderes Havalımanından qalxan təyyarə, Sabiha Gökçen Havalimanına endikdən sonra pistten çıxmış, təyyarədə olan 183 nəfərdən üçü həyatını itirmişdir.
Pegasus Hava yolları reys 2193 | |
---|---|
Ümumi məlumatlar | |
Tarix | 5 fevral 2020 |
Yer | |
Ölkə | |
Yaralı sayı |
|
Ölü sayı |
|
Qalxma yeri | Adnan Menderes Hava Limanı |
İstiqamət | Səbihə Göyçən Beynəlxalq Hava Limanı |
Qeydiyyat nömrəsi | TC-IZK |
Vikianbarda əlaqəli mediafayllar |
Qəzaya uğrayan təyyarə; seriya nömrəsi 37742 və Açelya adlı TC-İZK quyruq nömrəsi olan Boeing 737–86J-dir. Qəza zamanı 11 yaşında olan təyyarə, ilk uçuşunu 2009-cu ilin yanvar ayında etdi və Almaniyanın 2 hava yolu şirkəti, TUI Deutschland və Air Berlin tərəfindən idarə edildi. 2016-cı ilin aprel ayında Pegasus Hava Yolları təyyarəni satın aldı.
Təyyarədə 155 Türk, 4 Amerikalı, 4 Çin, 3 İraqlı, 2 İsrail, 2 Qırğızıstan, 1 İsveç, 1 Suriya, 1 Livan, 1 Qazaxıstan, 1 Mərakeş və 1 Türkmənistan sərnişini var idi. 177 sərnişindən Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurt öldü, 6 ekipaj üzvü də olduğu 180 nəfər yaralandı.[1]
Qəzadan sonra İstanbul Birjasında Pegasus səhmləri 2,85% düşdü. Fevralın 6-da səhər 74.65 nöqtədən başlayan Pegasus səhmləri axşam sessiyasında 71.95 nöqtədə bağlandı.[2]
Təyyarə qəzasından sonra qəzaya səbəb olan hadisələri izah edən təlimatçı Bahadır Altan, CNN Türkdə danışarkən yayından götürüldü. Sonra Pegasus Hava Yolları tərəfindən yola salındı.