Tağaser — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tağaser kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Tağaser | |
---|---|
39°31′08″ şm. e. 47°00′42″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 843 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oykonim fars dilindəki tağ ("dairə", "qübbə", "gümbəz" mənalarında) və sər ("baş" mənasında) sözlərindən ibarət olub (-a mənsubiyyət bildirir), "gümbəzin başında (yəni yuxarı hissəsində) yerləşən kənd" mənasındadır.[3]
Tağaser kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
234 | Məbəd[4] | 1635-ci il | Tağaser kəndi | Memarlıq | Ölkə |
4329 | Məbəd[5] | Qeyd olunmayıb | Tağaser kəndi | Memarlıq | Yerli |
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | XXXX | XXXX | XXXX |
2009[7] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.