Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Duzdağ tirəsi
Duzdağ tirəsi – Babək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir.
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Okean tirəsi
Okean tirəsi (rus. вал океанский, ing. oceanic rampart, oceanic swell) — talassokratonun sadə, müsbət strukturu, okean dibinin tağvari qalxması. Qanadları sürüşmələrlə, tağı isə qırılmalarla mürəkkəbləşmiş olur. Onun tağ hissəsində bir xətt boyunca uzanan vulkan aparatları yerləşir. Sakit okeanın qərb hissəsində aydın təzahür edir.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Xələfli tirəsi
Xələfli tirəsi Cavanşir elinin Yağləvənd oymağının Havsallı tayfasının qollarından biridir. Tirənin yaranması Xələf bəy Yağləvəndli-Cavanşirlə bağlıdır. Onun törəmələri bu tirəni yaratmışlar. Xələfli tirəsi Əzimməmmədli və Nurməmmədli törəyinə bölünür. Nurməmmədli törəyi Xələfov, Nurməmmədov, Vəliyev soyadlarını daşıyan ailələrdən təşkil olunub. Əzimməmmədli törəyi Əzimzadə, Əzimli, Əzimov, Səfiyev, Ağayev, Ağakişiyev soyadlarını daşıyan ailələrdən ibarətdir.
Dəhnə-Vəlidağ tirəsi
Dəhnə-Vəlidağ tirəsi — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında alçaqdağlıq silsilə. Araz çayı sahilindən başlayaraq şimal-şərq istiqamətdə 16 km məsafədə uzanır və sonradan maili Şərur düzünün Orta-Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntüləri altına gömülür. Əsasən Orta-Üst Devon, Alt Karbon və Üst Perm yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı süxurlar açılır. "Qurd qapısı" dərəsi ilə Dəhnə və Vəlidağ tirələrinə ayrılır. Bozdağ onun gömülmə hissəsinə cavab verir, Sarıdağ massivi isə cənub-şərq şaxəsini təşkil edir. Ən yüksək zirvələri Vəlidağ (1242,2 m), Qaradaş (1213,8 m), Bozdağ (1182,7 m) və Dəhnə (1154,2 m) dağlarıdır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımına aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış antiklinal (Dəhnə, Vəlidağ, Dəmirçi) və sinklinal (Saraclıdağ, Qaradaş-Bozdağ, Sarıdağ) qırışıqlarla təmsil olunan antiklinal qalxıma uyğun gəlir.
Qaracalal-Qızılboğaz tirəsi
Qaracalal-Qızılboğaz tirəsi — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq sərhədində, Naxçıvançayla Nəhəcirçay arasında 17 km məsafəyə uzanır və Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Sirabçay və Qahabçayın vadiləri və qobuları ilə eninə kəsilərək bir-birindən təcrid edilmiş Qızılboğaz (1179,7 m), Misdağ (1270,6 m), Toydaş (1312,7 m), Qurddağ (1319,0 m), Qaracalar (1477,6 m), Nəhəcir (1807,3 m) və b. yüksəkliklərdən ibarətdir. Qaracalar və Nəhəcir zirvələri Alt Miosen yaşlı ekstruziv günbəzlərə uyğun gəlir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında yerləşir.
Şok və titrəyiş (doktrina)
Şok və titrəyiş (ing. Shock and awe) — “cəld üstünlüyə nail olmaq” konsepsiyasına əsaslanan hərbi doktrina. ABŞ ordusu tərəfindən İraqdakı kampaniya zamanı istifadə edilmişdir. 1996-cı ildə Müdafiə Araşdırmaları və Texnologiyaları İnstitutunun rəhbəri Ceyms Ueyd və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Harlan Ullman tərəfindən hazırlanmışdı. == Əsas müddəaları == Hədəf təkcə düşmənin silahlı qüvvələri deyil, həm də “geniş mənada oradakı cəmiyyətdir”. Müharibə üç fərqli tamaşaçı üçün televiziyada nümayiş etdirilən bir tamaşadır: Amerika tamaşaçıları, düşmən tamaşaçıları və dünyanın qalan hissəsi. Həm döyüş əməliyyatları, həm də informasiya müharibəsi aparmaq.