Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.[1]
Qıvraq tirəsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |