Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.[1]
Korosman tirəsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 833,9 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |