Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ablaut
Ablaut (alm. Ablaut‎) (apofoniya da adlanır) — Müxtəlifsistemli dillərdə morfoloji üsulun növləri arasında apofonasiya hadisəsinin özünəməxsus yeri və mövqeyi vardır. Bu hadisə fonetik dəyişikliyə əsaslanaraq daha çox german dillərində müşahidə edilir. Apofonasiyanın digər bir adı ablautdur. A b l a u t (alman dilində ablaut)— səsləri morfoloji cəhətdən (kökdə sait foneminin dəyişməsi) eyni köklü sözlərdə və ya bir sözün müxtəlif formalarında səs dəyişməsi ilə şərtlənir. Məsələn, alman dilində binden — band — gebunden buna misal ola bilər. “Söz tərkibində hər hansı bir fonetik dəyişkənlik düzxətli aktdır. Fonem sisteminin yenidən qurulması, fonetik təkamül və s. mürəkkəb xarakterli amillər, bütöv reduksiyalar buna misal ola bilər. Bu zaman müxtəlif xarakterli dil əvəzlənmələri, yəni qovuşma, hissələrə ayrılma və s.
Upuaut
Upuaut (alm. Wep-wawet‎, yun. Ophois mənası "yol açan") Qədim Misirdə müharibə və ölüm tanrısı. Misir mfologiyasında ölüləri Duata yola salan qara xəz dərili çaqqal ya canavar. Onun kult mərkəzi Siut şəhəri (canavar şəhəri) sayılırmış. Onun epiteti - "öndər" (aparıcı). Müharibə tanrısı kimi rəmzləri toppuz və kaman (yay) sayılır. Upuatu bəzən Anubislə eyniləşdirilir. == Həmçinin bax == Anubis == Mənbələr == Hans Bonnet: Lexikon der ägyptischen Religionsgeschichte. Nikol-Verlag, Hamburg 2000, ISBN 3-937872-08-6 Rolf Felde: Ägyptische Gottheiten.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Andreas Umland
Andreas Umland (1967, Yena, Gera rayonu[d]) — Almaniya politoloqu, tarixçisi və rus dili tərcüməçisi. O, müasir Rusiya və Ukrayna tarixi üzrə ixtisaslaşmışdır. == Həyatı == Andreas Umland 1967-ci ildə Almaniya Demokratik Respublikasının Yena şəhərində anadan olmuşdur. O, müasir Rusiya və Ukrayna tarixini, eləcə də rejim dəyişikliklərini araşdırır. Umland postsovet məkanında ultrasağ, bələdiyyə demərkəzsizləşdirilməsi, Avropa faşizmi, postkommunist ali təhsili, Şərqi Avropa geosiyasəti, Ukrayna və Rusiya millətçiliyi, Donbass və Krım münaqişələri, eləcə də Avropa İttifaqının qonşuluq və genişlənmə siyasətləri haqqında məqalələr dərc etmişdir. O, Kiyevdəki Ukrayna Gələcək İnstitutunun baş mütəxəssisi və Stokholmdakı İsveç Beynəlxalq Əlaqələr İnstitutunun elmi işçisidir. Umland Kiyevdə yaşayır və Kiyev-Mogilyov Akademiyası Milli Universitetində Siyasət üzrə dosent kimi dərs deyir. O, 2005–2014-cü illərdə Kiyev-Mogilyov Akademiyası və Yena Universiteti tərəfindən birgə idarə olunan Almaniya və Avropa Araşdırmaları üzrə yeni bir magistr proqramının yaradılmasında iştirak etmişdir.
Mulatu Teşome
Mulatu Teşome (29 yanvar 1957) — Efiopiya Federativ Demokratik Respublikasının prezidenti (7 oktyabr 2013-cü ildən). == Təhsili == Pekin Universitetinin məzunudur. == Dilomatik fəaliyyəti == 2011-ci ildən Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Halil Umut Meler hücumu
11 dekabr 2023-cü il tarixində keçirilən MKE Ankaragücü — Çaykur Rizespor matçında MKE Ankaragücü prezidenti Faruk Koca sahəyə enərək matçın baş hakimi Halil Umut Melərə fiziki hücum etdi. Hadisədən sonra 'dki bütün liqalar TFF tərəfindən qeyri-müəyyən müddətə təxirə salındı. 11 dekabr 2023-cü ildə keçirilmiş qarşılaşma 1–1 hesabı ilə başa çatıb. Qarşılaşmanın baş hakimi Halil Umut Melərin final fitini çalmasından sonra meydanda qarışıqlıq yaranıb və MKE Ankaragücü prezidenti Faruk Koca meydana enərək hakim Melere yumruq zərbəsi endirib. Yumruqdan sonra yerə yıxılan Meler Faruk Koca və adı açıqlanmayan iki şübhəli tərəfindən üzünə təpiklə zərbələr endirib. Üzünə aldığı zərbələr nəticəsində Halil Umut Melerin gözünün altında şişlik yaranıb və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Hadisələrdən sonra TFF fövqəladə yığıncaq keçirilməsinə qərar verib və Ankara Qərb Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb və Faruk Koca haqqında həbs qərarı çıxarıb. Nəzarətə alındıqdan sonra Faruk Koca və digər iki şübhəli həbs olunaraq Ankara Sincan Həbsxanasına göndərildi.O, 27 dekabr 2023-cü ildə məhkəməyə qədər azadlığa buraxılıb.