Andreas Umland

Andreas Umland[7][8] (1967[1], Yena, Gera rayonu[d]) — Almaniya politoloqu, tarixçisi və rus dili tərcüməçisi. O, müasir RusiyaUkrayna tarixi üzrə ixtisaslaşmışdır.[9]

Andreas Umland
alm. Andreas Umland
Doğum tarixi 1967[1]
Doğum yeri
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andreas Umland 1967-ci ildə Almaniya Demokratik Respublikasının Yena şəhərində anadan olmuşdur. O, müasir RusiyaUkrayna tarixini, eləcə də rejim dəyişikliklərini araşdırır. Umland postsovet məkanında ultrasağ, bələdiyyə demərkəzsizləşdirilməsi, Avropa faşizmi, postkommunist ali təhsili, Şərqi Avropa geosiyasəti, Ukrayna və Rusiya millətçiliyi, DonbassKrım münaqişələri, eləcə də Avropa İttifaqının qonşuluq və genişlənmə siyasətləri haqqında məqalələr dərc etmişdir. O, Kiyevdəki Ukrayna Gələcək İnstitutunun baş mütəxəssisi və Stokholmdakı İsveç Beynəlxalq Əlaqələr İnstitutunun elmi işçisidir.[10] Umland Kiyevdə yaşayır və Kiyev-Mogilyov Akademiyası Milli Universitetində Siyasət üzrə dosent kimi dərs deyir. O, 2005–2014-cü illərdə Kiyev-Mogilyov Akademiyası və Yena Universiteti tərəfindən birgə idarə olunan Almaniya və Avropa Araşdırmaları üzrə yeni bir magistr proqramının yaradılmasında iştirak etmişdir.[11]

  1. 1 2 Andreas Umland // MAK (pol.).
  2. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  3. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  4. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  5. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  6. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  7. "Andreas Umland: Niyə Bakı və İrəvan arasında danışıqlar yeganə yoldur?". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 11 avqust 2021. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  8. "Andreas Umland: "Bakı "Aralıq dənizi böhranı"nda Ankaraya dəstək olmalıdır" - MÜSAHİBƏ". Oxu.az (az.). 12 sentyabr 2020. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  9. "Andreas Umland". Topçubaşov Mərkəzi (az.). 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  10. "Андреас Умланд | Український інститут майбутнього" (ukrayna). 2020-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  11. Joint program Arxivləşdirilib 2008-03-22 at the Wayback Machine of German and European Studies of Kyiv-Mohyla Academy and Jena University.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]