Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maşın xətası
Maşın xətası (ing.machine error, ru. машинная ошибка)- qeyri-adi səbəblərdən, məsələn, operativ yaddaşda (RAM) bir bitin qiymətini dəyişə bilən kosmik şüaların təsirindən yaranan fövqəladə nadir hadisə. İlk mikrokompüterlərdə RAM mikrosxemləri çox da saf (kimyəvi tərkibcə) silisium altlıqlar üzərində hazırlanmırdı və bəzən radioaktiv elementlərin ayrı-ayrı atomları parçalanaraq yaddaşın bir bitini dağıdırdı. Güman ki, ən geniş yayılmış maşın xətaları olaraq, sərt diskin oxunuşu zamanı yaranan xətaları hesab etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səhifə xətası
Səhifə xətası (ing. page fault) – prosessorun operativ yaddaşda olmayan yaddaş səhifəsində yerləşən növbəti komandaya, yaxud onun operandına müraciəti zamanı virtual yaddaşın idarəolunması sistemində meydana çıxan şərait. Əslində, bu hal xəta deyil. Səhifənin olmaması ünvanlamaya cavabdeh olan aparat səviyyəsində aşkarlanır, nəticədə aparat kəsilməsi (PAGE FAULT INTERRUPT)verilir. Kəsilməyə görə səhifə diskdən oxunur, sonra isə proqram öz işini davam etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
“Bir vahid” xətası
"Bir vahid" xətası (off-by-one error-OBOE) – proqramlaşdırmada: hər hansı əməlin yerinə yetirilmələrinin sayını bir vahid azaltdıqda, yaxud artırdıqda meydana çıxan xəta. Tutaq ki, verilmiş massivin m-dən n-dək (daxil olmaqla) elementləri emal olunmalıdır. Burada cəmi neçə element var? İntuitiv cavab n−m ola bilər, ancaq bu, "bir vahid"i nümayiş etdirən "çəpər dirəyi" xətasıdır (FENCEPOST ERROR); düzgün cavab n−m+1 olacaq. Ona görə də hesablama aralıqlarını çox zaman yarım-açıq intervallar vasitəsilə göstərirlər; "bir vahid" xətalarından qaçmaq üçün m-dən n-dək (daxil olmaqla) aralıq m-dən (daxil olmaqla) n+1-dək aralıq kimi göstərilir. Məsələn, beş dəfə təkrarlanan dövrü 0-dan 5-dək yarımaçıq interval kimi yazmaq olar: Dövrün gövdəsi öncə i-nin 0 qiyməti üçün yerinə yetirilir; sonra i ardıcıl iterasiyalarla 1, 2, 3 və sonda 4 olur. Bu nöqtədə i-nin qiyməti 5 olur və bu halda i < 5 yalan olduğundan dövr sona çatır. Ancaq müqayisə üçün <= (kiçik, yaxud bərabərdir) operatorundan istifadə oluncaydı, onda dövr altı dəfə yerinə yetirilərdi: bu halda i dəyişəni 0, 1, 2, 3, 4 və 5 qiymətlərini alır. Eyni zamanda, əgər i dəyişəninə başlanğıc qiymət olaraq 0 deyil, 1 mənimsədilsə idi, onda iterasiyaların sayı 4 olardı: bu halda i dəyişəni 1, 2, 3 və 4 qiymətlərini alır. Bu iki halın hər biri "bir vahid" xətasına səbəb ola bilər.
"Bir vahid" xətası

Xətayi
Xətai — Azərbaycanda daha çox işlədilən ad. Bu təxəllüsü olan tanınmış insanlar Şah İsmayıl Xətai — I İsmayıl Səfəvinin ədəbi təxəllüsü. Bu adı olan tanınmış insanlar Xətai Təbrizi — Azərbaycan yazıçısı. Xətai Quliyev — Yaşayış məntəqələri Xətai rayonu — Bakıda rayon. Xətai — Azərbaycanın Ağstafa rayonunda kənd. Xətai — Azərbaycanın Xocavənd rayonunda kənd. Xətai — Azərbaycanın Şərur rayonunda kənd. Xətai (Soyuqbulaq) — Xətai (Naxçıvan) Digər Xətai metrostansiyası — Bakı metropolitenində metrostansiyalardan biri. Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Riştə Xətayi — Təbrizdə hazırlanan ‏Ramazan ayına aid şirniyyat və desert.
Xətai

Ətasi
Ətasi (ərəb. أتاسي‎) — soyad.
Bonazi tetrası
Bonazi tetrası (lat. Bonasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Fədəkiyyə xütbəsi
Fədəkiyyə xütbəsi — Hz.Fatimənin fədəkin Əbu Bəkrdən geri alınması üçün Peyğəmbər məscidində söyləyən xütbə. İbni Əbilhədid deyir: Fəsahət və ritorika,ləfzi və mənəvi dizilər və mənzumə baxımından bu zəngin sözlər çoxlarının nəzərini bu xütbəyə cəlb etmişdir. çoxlarıda bu xütbəni hökumətin salmasına əsasən söylənmiş sözlər kimi tanıyırlar. == Sənədləri == Bu xütbənin ən qədim sənədi Bəlağatü Nisa(بلاغات‌النساء) Əbülfəzl Əhməd ibni Əbitahir Mərvzi(204.208h.q) 11-ci cilddədir.bu kitabın ikinci danışığında Ayişənin Əbu Bəkr ölümünün oxşamasından sonra gəlibdir. Əllamə Məclisinin Biharül Ənvar kitabı 8-ci cilddə gəlibdir, Əllamə məclisi bu xütbənin sözcüklərinin məna və açıqlamalarını yazmışdır. Seyyid Cəfər Şəhidi iki qeyri-şiədə İbni əbil Hədəd və Nəqibi Bəsəridən ad aparıb və deyir: bunlar bu hədisi nəql edib və onu doğrulayıblar bunlar şiə deyillər ki bunu doğrulamaqdan xeyr aparsınlar buna görədə bu hədisi sənədli və doğru sayıbdır.
Qafqaz tetrası
Qafqaz tetrası (lat. Lyrurus mlokosiewiczi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tetra cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Erkəyi qara məxməri rəngdədir. Başı, döşü və bel hissəsi yaşılıltılı rəngə çalır. Qanadaltı lələkləri ağdır. Erkək fərdinin quyruğu uzun, ucları yanlara və aşağı əyilmişdir. Gözünün üstündə qırmızı ”qaşı” vardır. Dişiləri bozəhvəyi rəngdədir, üzəri iri köndələn naxışlı qaradır. Ayaqları qonur, dimdiyi qısa və ucu az əyridir.
Vəda xütbəsi
Vəfat etməzdən əvvəl Məhəmməd peyğəmbər həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr "Vəda xütbəsi" adı ilə İslam tarixinə düşdü. Bu, peyğəmbərin sonuncu həcc və xütbəsi idi. Bundan qısa müddət sonra peyğəmbər vəfat etdi. Xütbəyə təqribi 124.000 müsəlman qulaq asmışdır. Dinləyənlərin sayı baxımından ən güclü hədis hesab olunur. "Vəda xütbəsi"ndə bütün insanların bərabər olduğu və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan qaldırıldığı vurğulanır. Həmçinin "Vəda xütbəsi"ndə qadınlarla şəfqət və mehribanlıqla rəftar etmək, dində ifratçılığa yol verməmək, əmanəti qoruyub saxlamaq tövsiyə olunur. Peyğəmbərin orada işlətdiyi bu cümlə çox məşhurdur: "…Ey möminlər, ərəbin ərəb olmayana, ərəb olmayanın da ərəbə heç bir üstünlüyü yoxdur!
Sabanisdze "xütbəsi"
İohann Sabanisdze — VIII əsrdə yaşamış gürcü yazıçı. == Həyatı == VIII əsrdə yaşamış İohann Sabanisdze Kartlidə baş vermiş xalq hərəkatının əsas ideoloqlarından biri idi. İ. Sabanisdze xristianlığı qəbul edən və gürcülərə xidmət göstərən Abonun şəhadətindən istifadə edərək həmyerlilərində milli qürur hissi yaradan "Abo Tbileleli şəhidliyi" povestini yazır. Burada qeyd edilir: "İman və ölkəmizin adət-ənənələri necə də ucadır, hakim xalqın oğlu ərəb müsəlman olsa belə, gürcülərin tərəfinə keçib Kartli uğrunda canını qurban verir". İ. Sabanisdze zəif və qeyri-sabit düşüncədə olanları, həvəsləndirməyə çalışır və onlar ərəblərin hökmranlığından xilas etmək istəyirdi. İohann Sabanisdze və digər təbliğatçıların çağırışı milli azadlıq mübarizlərinin vətənpərvərlik və ruhunun formalaşmasında əhəmiyyətli rol oynadı və xalqın özünüdərkini sürətləndirdi.
Vida xütbəsi
Vəfat etməzdən əvvəl Məhəmməd peyğəmbər həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr "Vəda xütbəsi" adı ilə İslam tarixinə düşdü. Bu, peyğəmbərin sonuncu həcc və xütbəsi idi. Bundan qısa müddət sonra peyğəmbər vəfat etdi. Xütbəyə təqribi 124.000 müsəlman qulaq asmışdır. Dinləyənlərin sayı baxımından ən güclü hədis hesab olunur. "Vəda xütbəsi"ndə bütün insanların bərabər olduğu və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan qaldırıldığı vurğulanır. Həmçinin "Vəda xütbəsi"ndə qadınlarla şəfqət və mehribanlıqla rəftar etmək, dində ifratçılığa yol verməmək, əmanəti qoruyub saxlamaq tövsiyə olunur. Peyğəmbərin orada işlətdiyi bu cümlə çox məşhurdur: "…Ey möminlər, ərəbin ərəb olmayana, ərəb olmayanın da ərəbə heç bir üstünlüyü yoxdur!
Antonin vəbası
Antonin vəbası — Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil. Epidemiya Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuş Lusi Verin ölümünə də səbəb olmuşdur. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Cassius Dio öz yazılarında epidemiya zamanı Romada gündəlik 2.000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25% təsir göstərdiyini demək mümkündür. Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir. Roma ordusu epidemiya nəticəsində tamamilə dağılmaq həddinə gəlmişdir.
Riştə Xətayi
Riştə Xətai (fars. رشته ختایی‎) ‏ — Təbrizdə hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Xətayi Əzizov
Xətayi Kamal oğlu Əzizov (12 mart 1963, Qalınçaq, İsmayıllı rayonu) – Azərbaycanlı jurnalist, Gürcüstanın əməkdar jurnalisti, Tərəqqi medalı və "Qızıl qələm" mükafatı laureatı. == Bioqrafiyası == 1963-cü il martın 12-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 1970–1980-ci illərdə Qalınçaq kənd orta məktəbində oxuyub. 1981–83-cü illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olub. 1983-cü ildə Bakı Yeyinti Sənayesi Texnikumuna qəbul olub və 1986-cı ildə həmin məktəbi texnik-texnoloq ixtisası üzrə bitirib. 1986–87-ci illərdə Rusiyanın Kuybışev şəhərində Yağ-Piy Kombinatında müxtəlif vəzifələrdə işləyib. 1987-ci ilin sonlarından 1989-cu ilin avqust ayına qədər İsmayıllı rayonunda Yağ-Pendir Zavodunda çalışıb. 1989-cu ildə seçki yolu ilə Qalınçaq kənd azad komsomol komitə katibi seçilib və 1991-ci ilədək azad komsomol katibi işləyib. 1991-ci ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna daxil olub və 1996-cı ildə institutu "Politoloq, ali və orta ixtisas məktəblərində humanitar fənlər müəllimi" ixtisası üzrə bitirib. Eyni zamanda, 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ döyüşlərində iştirak edib.
Adi bonazi tetrası
Bonazi qarabağırı (lat. Tetrastes bonasia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qarabağır cinsinə aid heyvan növü.
Zeynəbin Kufədə xütbəsi
Zeynəbin Kufədəki xütbəsi — Zeynəb binti Əli tərəfindən Kufə camaatına edilən çıxış. Hüseyn ibn Əlinin şəhadətindən sonra qadınlar və uşaqlar əsir götürüldü. Əsirlər karvanı Kufəyə daxil olanda insanlar karvanı görmək üçün toplaşırdılar. Zeynəb bu xütbədə Kufə camaatını Hüseynə verdikləri vədləri pozduqları və imamı dəstəkləmədikləri üçün xəbərdar etdi. == Zeynəbdən söz düşmüşkən == O, Allaha həmd etdi, Onun elçisinə salam göndərdi və Kufə camaatını ikili davranışlarına və Hüseyn ibn Əliyə kömək etmək vəzifəsini əsirgədiklərinə görə xəbərdarlıq etdi və "Cənnət cavanlarının ağası"nı öldürdükləri üçün onlara böyük bir əzabın gələcəyini vəd etdi. Zeynəbin xütbəsindən sonra insanlar heyrətləndilər və həyəcanlandılar. == Məzmun == Zeynəb binti Əli xütbəsinə Allaha həmd ilə başladı. Allaha həmd olsun, babam Məhəmmədə və onun pak və seçilmiş nəslinə salavat və salam olsun. === kufəliləri məzəmmət === Sonra davam etdi: Ey Kufə camaatı, aldadan, tərk edən və hiylə işlədən, ağlayan sizsiniz. Allah göz yaşlarınızı saxlamasın, sinəniz qəm və qəm atəşi ilə dayanmadan yansın.
Dəhnamə (Xətai)
Dəhnamə — Azərbaycan ədəbiyyatının klassiki Şah İsmayıl Xətainin məsnəvi janrında yazdığı poema. Əsər Azərbaycan ədəbiyyatının yazılı abidəsi hesab edilir. 1506-cı ildə Azərbaycan dilində yazılan şeir əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır. Məsnəvidə aşiq oğlan (yəni şairin özü) və onun sevgilisi bir birinə on sevgi məktubu göndərirlər, buna görə də əsərin adı elə "Dəhnamə" ("On məktub") qoyulub. Poema bütövlüklə 1532 beytdən ibarətdir. == Tədqiqi və nəşri == 1923-cü ildə tədqiqatçı Salman Mümtaz XVII əsrə aid əlyazmaları istifadə edərək "Dəhnamə"nin tam olmayan siyahısını dərc etdi, indi o siyahı Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. 1961-ci ildə Əzizağa Məmmədov "Şah İsmayıl Xətai" adlı şairin əsərlərinin ikicildliyini hazırlamışdı, orada o, "Dəhnamə"nin elmi-tənqidi mətnlərin yaradılmasının əsas prinsiplərinə baxış keçirmişdi. 1967-ci ildə tədqiqatçı Qasım Həsənov "Dəhnamənin sintaksisi" (rus. «Синтаксис Дехнаме») adlı işini yayımladı, hansında ki poemanın təyini söz birləşmələrini təhlil etmişdi. Həsənov hələ 1962-ci ildə yazırdı ki, poemada olan təyini söz birləşmələrinin müasir azərbaycan dilindəki kəlmələrlə çox oxşarlıqları var.
Riştə xətai
Riştə Xətai (fars. رشته ختایی‎) ‏ — Təbrizdə hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Xətai (Ağstafa)
Xətai (əvvəlki adı: Marksovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Marksovka kəndi Xətai kəndi adlandırılmışdır.
Xətai (Naxçıvan)
Xətai — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Əliabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Əliabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Xətai qəsəbəsi şəhərin yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Xətai (Soyuqbulaq)
Xətai (fars. خطايي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 398 nəfər yaşayır (70 ailə).
Xətai (Xocavənd)
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdır XIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir. Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur.
Xətai (rayon)
Xətai rayonu (1932–1990 Şaumyan rayonu) – Bakı şəhərində rayon. == Tarixi == Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. == Əhalisi == Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər == İqtisadiyyatı == Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.