Vəda xütbəsi

Vəfat etməzdən əvvəl Məhəmməd peyğəmbər həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr "Vəda xütbəsi" adı ilə İslam tarixinə düşdü. Bu, peyğəmbərin sonuncu həcc və xütbəsi idi. Bundan qısa müddət sonra peyğəmbər vəfat etdi. Xütbəyə təqribi 124.000 müsəlman qulaq asmışdır. Dinləyənlərin sayı baxımından ən güclü hədis hesab olunur. "Vəda xütbəsi"ndə bütün insanların bərabər olduğu və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan qaldırıldığı vurğulanır. Həmçinin "Vəda xütbəsi"ndə qadınlarla şəfqət və mehribanlıqla rəftar etmək, dində ifratçılığa yol verməmək, əmanəti qoruyub saxlamaq tövsiyə olunur.

Peyğəmbərin orada işlətdiyi bu cümlə çox məşhurdur: "…Ey möminlər, ərəbin ərəb olmayana, ərəb olmayanın da ərəbə heç bir üstünlüyü yoxdur! Üstünlük yalnız Allaha bağlılıqdadır…"

  • Multikulturalizmə giriş, Bakı, Şərq-Qərb, 2019