Maşın xətası

Maşın xətası (ing.machine error, ru. машинная ошибка)- qeyri-adi səbəblərdən, məsələn, operativ yaddaşda (RAM) bir bitin qiymətini dəyişə bilən kosmik şüaların təsirindən yaranan fövqəladə nadir hadisə. İlk mikrokompüterlərdə RAM mikrosxemləri çox da saf (kimyəvi tərkibcə) silisium altlıqlar üzərində hazırlanmırdı və bəzən radioaktiv elementlərin ayrı-ayrı atomları parçalanaraq yaddaşın bir bitini dağıdırdı. Güman ki, ən geniş yayılmış maşın xətaları olaraq, sərt diskin oxunuşu zamanı yaranan xətaları hesab etmək olar.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.