Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zibil maşını
Zibil maşını az miqdarda yığılmış tullantıları yığıb zibil saxlama yerlərinə daşımaq üçün nəzərdə tutulmuş olan yük maşını növüdür. Bu maşınlara texniki cəhətdən “tullantıların yığılması maşını” da deyilir. Zibilin yük maşınına yüklənməsi üsullarına görə onların beş əsas modeli mövcuddur. == Növləri == === Qabaq tərəfdən yükləmə === Qabaq tərəfdən yükləmə üsulundan istifadə edən yük maşınları, ümumiyyətlə, iri sənaye müəssisələrinə xidmət edən qapalı nəqliyyat vasitələridirlər. Yük maşınının sürücüsü avtomobilin qarşısında yerləşən iki qoldan ehtiyatla istifadə edərək zibil qabını avtomobilin üzərinə qaldırır və əksinə çevrilmiş olan konteynerdəki zibilləri maşına tökür. Maşına tökülən zibillər presləmə sistemi ilə sıxılır və beləliklə də yük maşınına daha çox zibil yığmaq imkanı yaradılır. === Arxa tərəfdən yükləmə === Arxa tərəfdən yükləməyə sahib olan yük maşınları zibil yığılan yerlərdə zibil konteynerlərinin yanında dayanır və eyni zamanda da bu maşınlara zibil torbaları da atıla bilər. Zibil qabları (konteyner) maşının arxa tərəfində olan operatorun köməyi ilə maşına tökülür. Yük maşınına atılan zibillər preslə sıxılır və beləliklə də maşında daha az yer tutur. === Yan tərəfdən yükləmə === Tullantılar bu maşınlara ya əllə, ya da xüsusi avadanlığın köməyi ilə atılır.
GIGO (zibil girən zibil çıxar)
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır. garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər. garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır. == Microsoft Windows == [1] Zibil qutusu (Корзина, Recycle Bin) İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır.
Yustus fon Libix
Yustus fon Libix (12 may 1803[…], Darmştat, Hessen knyazlığı[d][…] – 18 aprel 1873[…], Münxen) — alman kimyaçısı, professor, Bavariya Elmlər Akademiyasının prezidenti. == Həyatı == Yustus fon Libix 1803-cü il mayın 12-də Darmştadtda anadan olmuşdur. O, 1820-ci ildə Bonn, 1821-ci ildə Erlangen universitetlərində təhsil almış, 1822-1824-cü illərdə Parisdə J.Gey-Lyüssakla birgə çalışmışdır. Erlangenə qayıtdıqdan sonra doktorluq dissertasiyasını müdafiə etmiş, 1824-ci ildə A.Humboldtun tövsiyəsi ilə Hessen Universitetində kimya professoru kimi çalışmışdı. 1852-ci ildən ömrünün sonuna qədər Libix Münhen Universitetinin professoru; 1860-cı ildə Bavariya Elmlər Akademiyasının prezidenti olmuşdu. == Elmi fəaliyyəti == Libixin ən əhəmiyyətli işləri üzvi kimya sahəsinə aiddir. Mühüm üzvi birləşmələrin kəşfi, üzvi birləşmələrin yeni analiz və yeni birləşmələr qrupunun sintezi üsullarının işlənilməsi, üzvi kimyanın nəzəri əsaslarının yaradılması Libixə məxsusdur. 1823-cü ildə o, gümüş fulminatın tərkibcə gümüş izotsionatla eyni olduğunu müəyyən etmişdi. Bu da ilk izomer nümunəsi oldu. 1832-ci ildə o, F.Völerlə birlikdə göstərmişdi ki, benzoy turşusu – benzaldehid – benzoil xlorid - benzoilsulfid sırasında daha sonra benzoil adlanan C6H5SO qrupu dəyişmədən bir birləşmədən digərinə keçir.
Bılıx
Bılıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Vaxtilə Bılıx dağının ətəyində bu adda kənd mövcud olub, indi hətta onun xarabalıqları da mövcuddur. Hazırkı Bılıx kəndi isə köhnə Bılıx bağlarının yerində salınıb. Bu barədə toponimiklər belə deyir. El dilində desək bılıxlılar Qaraçayın boğazında oturublar. Bir tərəfindən də Göyçayın axması kəndin görkəminə xüsusi gözəllik verir. Təmiz dağ havası, dağ çaylarının şırıltısı gecələr qoynunda uyuyanları suların səsinə doğmalaşdırıb. Bılıx sözünün mənası “gəlib-getmişlər” deməkdir. İndi ləzgilərin üstünlük təşkil etdiyi kənd camaatının yarısı oturaq, yarısı köçəridir. Qoyun sürüləri bol olduğundan əhalinin maddi vəziyyəti də yüksək səviyyədədir.
Zabux
Zabux — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd. 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 30 illik işğaldan sonra 26 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının nəzarətinə keçmişdir. == Etimologiyası == Zabux kəndİ Zabux çayının sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Xut Zabux olmuşdur. Əvəllər bu ərazidə Sus Zabux adlı başqa kənd də var idi. Tədqiqatgilara görə, oykonim kürd dillərindəki zaboq (dongo) sözündəndir. XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuş və mövqeyinə görə Zabox (Zabux) adlanmışdır. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən şadmanlı kəndləri də həmin adla adlanmışdır. XX əsrin əvvəllərinə aid mənbələrdə "Zabıx" adlanırdı.
Zıxır
Zıxır — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Zuxur oyk., sadə. Quba r-nunun Rük i.ə.v.-də kənd. Qudyal çayının sahilində, dağətəyi ərazidədir. Yerli adı Züxürdür. Kənd mənşəcə həmin r-ndakı Xanəgah kəndindən köçmüş bir qrup ailənin Züxür adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı isə tat dilindəki zil (dərə) və xiir (qüllə, saray) sözlərindən ibarət olub, “qüllə dərəsi** mənasındadır. Kəndin yaxınlığında Kəllahi adlı qəd. qala xarabalıqları var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 116 nəfər əhali yaşayır.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Şınıx
Şınıx (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Şınıx bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə. Şınıx (Borçalı) — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd.
Bılıx bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qasımağalı (Şınıx)
Qasımağalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qasımağalı kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Qasımağalı oykonimi Qasım ağaya məxsus mənasındadır. == Tarixi == SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra kənd əsasında 1993-cü ildə İsalı inzibati ərazi dairəsinin tərkibində Qasımağalı kəndi yaradılmışdır. 1992-ci ilin 6 avqust tarixində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Şınıx bölgəsinin Qasımağalı kəndi işğal olunaraq yandırıldı. Lakin Azərbaycanın Milli ordusunun mərd və mübariz əsgərləri 8 avqust 1992-ci il tarixdə erməni quldurlarını Qasımağalı kəndindən və Şınıx bölgəsinin işğal olunmuş hissəsindən təmizlədilər və kəndi yenidən bərpa etdilər === İlkin tarixi === Qasımağalı kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə kəndin adı 19-cu əsrin əvvəllərində bu yerlərdə yaşamış Qasım Ağa ilə bağlıdır. Qasım ağa bu yerlərdə varlı və nüfuzlu bir şəxs olub. Bir məlumata görə Qasım ağa Qazağın Çaylı kəndindən, digər məlumata görə Tovuzun Əlibəyli kəndindən gəlib və bu kəndinin əsasını qoyub, Kəndin sonrakı törəmələri Qasım ağanın oğlu Kərimin və Kərimin oğlu Eyyubun nəslindən davam edərək artmışdır. Kənddə ki, məhlələrdən biri "Qasım ağanın yurdu adlanır.
Zabux döyüşü
Zabux çayı
Zabuxçay — Həkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 51 km, hövzəsinin sahəsi 527 km²-dir. Mənbəyi "Kiçik Qafqazın Qızıltəpə dağından (3036 m) başlayır. Yuxarı axımında Ağoğlan, orta axımında isə Minkəndçay adlanır. Axımı qar, yağış və yeraltı sularından əmələ gəlir. Yaz-yay aylarında qarın əriməsi nəticəsində çayda daşqınlar yaranır. Aprel — iyun aylarında illik axımının 60–65%-i keçir. Axımında yeraltı suların miqdarı çox (50–55%) olduğundan yay aylarında nisbətən sulu olur. Çayın orta illik su sərfi 4,37 kub m/san-dir.
Şınıx (Allahverdi)
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. == Toponim == Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Şınıx (Borçalı)
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. == Toponim == Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Şınıx (Gədəbəy)
Şınıx — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Gədəbəy rayonunun Şınıx kəndi Göyəlli kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şınıx kənd ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi qonşu kəndlərdən Ağdam, Tovuz rayonlarından gəlmiş əhali tərəfindən Şınıx adlı ərazidə salınmışdır. Oykonimi qədim türk dillərindəki şinq (sıldırım qaya), sınıq (tayfa adı), Azərbaycan dilindəki şenlik (qalabalıq, çox adam olan yer) sözləri ilə əlaqələndirirlər. == Tarixi == == Coğrafiyas və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Şınıx əhalisi bütövlükdə türk əsilli xalqdır. Şınıxda bir sıra arxaik sözə müasir Asiya, eləcə də Türkiyə türkcəsində rast gəlinməkdədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 700 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şınıx (Loru)
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. == Toponim == Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Şınıx bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ubıx dialekti
Ubıx dili - Ubıxların dili, Abxaz-adıq dillərindən biridir. Sadəcə Türkiyədə rast gəlinir. Bu dildə yazıb-yaradan sonuncu tanınmış yazıçı Tofiq Əsənç 1992-ci ildə vəfat etmişdir.
Ubıx dili
Ubıx dili - Ubıxların dili, Abxaz-adıq dillərindən biridir. Sadəcə Türkiyədə rast gəlinir. Bu dildə yazıb-yaradan sonuncu tanınmış yazıçı Tofiq Əsənç 1992-ci ildə vəfat etmişdir.
Bibiş
Bibiş (25.01.1978-ci ildən Berkaber) — İcevan rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Cibir
Cibir — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Cibir oyk, sadə. Qusar r-nunun Piral i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Dağıstanın Axtı r-nundakı Çeper kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin sakinləri yeni yaşıyış məntəqəsinə öz köhnə adlarını vermişlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1125 nəfər əhali yaşayır.
Kiwix
Kiwix ("kiviks" tələffüz edilir) — İnternetə qoşulma olmadan Vikipediya məqalələrin oxunması üçün azad proqram təminatıdır. Məqalələrin və təsvirin tərkibi ZIM formatında sıxılmış fayl şəklində saxlanılır. Kiwix genişzolaqlı şəbəkəyə qoşulma mümkün olmayan və ya Vikipediya saytı senzuranın altında olan yerlərdə Vikipediyadan sadə və rahat istifadə etmək üçün yaradılmışdır. Bu proqram təminatından ilk dəfə almanca Vikipediya üçün DVD-lər vasitəsilə istifadə olunurdu. Mobil əməliyyat sistemi olan Android üçün Kiwix proqramı Google Play mağazasında mövcuddur. Kiwix-lə birlikdə Kiwix veb-server (kiwix-serve) kimi işləyən və Vikipediya ilə sizin Kiwix proqramınızı lokal şəbəkə daxilində bütün kompüterlərdə sinxronizasiya edən xidmət mövcuddur.
Minix
Endrü Tanenbaum tərəfindən Operating Systems: Design & Implementation kitabının daha rahat başa düşülməsi üçün yaratdığı Əməliyyat sistemidir. Minixi yaradarkən professorun məqsədi dərslə birlikdə tələbələrinin praktikada da biliklərini tətbiq edə bilmələri idi. Buna görə də Tanenbaum Minixi inkişaf etdirmək üçün edilən təklifləri rədd etmiş və maksimum səviyyədə bu Əməliyyat sisteminin sadə qalmasına çalışmışdır. Minixin son versiyası (3.1.8) 4 oktyabr 2010-cu ildə yayımlanmışdır.
Nibia
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Sibiu
Sibiu (almanca: Hermanştat, macarca: Nagyszeben) — Rumıniyada Transilvaniya regionunda şəhər, Sibiu administrasiya əyalətinin mərkəzi. Əhalisi 171,5 min nəfərdir (2002). Sibiuda məşhur alman şairi Oskar Pastior anadan olmuşdur.
WiMIX
WiMIX - WiMAX sözü "Worldwide Interoperability for Microwave Access" sözünün qısaldılmış formasıdır və IEEE (The Institute of Electrical and Electronics Engineers) 802.16 standartı ilə eyni mənalıdır. IEEEin inkişaf etdirdiyi standartlarından 802 seriyasının 16 nömrəli qoludur. Bu texnologiya regional genişzolaqlı internet üçün nəzərdə tutulmuşdur. == WiMAX-ın üstünlükləri == WiMAXi bu qədər sevdirən, dəyərləndirən xüsusiyyətləri çox geniş bir məsafəyə və yüksək məlumat köçürmə sürətinə sahib olmasıdır. WiMAX texnologiyası sayəsində 50 km-ə yaxın bir sahə içərisində 75 Mbit/s sürətində kabelsiz internet xidməti göstərə bilərsiniz. Bunu təmin edə bilmək üçün LoS (Line of Sight), yəni görüş xətti olması lazımdır. == WiMAX ilə WLAN arasındakı fərqlər nədir? == WiMAX ilə WLAN-ın bir çox ortaq yanları var. Hər iki texnologiya sayəsində məlumat mübadiləsi təmin edilə bilər. WiMAX daha geniş məsafəyə sahib olduğu üçün daha çox bölgələri əhatə edir.
Xibin
Xibin — Kola yarımadasında yerləşən böyük dağ massivi. Geoloji yaşı 350 mln il civarındadır. Ən yüksək nöqtəsi - Yudıçvumçor dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Mərkəzində Kukisvumçor və Çasnaçor platoları yerləşir.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Zirik
Zirik — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Zirik–bir vaxtlar bu adda kənd mövcud olub və indi həmin ərazinin xarabalıqları qalır. Tarixi qədim Alban dovlətinə aid olduğu ona görə güman edilir ki, bu sözün mənası udi dilində "toyuqlu" deməkdir. İndiki Zirik isə Kov Murad dağının ətəyində salınan kənddir. 1925-ci ildə yaradılıb və ona qədim yurd yerinin adını veriblər. Əhalisi İraqdan, Kərkükdən gələn türkmənlərdir. Əvvəlcə onlar Palantökən deyilən ərazini özlərinə binə seçiblər və sonra bu ərazidə, Kov Murad dağının ətəyində məskunlaşıblar... Digər tədqiqatçıların araşdırmalarına görə oykonim zirinc bitki adı ilə əlaqəlidir. Türk dillərində zirig/zirik qızılağacın adıdır. Güman etmək olar ki, kəndin ərazisi qızılağacla zəngin olduğundan kənd belə adlandırılmışdır.
Ziyil
Ziyil – insan vücudunun xaricində yaranan xala bənzər lakin xaldan çox-çox fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir. Ziyilə adətən ən çox əllərdə və barmaqlarda rast gəlinir. == Ziyilin əlamətləri == Ətli xala bənzəyən lakin müxtəlif rəngdə (ağ, qara bəzən isə çəhrayı) əsasən əllərdə, barmaqlarda və dırnaq ətrafında olan nöqtələrdir. Kəsdikdə qanayır lakin ağrısız olur. Əllərlə yanaşı bəzən bədənin digər hissələrində də ziyillərə rast gəlmək mümkündür. Bu hissələrdən aşağı ətraflarda, cinsi orqanlarda bəzən qadınlarda uşaqlıq yolunda, üzdə və.s hissələrdə rast gəlmək olar. Ziyilin yaranma səbəbi HPV (human papilloma virus) virusudur. Bu virusun 100-dən artıq növü mövcuddur. Digər infeksion xəstəliklər kimi ziyillərdə yoluxucudur və bu yolla törəyir.
Zizik
Zizik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Zizik oyk.. sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Qudyal çayının sahilində, Qusar maili düzənliyindədir. Yerli məlumata görə Oykonim ərazidəki eyniadlı dağın adından yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1588 nəfər əhali yaşayır. == Din == Kənddə Zizik kənd məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == Əli bəy Harun bəy oğlu Zizikski (noyabr 1876, Zizik, Quba qəzası – 18 sentyabr 1929, Bakı) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, hərbi və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
Zəbid
Zəbid—Yəməndə tarixi bir şəhər. == Coğrafiyası == Yəmən Tihaməsində Hudəydənin 100 km. cənubi-qərbində yerləşir. Qırmızı dənizə 25 km. uzaqlıqdadır. == Tarixi == Şəhər, adını ortasında qurulduğu verimli vadidən almışdır. Bura öncələri Əşarilərdən Husayb ibn Abdüşəmsə izafətən Husayb adıyla bilinməkdə və bir neçə kənddən meydana gəlməkdəydi. Bölgədə yaşayan Əşar (Əşairə) qəbiləsi mənsublarından içlərində Əbu Musa əl-Əşarinin də olduğu bir heyət 628-ci ildə müsəlman olduqlarını bildirmək üzrə Mədinəyə doğru yola çıxmış, ancaq mindikləri gəmi fırtına üzündən Həbəşistan sahilinə sürüklənincə buradakı mühacirlərə qatılmışdılar. Həzrət peyğəmbərin bölgəyə vali təyin etdiyi Tahir b. Əbu Halə ilə Əbu Musa əl-Əşaridən sonra Yəmən Xüləfa-yi Raşidin və Əməvilər dövründə, ardından Abbasilərin ilk dönəmində valilər tərəfindən idarə olundu.
Çibiş
Bibikinə (lat. Vanellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Bibikinə cinsinə 1 növ daxildir: Çibiş bibikinə (Vanellus vanellus Linn., 1758) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Bıx
Bıx — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd. XIX əsrin əvvəllərindən kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918-ci ildə azərbaycanlılar qovulmuşlar. XIX əsrdə Şimali Qafqazın Ter əyalətində Bık dağı və Bıkova (əsli Bıkoba) kəndi (yenə orada), Azərbaycanda Qax r-nunda Zərnə kəndində Fıqlar obası toponimləri ilə mənşəcə eynidir. Ehtimal ki, türk dillərində buk «meşə sahəsi», «cəngəllik» sözündəndir. Altayda buk «çayın axarı boyu dağlar arası vadi» mənasındadır.
Sibi
Sibi (Bəluc və urdu سِبی, puşt. سيوۍ) — Pakistanın Bəlucistan əyalətində şəhər.Sibi rayonunun inzibati-mərkəzi.Əhalisi 157 min nəfərdir.Şəhər 7-ci əsrdə yaranıb.18-ci əsrdə Nadir şah Əfşarın buraya səfəri ilə şöhrət qazanıb.
Tibi
Tibi (isp. Tibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 70,38 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1745 nəfərə çatmışdır.
Nindza tısbağalar 2: Zığın sirri (film, 1991)
Nindza tısbağalar 2: Zığın sirri (ing. Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze və ya TMNT 2) — Nindza tısbağalar seriyasının ikinci filmidir. Rejissoru Maykl Pressman tərəfindən 1991-ci ildə çəkilmişdir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Teenage Mutant Ninja Turtles II Nindza tısbağalar 2: Zığın sirri — Internet Movie Database saytında.