Zirik — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Zirik | |
---|---|
40°51′32″ şm. e. 47°39′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1158 (2009) nəfər |
Zirik–bir vaxtlar bu adda kənd mövcud olub və indi həmin ərazinin xarabalıqları qalır. Tarixi qədim Alban dovlətinə aid olduğu ona görə güman edilir ki, bu sözün mənası udi dilində "toyuqlu" deməkdir. İndiki Zirik isə Kov Murad dağının ətəyində salınan kənddir. 1925-ci ildə yaradılıb və ona qədim yurd yerinin adını veriblər. Əhalisi İraqdan, Kərkükdən gələn türkmənlərdir. Əvvəlcə onlar Palantökən deyilən ərazini özlərinə binə seçiblər və sonra bu ərazidə, Kov Murad dağının ətəyində məskunlaşıblar...[1] Digər tədqiqatçıların araşdırmalarına görə oykonim zirinc bitki adı ilə əlaqəlidir. Türk dillərində zirig/zirik qızılağacın adıdır. Güman etmək olar ki, kəndin ərazisi qızılağacla zəngin olduğundan kənd belə adlandırılmışdır.[2] Zirik kəndi əvvəllər Qəbələ rayonunun Dizaxlı kəndinin inzibati ərazi vahidində yerləşirdi. 15 aprel 2005-ci il tarixli Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zirik kəndi Dizaxlı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zirik kənd inzibati ərazi vahidi yaradıldı.[3]
Zirik oyk., sadə. Qəbələ r-nunun Dizaxlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonimi zirinc bitki adı ilə əlaqələndirirlər. Türk dillərində zirik qızılağacın adıdır. Güman etmək olar ki, kəndin ərazisi qızılağacla zəngin olduğundan belə adlan- dınlmışdır.[4]
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |