Bıx — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd.[1][2] XIX əsrin əvvəllərindən kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918-ci ildə azərbaycanlılar qovulmuşlar. XIX əsrdə Şimali Qafqazın Ter əyalətində Bık dağı və Bıkova (əsli Bıkoba) kəndi (yenə orada), Azərbaycanda Qax r-nunda Zərnə kəndində Fıqlar obası toponimləri ilə mənşəcə eynidir. Ehtimal ki, türk dillərində buk «meşə sahəsi», «cəngəllik» sözündəndir[3].[4] Altayda buk «çayın axarı boyu dağlar arası vadi» mənasındadır.[5][6]
Bıx | |
---|---|