Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi mənbələrdə == Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. == Etimologiyası == Nabur oykoniminin adı zülqədər tayfa]]sının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. == Əhalisi == Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. == Din == Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Zabor
Zabor adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 700 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Bazovıy adası 2 km cənub-qərbdə və Kolosov adaları 3 km cənub-qərbdə, Blizkiy adası 4,35 km şimal-şərqdə, Pustoy adası 6,4 km şimalda yerləşir. == Xüsusiyyətləri == Qərbdən-şərqə 1,1 km uzunluğa, 450 metr enə malikdir. Hündülüyü böyük deyil. dür. Sahilləri alçaqdır. Ada alcaqboylu otlarla örtülü olur.
Zabul
Zabul vilayəti (puşt. زابل, dəri زابل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 17.343 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 275.1 min nəfər, inzibati mərkəzi Qalat şəhəridir . Əhalisi əsasən puştunlardan ibarətdir. Vilayətdə yaşayan ən iri puştun tayfaları – puştunların Qılzay yarımqrupuna aid Toxi və Hotaki tayfası, Dürrani yarımqrupuna aid Nurzayi və Pəncabi tayfaları.
Zabux
Zabux — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd. 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 30 illik işğaldan sonra 26 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının nəzarətinə keçmişdir. == Etimologiyası == Zabux kəndİ Zabux çayının sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Xut Zabux olmuşdur. Əvəllər bu ərazidə Sus Zabux adlı başqa kənd də var idi. Tədqiqatgilara görə, oykonim kürd dillərindəki zaboq (dongo) sözündəndir. XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuş və mövqeyinə görə Zabox (Zabux) adlanmışdır. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən şadmanlı kəndləri də həmin adla adlanmışdır. XX əsrin əvvəllərinə aid mənbələrdə "Zabıx" adlanırdı.
Zəbur
Zəbur (ərəb dili: زبور, ibrani dili: תְּהִלִּים Təhillim, yunan dili ψαλτήριον Psalterion). Qədim ibrani dilində תְּהִלִּים (Təhillim) kəlməsi "Həmdlər" mənasına gəlir, qədim yunan dilində ψαλτήριον (Psalterion) kəlməsi isə sitraya bənzər çox simli bir alətin adı idi. 150 mədh və dualardan ibarət olan bu kitab yəhudi Müqəddəs Yazıları olan Tanaxın Yazılar (כְּתוּבִים Kətuvim) hissəsində yer alır. == Zəburun bölünməsi == Zəbur 150 məzmurdan (ruhani nəğmə) ibarətdir. Yəhudi Müqəddəs Yazılarının ən qədim tərcüməsi Septuagintada məzmurların sıra sayı Zəburun ibrani mətnindəkindən bir az fərqlənir. İbrani mətni ilə qədim yunan tərcüməsində (Septuaginta) olan sıra sayının fərqi aşağıdakı cədvəldə göstərilir: Bibliyanın Septuagintadan edilən rus və digər tərcümələrində məzmurların sıra sayı Septuagintaya əsaslanır, lakin 2009-cu ildə nəşr olunan Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində qədim ibrani mətn əsas götürülmüşdür. Bundan əlavə, Zəbur kitabı ənənəvi olaraq 5 hissəyə bölünür: a) 1–41-ci məzmurlar; b) 42–72-ci məzmurlar; c) 73–89-cu məzmurlar; ç) 90–106-cı məzmurlar; e) 107–150-ci məzmurlar. == Zəburun müəllifləri == Məzmurların əksəriyyətində müəlliflərinin adları qeyd edilmişdir. Ümumiyyətlə, Zəburu çox vaxt "Davudun Zəburu" adlandırırlar. Doğrudan da, ən qədim məzmurların müəllifi Davud peyğəmbər olmuşdur.
Babur İmperiyası
Böyük Moğol İmperiyası (fars. گورکانیان‬‎, translit. Gūrkāniyān; urdu مغلیہ سلطنت‬, translit. Mughliyah Saltanat) və ya Baburlu İmperiyası (fars. امپراتوری مغولی هند‎, translit. Empīrāturī-ye Moġolī-ye Hend) — 1526–1859-cu illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. Moğollar türk idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Qərbdə (Avropada) isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.
Babur şah
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Məhəmmədabad (Zabul)
Məhəmmədabad — İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Şibab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,175 nəfərdən ibarət idi.
Nabur bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nabur müqaviləsi
Nabur müqaviləsi — Rusiya ilə Osmanlı imperiyası arasında sərhədləri dəqiq formada müəyyən etmək üçün bağlanmış müqavilə. == Arxa plan == Rusiya imperiyası yeni əldə etdiyi torpaqlardan istədiyi və planladığı gəliri götürə bilmədi. I Pyotrun sağlığında bunu dilə gətirməyə çəkinən rus məmurları onun ölümündən sonra bu fikri dilə gətirməyə başladılar. Lakin Rusiya imperiyası Xəzər sahili vilayətlərdən birbaşa olaraq da çıxa bilmirdi. Çünki onların çıxacağı halda bu yerlər Osmanlı imperiyası tərəfindən ələ keçiriləcəkdi. Bu isə Rusiyaya heç sərf etmirdi. Bu torpaqların mərkəzi Səfəvi hakimiyyətinə geri qaytarılması fikri də inandırıcı görünmürdü. Çünki paytaxtı ələ keçirən əfqan üsyançıları faktiki olaraq Səfəvi hakimiyyətinə son qoymuşdular. Məhz buna görə də Rusiya hökuməti Xəzərboyu əyalətlərdən hələlik əl çəkmirdi. Osmanlının gələcəkdə həmin yerləri zəbt etməməsi üçün Rusiya hökuməti İstanbul müqaviləsinin Ģərtlərini yerinə yetirmək qərarına gəldi və Osmanlı hökumətini sərhəd məsələlərinin həlli məqsədilə danışığa dəvət etdi.
Nabur xalçaları
Nabur xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == "Nabur" xalçalarının adı Qobustan rayonunda Şamaxıdan 25km şərq istiqamətində yerləşən kəndin adından götürülmüşdür. "Nabur" xalçaları XX əsrin əvvəlindən başlayaraq Şamaxının cənubunda — Bicovda, Qaşadda, Çaylıda, Qubada, Qonaqkənddə, həmçinin Dağıstanın Tabasaran rayonunda yerləşən məşhur xalçaçılıq məntəqələrində böyük miqdarda istehsal olunmağa başladı. Ona görə də bəzi sənətşünaslar bu xalçanı "Quba" və ya "Tabasaran" xalçası hesab edirdilər. == Bədii xüsusiyyətləri == "Nubar" xalçasının ara sahəsinin kompozisiyası əsas etibarilə şaquli oxda yerləşmiş və öz aralarında birləşmiş bir neçə böyük göldən ibarətdir. Kənarları dilikli olan bu rombşəkilli göllər Şirvan kilimlərinin göllərini xatırladır. Əksər hallarda xalçanın ara sahəsində üç göl yerləşir. Xalçanın uzunluğundan asılı olaraq göllərin sayı beş və daha çox ola bilər. Bir cüt gölü olan "Nabur" xalçasına nadir hallarda rast gəlmək olar. "Nabur" xalçalarının köbə zolağı "kaşı" adlnan orta haşiyədən, iki zəncirədən və ara sahəni haşiyələndirən iki çəpərdən ibarətdir.
Sultan Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Vasak Qabur
Vasak Qabur, Vasak Haykazun (Qabur – hərfi tərcümədə “yumşaq, həlim”) (təxm. 859-cu ildə vəfat edib.) – IX əsrin II yarısında Qeqarqunik hakimi. Sünik sülaləsinin Qeqarqunik haykazunları nəslindən olan Vasak I Qriqor Supanın böyük oğludur. Xarici siyasətdə Baqratuni sülaləsinin Şirak qoluna meyl etmişdir. Vasak İşxanikin səfərdə olduğu dövrdə bütün Sünik ərazisini idarə etmişdir.. I Aşot Baqratuninin Sivəng monastırını inşa etdimiş qızı Məryəmlə evli olmuşdur. Onları üç oğlu vardı: II Qriqor Supan, Saak və Vasak..
Xabur çayı
Xabur (ərəb. خابور‎ Khābūr; kürd. Xabûr; süry. ܚܒܘܪ; türk. Habur; q.yun. Χαβώρας Khabṓras‎‎) — Qərbi Asiyada çay.
Zabul (şəhər)
Zabul- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Zabul şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 130,642 nəfər və 27,867 ailədən ibarət idi.Bu şəhərin əhalisi Sistani qəbiləsidir.
Zabul Qasım
Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, Dağlıq Qarabağ) — xanəndə. == Həyatı == Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur. O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır. Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir. == Fəaliyyəti == "Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı. O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi. XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.
Zabul vilayəti
Zabul vilayəti (puşt. زابل, dəri زابل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 17.343 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 275.1 min nəfər, inzibati mərkəzi Qalat şəhəridir . Əhalisi əsasən puştunlardan ibarətdir. Vilayətdə yaşayan ən iri puştun tayfaları – puştunların Qılzay yarımqrupuna aid Toxi və Hotaki tayfası, Dürrani yarımqrupuna aid Nurzayi və Pəncabi tayfaları.
Zabul şəhristanı
Zabul şəhristanı- — İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zabul şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 244,103 nəfər və 53,101 ailədən ibarət idi.
Zabux döyüşü
Zabux çayı
Zabuxçay — Həkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 51 km, hövzəsinin sahəsi 527 km²-dir. Mənbəyi "Kiçik Qafqazın Qızıltəpə dağından (3036 m) başlayır. Yuxarı axımında Ağoğlan, orta axımında isə Minkəndçay adlanır. Axımı qar, yağış və yeraltı sularından əmələ gəlir. Yaz-yay aylarında qarın əriməsi nəticəsində çayda daşqınlar yaranır. Aprel — iyun aylarında illik axımının 60–65%-i keçir. Axımında yeraltı suların miqdarı çox (50–55%) olduğundan yay aylarında nisbətən sulu olur. Çayın orta illik su sərfi 4,37 kub m/san-dir.
Əs-Sabur
Əs-Sabur (ər. الصبور) — Allahın adlarından biri.
Zaur (ad)
Zaur — Qafqazın ən məşhur kişi adlarından biri. Ərəb dilində "zəvvar" mənasında işlənir və ziyarət edən, ziyarətçi anlamına gəlir. Bundan başqa bu ad ərəb dilində Aslan nəriltisinə də uyğun gəlir. Gürcüstan, Azərbaycan və İtaliya müxtəlif yazılma və tələffüz olunma şəklində geniş yayılıb. Zaur Rzayev — müğənni Zaur Məhərrəmov — Rejissor. Operator. Ssenari müəllifi. Zaur Tağızadə — Azərbaycan futbolçusu. Zaur Ustac — Azərbaycanlı yazıçı. Zaur Kamal — Azərbaycanlı aparıcı.
Zaur Askenderov
Zaur Askenderov (12 iyul 1970, Məmmədqala, Dağıstan MSSR) — Rus iş adamı, ictimai və siyasi xadim. 30 sentyabr 2021-ci ildən Dağıstan Respublikası Xalq Məclisinin sədri. Əvvəllər Rusiya Federasiyası Federal Məclisi VI və VII çağırış Dövlət Dumasının deputatı, Vahid Rusiya fraksiyasının üzvü olmuşdur. Dövlət Dumasının İqtisadi Siyasət, Sənaye, İnnovativ İnkişaf və Sahibkarlıq Komitəsinin üzvü olur. "İş Rusiyası" Ümumrusiya ictimai təşkilatının Dağıstan regional şöbəsinin sədridir Milliyyətcə qumuqdur. Dağıstan Respublikası Xasavyurd rayonunun Kostek kəndindəndir. == Bioqrafiyası == 2009-cu ildə Dünya İqtisadiyyatı İnstitutunun Dünya İqtisadiyyatı ixtisasını bitirir. 2015-ci ildə Dağıstan Dövlət Universitetində yenidən hazırlıq keçir. 2016-cı ildə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında təhsil alır. 1988-ci ildə Mikoyan ət kombinatında işçi olaraq çalışır və daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Zaur Axundov
Zaur Valeh oğlu Axundov (6 iyul 1971, Tovuz – 29 mart 1994, Koxanəbi, Tovuz rayonu) — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Zaur Axundov 1971-ci il iyul ayının 6-da Tovuz şəhərində anadan olub. 1978-ci ildə Tovuz şəhəri Nəsirəddin Tusu adına orta məktəbdə 1-ci sinifə gedib, 1988-ci ildə orta məktəbi bitirib. Sovet ordusunda 1989-cu ildə Rusiyanın Krasnoyarsk diyarının Abakan şəhərində əsgəri xidmətdə olub. 1991-ci ildə hərbi xidmətini başa vurub. Z.Axundov əsgəri xidmətini başa vurub Azərbaycana qayıtdıqdan sonra Tovuz istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. 1992-ci ildən 1994-cü ilin 29 mart tarixinə qədər düşmənlə üzbəüz mövqelərdə döyüşüb. Z.Axundov 1994-cü il martın 29-da Ermənistan ordusunun atdığı tank mərmisinin zərbəsinə tuş gələrək 11 nəfər döyüşçü yoldaşı ilə birgə həlak olub. Tovuz rayonunun Koxanəbi ərazində Sulutəpə zirvəsində şəhid olan Z.Axundov rayonun Şəhidlər Xiyabanında dəfn olunmuşdur. == Xatirəsi == 2005-ci ildə Z.Axundovun qardaşı taekvondo ustası Ümid Axundov tərəfindən şəhidin adını daşıyan taekvondo klubu yaradılıb.
Halil Babür
Halil İbrahim Babür(26 iyun 1987, Bitlis ili) – Türk aktyor, dramaturq və teatr rejissoru. == Həyatı və karyerası == 26 iyun 1987-ci ildə Bitlisdə anadan olan Babür 3 yaşında İstanbula gəldi. 2014-cü ildə Haliç Universitetinin Teatr fakültəsini bitirmişdir. O, 2011-2014-cü illər arasında "Show TV"də yayımlanan "Pis Yedili" serialındakı "Trafo" obrazı ilə tanınıb. O, Çukurda “Veysəl” obrazını canlandırıb. 2017-ci ildə çəkdiyi "Qar" filmi ilə 24-cü Beynəlxalq Adana Film Festivalında "Ən perspektivli aktyor" mükafatına layiq görüldü. O, 11-dən 11-ə, Qəssab, He-Go və İçimdəki od» pyeslərini yazdı. Nəhayət, FOX-da yayımlanan son yaz serialında “Soner Sancaktar” obrazını canlandırıb.