Aybəniz Əliyeva (Kəngərli)
Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli — Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru, Yeni Azərbaycan Partiyasının üzvüdür.
== Həyatı ==
Aybəniz Əliyeva-Kəngərli 1946-ci il iyun ayının 6-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Filologiya elmləri doktorudur. Azərbaycan Qadınlarının Milli Konfederasiyasının Azərbaycan MEA üzrə idarə heyətinin sədri, Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnalının redaksiya heyətinin üzvü, Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və təcrübi jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Yazıcılar Birliyinin üzvü, Beynəlxalq Elmi Araşdırılmalar Jurnalının redaksiya heyətinin üzvüdür. Rus dilini bilir."
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsində işləmişdir.
=== Ailəsi ===
Ailəlidir, 2 qız övladı var.
== Fəaliyyəti ==
=== Elmi fəaliyyəti ===
1968-2002-ci illərdə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kitabxana müdiri vəzifəsində çalışıb.
1992-ci ildə “Azərbaycan nağıllarında qadın obrazı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1996-2014-cü illərdə“Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının nəzdində yaradılmış elmi kitabxanalar və informasiya mərkəzlərinin direktorlar şurası” nın üzvü olub.