Aybəniz Səməd qızı Vəkilova (9 sentyabr 1937, Bakı – 13 iyun 2009, Bakı) — Səməd Vurğun Fondunun prezidenti (?–2009) və Səməd Vurğunun ev-muzeyinin direktoru (2006–2009), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2002).
Aybəniz Vurğunqızı | |
---|---|
Doğum tarixi | 9 sentyabr 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyun 2009 (71 yaşında) |
Vəfat yeri | |
Uşağı | Aygün Vəkilova |
Atası | Səməd Vurğun |
Anası | Xavər Vəkilova |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
Aybəniz Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub. 1944–1951-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində oxumuş(sonra 132 saylı məktəbə dəyişilib),1954-cü ildə oranı bitirmişdir. 1954–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış, oranı "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bitirmişdir. 1962–1967-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1967–1970-ci illərdə EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra 1975-ci ilin oktyabr ayına qədər həmin institutda isləmişdir.
1975-ci ilin oktyabr ayında Səməd Vurğunun ev-muzeyi açılan vaxtdan burada baş mühafiz olmuş, 2006–2009-cu illərdə Səməd Vurğunun ev-muzeyinin direktoru vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə vaxtilə SSRİ-nin Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunmuşdur. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. Aybəniz Vəkilovanın muzey fəaliyyəti ümummilli lider Heydər Əliyev tərəfindən də qiymətləndirilmiş, 1997-ci ildə anadan olmağının 60 illiyi münasibətilə ona təbrik məktubu göndərmiş, 2002-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş, 2003-cü ildə "Prezident təqaüdü" verilmişdir.
Beynəlxalq Muzeylər Şurasının üzvü kimi Amerika, Norveç və İspaniyada konfranslarda iştirak etmişdir. Səməd Vurğunun yubileyləri münasibətilə 1966, 1976 və 1986-cı illərdə nəşr edilmiş kitablarının tərtibçisi, 1976-cı ildə çəkilmiş "Səməd Vurğun" sənədli filminin elmi məsləhətçisi olmuşdur.
1994-cü ildə təsis etdiyi "Səməd Vurğun Fondu"nun prezidenti olmuşdur. Fond tərəfindən muzeyin fəaliyyətinə həsr olunmuş "Vurğun ocağı-25" adlı albom və "Sözləri Səməd Vurğunundur" adlı mahnı diski yaradılmış, internetdə şairin həyat və yaradıcılığına və muzeyin fəaliyyətinə həsr olunmuş sayt açılmışdır (www.samedvurgun.com).
1996-cı ildə şairin 90 illik yubileyi ilə əlaqədar çap edilmiş Ş. Nəzirlinin "Vurğun ömrü məktublarda" kitabının və A. Bayramovun "Vurğun ocağı" kitabının elmi məsləhətçisi və rəyçisi olmuşdur. 2003-cü ildə çap edilən İ. Umudlunun "Vəkiloğulları" kitabının da elmi məsləhətçisi olmuşdur. 2004-cü ildə şairin "Seçilmiş əsərləri"ni tərtib etmişdir. 2005-ci ildə çap olunan Səməd Vurğunun 5 cildlik "Seçilmiş əsərləri"nin redaktorudur. 2006-cı ildə onun redaktorluğu ilə Səməd Vurğunun 100 illiyi münasibətilə AMEA-nın Tarix İnstitutunun əməkdaşları F. Vəliyev və R. Əfəndiyevin "Səməd Vurğun və Azərbaycan etnoqrafiyası" kitabı çap edilmişdir. Həmin ildə " Səməd Vurğun-100 " bukletini (3 dildə) tərtib etmişdir.
2007-ci ildə Türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adına layiq görülmüşdür. Təqdimat 2008-ci il noyabr ayının 5-də Səməd Vurğunun ev-muzeyində keçirilmişdir.
Aybəniz xanım Vəkilova 2009-cu il iyun ayının 13-də Bakı şəhərində vəfat etmişdir.
Yusif ağa Vəkilov | Məhbub xanım Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ruqiyyə Paşabəyova | Mehdixan Vəkilov | Səməd Vəkilov | Xavər Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çiçək Vəkilova | Cavanşir Vəkilov | Yusif Vəkilov | Vaqif Vəkilov | Aybəniz Vəkilova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||