Azərbaycan dilinin izahlı lüğəti

  • Ç

    Azərbaycan əlifbasının dördüncü hərfi. bax çe

    Tam oxu »
  • ÇADIR

    is. Su buraxmayan parçadan düzəldilən müvəqqəti yaşama, daldalanma yeri. Çadır qurmaq. Brezent çadır

    Tam oxu »
  • ÇADIRÇI

    is. köhn. Çadır ustası. [Çadırçı usta:] Bizə yoldaşdı o rəhmətlik baban; Bir çadırçıydı o da. H.Cavid

    Tam oxu »
  • ÇADRA

    is. Qadınların başdan topuğacan bədənlərini örtmək üçün işlətdikləri bürüncək; çarşab. Çadra örtmək. – [Cahan:] …Qoy elə bu güncə çadramı başıma salıb

    Tam oxu »
  • ÇADRALI

    sif. Çadra örtmüş, başında çadra olan; çarşablı. Çadralı qadın. – Öncə gələn atın üstündə ağır gövdəli, ağ çadralı bir xanım oturmuşdu

    Tam oxu »
  • ÇADRASIZ

    sif. Çadra örtməmiş, başında çadra olmayan; çarşabsız, üzüaçıq. Çadrasız arvad

    Tam oxu »
  • ÇAĞ

    sif. 1. Sağlam, saz, hələ əldən düşməmiş. Çox da qocalmışam, hələ ki, çağam; Bir az namus, qeyrət, ar sinəmdə var

    Tam oxu »
  • ÇAĞ₁

    is. Vaxt, zaman. Bu çağacan harada qalmısan? Nə çağacan səni gözləyək? – Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa

    Tam oxu »
  • ÇAĞA

    is. dan. Körpə uşaq. Aygün alıb çağasını bağrına basır; Analara təsəllidir dar gündə övlad. S.Vurğun

    Tam oxu »
  • ÇAĞALIQ

    is. Uşaqlıq, körpəlik. Çağalıq dövrü

    Tam oxu »
  • ÇAĞILTI

    is. Çağlayan suyun çıxardığı səs, axan suyun daşlara, qayalara çarparaq çıxardığı səs. Güclənən sellər dərəaşağı çağlayırdı

    Tam oxu »
  • ÇAĞIRICI

    sif. Çağıran. [Qadının] amiranə çağırıcı ahəngi mübarizə və qələbə ruhu ilə doludur. R.Rza

    Tam oxu »
  • ÇAĞIRILMA

    “Çağırılmaq”dan f.is

    Tam oxu »
  • ÇAĞIRILMAQ

    “Çağırmaq”dan məch. İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi. M.S.Ordubadi. Bəndalı təqsirini etiraf etmədiyi üçün təzə şahidlər çağ

    Tam oxu »
  • ÇAĞIRIM

    is. Səs gedib çatan məsafə. İki çağırım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qat-qarışıq səsləri qulağımıza yetişdi

    Tam oxu »
  • ÇAĞIRIŞ

    is. 1. Çağırma, səsləmə; çağırma səsi. [Qəhrəman] dayanıb bu çağırış səsini dinləyirdi. S.Rəhimov. Şahpəri altdanüstdən geyinib Daşdəmirin çağırışına

    Tam oxu »
  • ÇAĞIRIŞÇI

    is. Hərbi xidmətə çağırılan adam (gənc). Bakıda Firidunu növbəti çağırışçılara qoşub, Tbilisiyə göndərdilər

    Tam oxu »
  • ÇAĞIRIŞMA

    “Çağırışmaq”dan f.is

    Tam oxu »
  • ÇAĞIRIŞMAQ

    qarş. Bir-birini çağırmaq, səs-səsə verərək çağırmaq. Durna yoldaşları ilə meşə meyvələrindən yığır, kənd qızları bir-birini itələyir, zarafatlaşır, ç

    Tam oxu »
  • ÇAĞIRMA

    “Çağırmaq”dan f.is

    Tam oxu »
  • ÇAĞIRMAQ

    f. 1. Birinin adını, yaxud təxəllüsünü, ləqəbini ucadan deyərək yanına gəlməsini, yaxınlaşmasını, ya da cavab verməsini istəmək

    Tam oxu »
  • ÇAĞIRTI

    is. Çağırış, çağırış səsi

    Tam oxu »
  • ÇAĞIRTMA

    “Çağırtmaq”dan f.is

    Tam oxu »
  • ÇAĞIRTMAQ

    icb. Başqası vasitəsilə çağırmaq. Üç gün sonra Mehribanın atası Ağdaşdan gəlmişdi. Onu teleqrafla Mehriban çağırtmışdı

    Tam oxu »
  • ÇAĞLAMA

    “Çağlamaq”dan f.is

    Tam oxu »
  • ÇAĞLAMAQ

    f. 1. Çağıltı ilə axmaq, şırıltı ilə köpüklənərək tökülmək. Şəlalə çağlayır. – Göy otların arasından bulaqlar; Şırıltıyla köpüklənərkən çağlar

    Tam oxu »
  • ÇAĞLAYAN

    is. Şəlalə, şırran

    Tam oxu »
  • ÇAHARŞƏNBƏ

    [fars.] bax çərşənbə

    Tam oxu »
  • ÇAXÇAX

    is. 1. Keçmişdə: qapını döymək üçün ona vurulan dəmir toxmaqdan ibarət alət. Məşədi Kazım yenicə oturmuşdu, qapının çaxçaxı vuruldu… M

    Tam oxu »
  • ÇAXÇUR

    is. Keçmişdə: qadınların geydikləri balağı büzməli enli şalvar növü. Qadınlar rübənd vurmağa, çaxçur geyməyə macal tapmayıb hara gəldi qaçırdılar

    Tam oxu »
  • ÇAXICI

    is. Çaxma (2-ci mənada) ustası

    Tam oxu »
  • ÇAXIR

    is. Şərab. Calal başını kənara çəkib üzünü turşudur: – Vallah, dadaş, genə çaxır içmisən. C.Məmmədquluzadə

    Tam oxu »
  • ÇAXIRÇI

    is. Çaxır (və b. içkilər) satılan dükan. Əvəzində buların çayçı, çaxırçı dükanı; Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə? M

    Tam oxu »
  • ÇAXIRÇILIQ

    is. Şərabçılıq

    Tam oxu »
  • ÇAXIRSATAN

    is. Çaxır (və s. içkilər) satmaqla məşğul olan adam

    Tam oxu »
  • ÇAXIŞ

    is. Çaxmaq işi, çaxma. O, göylərin şimşəyi; Yerlərin üsyanıdır; İldırım çaxışıdır. B.Vahabzadə

    Tam oxu »
  • ÇAXMA

    1. “Çaxmaq2”dan f.is. 2. xüs. Müxtəlif metal lövhələri vurub qabartmaqla hazırlanan naxışlı bəzək əşyası; çekanka

    Tam oxu »
  • ÇAXMAQ₁

    is. 1. Odlu silahlarda zərb mexanizminin hissəsi; yay. Tapançanın çaxmağı. – Bütün ümidlərinin alt-üst olduğunu görən Vəli tüfənginin çaxmağını çəkdi

    Tam oxu »
  • ÇAXMAQ₂

    f. 1. Atəş açmaq üçün tüfəngin, tapançanın çaxmağını çəkib buraxmaq; atəş açmaq; güllə ilə vurmaq. Səttar daxılı çəkir, tapançanı çıxarıb Kəblə Heybət

    Tam oxu »
  • ÇAXMAQ-QOV

    top. Keçmişdə: od almaq (qığılcım çıxarmaq) üçün işlədilən çaxmaq və qov. [Nəbi] sonra qəlyanını doldurub, çaxmaq-qovla yandırdı

    Tam oxu »
  • ÇAXMAQDAŞI

    is. Keçmişdə: od almaq (qığılcım çıxarmaq) üçün çaxmağın vurulduğu xüsusi daş parçası. [Baba] qovu çaxmaqdaşı ilə alışdırıb çubuğu yandırdı

    Tam oxu »
  • ÇAXMAQLI

    sif. Çaxmağı olan. □ Çaxmaqlı tüfəng (tapança) – keçmişdə: çaxmaqdaşı və çaxmaq vasitəsilə alışdırılan primitiv tüfəng (tapança)

    Tam oxu »
  • ÇAXNAŞDIRMA

    “Çaxnaşdırmaq”dan f.is

    Tam oxu »
  • ÇAXNAŞDIRMAQ

    f. Aranı qarışdırmaq, qarışıqlıq salmaq, bir-birinə vurdurmaq, çaxnaşma (çaxnaşıq) salmaq. [Balarza:] Xub, bəs bunu hansı haramzada eləyir, kəndi çaxn

    Tam oxu »
  • ÇAXNAŞIQ

    bax çaxnaşma 2-ci mənada. □ Çaxnaşıq düşmək – bax çaxnaşma düşmək (“çaxnaşma”da). [Çopo:] Sabaha qədər davam edən qanlı vuruşmadan sonra xaqan ordusun

    Tam oxu »
  • ÇAXNAŞMA

    1. “Çaxnaşmaq”dan f.is. 2. Qarışıqlıq, həyəcan, təlaş, vahimə, vəlvələ. Camaat içərisində bərk çaxnaşma oldu

    Tam oxu »
  • ÇAXNAŞMAQ

    f. Asayiş, əmin-amanlıq pozulmaq, hamı bir-birinə dəymək, qarışıqlıq düşmək, çaxnaşma düşmək. Talan oldu elin varı; Aralıq çaxnaşdı yenə

    Tam oxu »
  • ÇAQ-ÇAQ

    is. Keçmişdə: evlərin həyət qapısında qapını döymək üçün dəmir toxmaqcıq. Çaq-çaqla qapını döymək. – Qapının başında şir şəkli, sol tayında sarı bürün

    Tam oxu »
  • ÇAQ-ÇUQ

    təql. Çaqqaçaq, çaqqıltı, çaqçaq səsi. Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaq-çuq hesab elədi. S

    Tam oxu »
  • ÇAQIL

    is. Çınqıl, çaydaşı. Toplandı bir yerə çaqıl, kirəc, su. M.Müşfiq

    Tam oxu »