AĞNÖQTƏLİ

прил. точечный. Ağnöqtəli retinit мед. точечный ретинит
AĞNAVAZ
AĞOT
OBASTAN VİKİ
Ağnöqtəli andrena
Ağnöqtəli andrena (lat. Andrena albopunctata) — Zərqanadlılar dəstəsinə, Andrenidlər fəsiləsinə aid növ. Andrena cinsinə 2000-dən çox növ daxildir. Azərbaycanda 113 növü yaşayır. == Təsviri == Uzunluğu 15 –16 mm-dir. Bədəni qara, qanadları qara – bənövşəyidir. Başı, belin ön və arxa hissələri, ön və arxa ətrafların baldırları sıx, ağ tüklərlə örtülüdür. Qarıncığın üst tərəfinin yanları sıx ağ tüklü, üstü isə qara tüklüdür. == Yayılması == Aralıq dənizi hövzəsi, Cənubi və Orta Avropa, Şimali Afrika, Kiçik və Ön Asiya, Əfqanıstan, Rusiyanın Avropa hissəsi, Qafqaz, Qərbi Qazaxıstan və Orta Asiya dövlətlərində qeyd olunub. Azərbaycanda Kür-Araz ovalığında, Talışda (Zuvand), Gəncənin ətraflarında və Abşeronda rast gəlinir.