Ağnöqtəli andrena (lat. Andrena albopunctata) — Zərqanadlılar dəstəsinə, Andrenidlər fəsiləsinə aid növ. Andrena cinsinə 2000-dən çox növ daxildir. Azərbaycanda 113 növü yaşayır.
Ağnöqtəli andrena | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ağnöqtəli andrena |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Uzunluğu 15 –16 mm-dir. Bədəni qara, qanadları qara – bənövşəyidir. Başı, belin ön və arxa hissələri, ön və arxa ətrafların baldırları sıx, ağ tüklərlə örtülüdür. Qarıncığın üst tərəfinin yanları sıx ağ tüklü, üstü isə qara tüklüdür.[2]
Aralıq dənizi hövzəsi, Cənubi və Orta Avropa, Şimali Afrika, Kiçik və Ön Asiya, Əfqanıstan, Rusiyanın Avropa hissəsi, Qafqaz, Qərbi Qazaxıstan və Orta Asiya dövlətlərində qeyd olunub. Azərbaycanda Kür-Araz ovalığında, Talışda (Zuvand), Gəncənin ətraflarında və Abşeronda rast gəlinir.[3]
Quru biotoplarda yaşayır. Politrof növüdür. 5 fəsiləyə daxil olan bitkiləri tozlayır. Dəniz səviyyəsindən 1900 m hündürlükdə yaşaya bilir. Çox nadir hallarda rast gəlinir.
Yaşayış yerlərinin insanlar tərəfindən istifadə edilməsi.
Bu növə mənsub olan yaşayış yerlərini qorumaq, yol kənarında bitən çiçəkli bitkiləri məhv etməmək.