BAŞDAN-BAŞA Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun (S.Vurğun); BAŞDAN-AYAĞA O ki qaldı axund Molla İman, onun fikri başdan-ayağa yanlış və xatadır (S.S.Axundov); SƏRASƏR Sərasər əlvana batsın gül bədən; Siyah zülfün töksün qamətin tən (Q.Zakir); SƏRPA Amma bu miskin aşiqi; Sərpa soyarlar, ağlamaz (Nəsimi); BÜSBÜTÜN (bax); TAMAMİLƏ (bax).