Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başdansovma
Başdansovma (eng.kludge) – aparat vasitələrinin və ya proqram təminatının əsasən düzgün işləyən, ancaq konstruksiyası və ya dizaynı qəşəng olmayan, yaxud məntiqi cəhətdən az səmərəli olan elementi. Aparat vasitələrində: ümumiyyətlə, problemin qısamüddətli və ya ötəri həlli; çox zaman çeşidli yapışqan lentlər, ekstravaqant elektrik birləşmələri və qeyri-adi tərtibatla xarakterizə olunur. Proqram təminatında: "yanan" məsələnin həlli üçün pis layihələndirilmiş və ya düşünülmüş proqram; belə proqram təminatını yaradıcısından başqa kimsə çətin ki, müşayət edə və ya dəyişdirə bilsin. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Bardan (Sərdəşt)
Bardan (fars. بردان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (7 ailə).
Abdurrahman Başkan
Abdurrahman Başkan (1964, Zilə[d], Toqat ili) — aqrar mühəndis, iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Abdurrahman Başkan 1964-cü ildə Tokat ilinin Zile ilçəsində anadan olub. Atatürk Universiteti Aqrar Bölməsindən məzun olub. Kənd təsərrüfatı sahəsində mühəndis olaraq çalışıb, bu sahə üzrə fəaliyyət göstərən firmalarda rəhbər vəzifələrdə təmsil olunub. 1995-ci ildə öz firmasını qurub. Uzun illərdir MHP üzvüdür. 2003-2006-cı illərdə MHP İstanbul il şöbəsinin sədr müavini, 2011-2014-cü illərdə MHP İstanbul il şöbəsinin sədri olub. 2009, 2015, 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib. 2014-cü ildə MHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib. İyun 2015-ci ildə Tokat ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib.
Daşdan Keçən Kağız (1987)
== Məzmun == Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Daşdan keçən kağız (film, 1987)
== Məzmun == Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Rot Basian
Rot Basian — Yuxarı Qarabağın mahallarından birinin adı. == Toponimikası == Rot Basian ilk dəfə VII əsrə aid mənbədə mahal adı çəkilir. Bir fikrə görə Rot-Pasian və Aliye sonrakı Cavıanşir mahalıdır. İndiki Türkiyənin şərqində e.ə. II əsrdə məskunlaşmış bir qədim türk dilli tayfa Basnan (Pasian) adlanırdı. Bu barədə e.ə. V əsr müəllifi Ksenofont yazmışdır. (Ksenofont, Anabazis, IY, 18) Bu el sakların tərkibində gəlmişdir. Ona görə ki,Ksenefakt basanların skiflərlə (yəni saklarla) bir yerdə yaşadıqlarını yazmışdır. Bir fikrə görə bu indiki Kars, Sarıqamış, Kaqızman və Sürməli ərazilərinldə yaşayırdılar.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Badyan
Badyan (lat. Conium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Bafran
Bafran — İranın İsfahan ostanının Nayin şəhristanının Mərkəzi bəxşində şəhər.
Baksan
Baksan (şəhər) — Qafqazda şəhər.
Bançan
Bançan (/ ˈbɑːnˌtʃɑːn, koreyaca: 반찬) və ya bansang Koreya mətbəxində bişmiş düyü ilə birlikdə təqdim olunan kiçik yan yeməklərə verilən addır. Sadə bançan adətən bişmiş düyü, şorba, acı bibər pastası, soya sosu, cige və kimçidən ibarət olur. Masaya qoyulan bançanın sayına görə 3çop(삼첩), 5çop(오첩), 7çop(칠첩), 9çop(구첩), 12çop(십이첩) kimi növləri var, 12çop adətən Koreya kral mətbəxində istifadə olunur. Banchan paylaşılacaq masanın ortasına qoyulur. Masanın mərkəzində, ikinci dərəcəli əsas kurs, məsələn, galbi və ya bulgogi və ortaq bir jjigae . Bişmiş düyü və guk (şorba) qabları ayrıca qoyulur. Banchan kiçik hissələrdə verilir, hər yeməkdə bitməli və kifayət deyilsə yemək zamanı doldurulur. Adətən, yemək nə qədər rəsmi olarsa, daha çox banchan olacaqdır. Jeolla əyaləti, bir yeməkdə bir çox müxtəlif çörək növünə xidmət etməklə məşhurdur . == Tarixi == BBançanın Üç Krallıq dönəmində buddizmin təsiri və bu krallıqların monarxiyaları tərəfindən ət yeməsinə qarşı qoyduqları qadağa hökmünün nəticəsində meydana gəldiyi düşünülür.
Bardana
Atpıtrağı (lat. Arctium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Barxan
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan ehramlar == Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur.
Bağban
Bağban — "bağ salan", "bağçılıqla məşğul olan" deməkdir. Bağban (Ucar) — Ucar rayonunun inzibati ərazi vahidində kənd. Bağban (Kürdəmir) — Kürdəmir rayonunun Böyük Kəngərli inzibati ərazi vahidində kənd. Keçmış adı Barlıdır.
Bağdad
Bağdad (ərəbcə: بغداد) — İraqın paytaxtı. Əhalisi 6 milyon nəfərdir (2011) Bağdad Yaxın Şərqin ən iri şəhərlərindən biridir. Bağdad İraqın siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Burada hökumət, bütün mərkəzi dövlət və dini müəssisələr və diplomatik nümayəndəliklər yerləşir. Burada həmçinin çoxlu universitetlər, təhsil müəssisələri, teatrlar, muzeylər və tarixi abidələr vardır. == Etimologiya == Bağdad Abbasilər dövründə,əsası 752-ci ildə qoyulub.O vaxtlar şəhəri Mədinə-əs-Səlam yəni "sülh şəhəri"adlandırıblar.Məşhur azərbaycan coğrafiyaşünas və səyyah Şirvaninin fikrincə şəhərin adı Ənuşirəvan tərəfindən salınan bağla əlaqəlidir.Rəvayətə görə "Dad" müqəddəs şəxs imiş.Bu fikrə əsasən Bağdad sözünün mənası "Dadın bağı" deməkdir.Bağdad sözünün qədim fars dilində "Allahverdi" olduğu deyənlər də çoxdur.
Bağman
Bağman (əvvəlki adı: Bağban) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Böyük Kəngərli kənd inzibati ərazi dairəsi tərkibindəki Bağban kəndi Bağman kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Barlıdır. XIX əsrin ortalarında elatlar tərəfindən salınmışdır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 546 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bakkan
Bakkan (vyet. Bắc Kạn) — Vyetnamın şimalında şəhər. birinci dərəcəli inzibati vahid, Bakkan vilayətinin inzibati mərkəzi. Şəhərin əsası 1880-ci ildə Kau çayı yaxınlığında qala kimi qoyulmuşdur. Bakkan qərbdə Tyodonq, (şimal və şimal-şərqdə Batthonq, cənub-şərq və cənub-qərbdə Tyomoy mahalları ilə həmsərhəddir. Şəhərin sahəsi 137 km2-dir. İnzibati cəhətdən 6 şəhər məhəlləsinə və 2 icmaya bölünür.
Bağlan
Bəğlan vilayəti
Balkan
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Abadan şəhristanı
Abadan şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 275,126 nəfər və 58,870 ailədən ibarət idi.
Abhişek Baççan
Abhişek Baççan (hind. अभिषेक बच्चन; ing. Abhishek Bachchan; 5 fevral 1976, Bombey) — Bollivud aktyoru, prodüser. Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu. İsveçrədə ali təhsil almışdır. 20 aprel 2007-ci ildə məşhur Bollivud aktrisası və model Ayşvariya Ray ilə evlənmişdir.
Amitabh Baççan
Amitabh Baççan (ing. Amitabh Bachchan, hind. अमिताभ बच्चन; 11 oktyabr 1942, Allahabad, Britaniya Hindistanı) — Bollivud aktyoru, siyasətçi, prodüser və teleaparıcı.
Batman
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Baydar
Baydar Xan, həmçinin Peta kimi tanınır,Cığatay xanın altıncı oğlu idi. O, 1235–1241-ci illərdə qardaşı oğlu Büri ilə Avropaya yürüş etmişdir. O, Polşaya təyin edilmiş monqol ordusuna Kadan və ehtimal ki, Orda xanla birlikdə komandanlıq etdi. Baydar çoxlu polyakları, rusları, almanları və moraviyalıları məğlub etmişdir. 13 fevral 1241-ci ildə monqollar şaxtalı Vistuladan keçmişdilər. Sandomierz şəhəri alınmışdı və talan edilmişdir. Daha qərbdə, Martın 18-də Orda və Baydar Chmielnik döyüşündə hersoq V Boleslavın (döyüşdə iştirak etmədiyi) komandanlığı altında Polşa ordusu ilə qarşılaşmış, Polyakları ağır məğlubiyyətə uğratmışlar və Boleslav qoşunlarının bir hissəsi ilə Moraviyaya qaçmışdır. Martın 22-də monqollar Krakov qarşısında dayandılar, sakinlərinin çoxu artıq qaçmışdı. Palm bazar günü monqollar şəhəri yandırdılar və qalan insanların çoxunu əsir götürdülər. Daha da qərbə doğru irəliləyən Orda və Baydar Opolenin şərqinə çatdılar və burada II Mieszkonun ordusunu geri çəkilməyə məcbur etdilər.
Baydaun
Baydaun (ing. Buydown) — proqressiv faiz dərəcəsinə malik borc (kredit). Baydaunda faiz dərəcələri əvvəlcə aşağı olur, sonra isə getdikcə artır. Məsələn, baydaunda kredit dərəcəsi birinci ay 2%, ikinci ay 2,5%, üçüncü ay 3% və s. ola bilər. Bəzən baydaun artan faizli borc kimi də adlandırılır.
Baydak
Bəydağ, Bəydaş və ya Xordzor (erm. Խորձոր) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi. Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (<bək) sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlib, «hündür, böyük dağ yaxınlığında kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» mənasında işlənmişdir. Bəy sözü toponimlərin əvvəlində işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən «ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904-cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
Baydaq
Bəydağ, Bəydaş və ya Xordzor (erm. Խորձոր) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi. Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (<bək) sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlib, «hündür, böyük dağ yaxınlığında kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» mənasında işlənmişdir. Bəy sözü toponimlərin əvvəlində işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən «ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904-cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
Baftan (Sərab)
Baftan (fars. بافتان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 645 nəfər yaşayır (145 ailə).
Balxan körfəzi
Balxan körfəzi — Xəzər dənizinin şərqində yerləşir. Türkmənbaşı körfəzinin şimal-şərqində yerləşir. Şimali Çələkən körfəzi ilə Dərdcə yarımadası ilə ayrılır. XX əsrdə uzunluğu 100 km, eni isə 15 km təşkil edirdi. Orta dərinliyi 0,5-1 metrdir. Maksimal dərinliyi 2 metri keçmir. Bu səbəbdən gəmiçilik üçün yararsırdır. Suyuun səviyyəsi qalxarkən körfəz vaxtı ilə mövcud olan çayın estuarisi ilə şərqə genişlənir. Rəvayətə görə buraya Amudərya çayı axırdı. Yüksək buxarlanma səbəbindən burada duzluluq Xəzərdən 2-3 dəfə yüksək olur.
Basaman
Basaman Xan - türk və altay mifologiyasında dəniz tanrısı. Dənizlərdən məsuldur. Qorxusuz bir qəhrəman olaraq xarakterizə edilər. Əlində üç çəngəlli yabası vardır. Yanında daşıdığı doqquz qollu tuğu yırtıcı heyvan quyruqlarından yaradılmışdır. == Etimologiya == (Bas) kökündən törəmişdir. Basqın edən, əzən, qazanan deməkdir. Çoxluq bildirən "basa" sözü ilə eyni kökdən törəmişdir. Yaymaq mənası da var. Monqol, türk və tunqus dillərində at sürmək mənasını ehtiva edən "basa" söz köküylə əlaqəli görünməkdədir.
Basilan
Basilan (taqal Basilan) — Filippinin cənubunda yerləşən ada. == Coğrafi yerləşmə == Filippin arxipelaqına daxil olan 7107 adadan biridir. lokal olaraq isə Sulu arxipelaqının 400 adasından biridir. Adanın sahəsi 1234,2 km², uzunluğu 66 km, eni 44 km təşkil edir. Adada 293 322 nəfər yaşayır (2010). Mindoro adasından 17 km enə malik Basilan boğazı ilə ayrılır. Adanın qərbindən şərqinə dağ silsiləsi keçir. Cənubunda hündürlüyü 1020 metr olan zirvə vardır. == Əhalisi == Ərazisinin 4/5 hissəsi Basilan vilayətinə daxildir. Basilan vilayəti Müsəlman Mindanao Muxtar Bölgəsinə daxildir.
Baskak
Baskak — Monqol və Qızıl Ordu dövlətlərində xanın işğal edilmiş ərazilərdəki nümayəndəsi. Yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergilər toplayır, mükəlləfiyyətləri icra etdirirdilər.
Basqal
Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub. Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir.
Basqın
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).