Bala-başa bəla! (film, 1995)

Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası.

Bala-başa bəla!
Janr komediya
Rejissor Şərif Qurbanəliyev
Əsərin müəllifi Əli Əmirli
Ssenari müəllifləri Əli Əmirli
Şərif Qurbanəliyev
Baş rollarda Cahangir Novruzov
Səidə Quliyeva
Ələkbər Hüseynov
Afaq Bəşirqızı
Operator Eldar Məmmədov
Bəstəkar Eldar Mansurov
Rəssam Rafael Əsədov
İstehsalçı Azərbaycan Televiziyası
İlk baxış tarixi 22 mart 1995
Filmin növü tammetrajlı bədii televiziya film-tamaşası
Müddət 115 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1995
Rəng rəngli
IMDb ID13486842

Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir. Aktyorun anası Nəsibə Zeynalova zarafat üçün hələ uşaq ikən Cahangirin həm oğlan, həm də qız paltarında ayrı-ayrı şəkillərini çəkdiribmiş. Yumoru sevən aktrisa qohum əqrəbaya bu şəkilləri göstərib, "Görürsünüz mənim bir qızım da var" deyirmiş. Rejissor Şərif Qurbanəliyev bu şəkilləri görəndən sonra onları tamaşada da istifadə etmək qərarına gəlib və iki şəkili birləşdirərək dekorda divardan asdırmış. Əsas rolları Cahangir Novruzov, Səidə Quliyeva, Ələkbər Hüseynov, Afaq Bəşirqızı ifa edirlər.[1]

Film-tamaşada hadisələr nazir İzzət Nəfislinin gördüyü yuxu ətrafında cərəyan edir. Burada oğullarını əsgərlikdən saxlamaq üçün min cür yol tapan vəzifə adamları tənqid edilir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Şərif Qurbanəliyev
Əsərin müəllifi: Əli Əmirli
Ssenari müəllifi: Əli Əmirli, Şərif Qurbanəliyev
Operator: Eldar Məmmədov
Rəssam: Rafael Əsədov
Bəstəkar: Eldar Mansurov
Cahangir Novruzov — İzzət
Səidə Quliyeva — İzzət
Ələkbər Hüseynov — Cəmil
Afaq Bəşirqızı — Suğra
Şərif Qurbanəliyev — Hacı Hacısoy
Nuriyyə Əhmədova — Zəhra
Muxtar Maniyev — Qədir
İlqarə Tosova — Cəmilə
Rafael İsgəndərov — Şamil
İlhamiyyə Rzayeva — jurnalist
Rəzzaq Məmmədov — fotomüxbir
Natiq Fərzəliyev — həkim və jurnalist
Elbrus Vahidov — tərcüməçi
  1. "Bala-başa bəla!". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.