Hamlet İsaxanlı. Biblioqrafiya
"Biblioqrafiya. Hamlet İsaxanlı. Alim, Qurucu, Şair" kitabı — 2010-cu ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüşdür.
Kitab ikidillidir, eyni məlumatlar əvvəlcə azərbaycanca, sonra isə ingiliscə verilmişdir. Azərbaycan variantında əsərlərin siyahisi orijinal dildə (azərbaycan, rus, ingilis və digər dillərdə), ingilis variantında isə hər biri ingiliscəyə tərcümədə verilmişdir.
== Tərtibçidən ==
Bu Biblioqrafiya professor Hamlet İsaxanlının 1973–2009-cu illərdə yazdığı əsərlərini əhatə edir. Kitaba Hamlet İsaxanlının 37 il ərzində yazdığı elmi və publisistik yazıları, ölkədaxili və beynəlxalq konfranslardakı məqalə və tezisləri, redaktoru olduğu əsərlər, tərcümələri, rəhbərlik etdiyi namizədlik və doktorluq dissertasiyaları haqqında məlumatlar daxil edilmişdir. Xarakterinden və məzmunundan asılı olmayaraq kitaba daxil edilmiş bütün materiallar dərc edildiyi dildə və xronoloji ardıcıllıqla verilmişdir.
Biblioqrafiyada Hamlet İsaxanlının müxtəlif kitab, qəzet və jurnallarda dərc olunmuş yazılarının tam siyahısını təqdim etmək mümkün olmayıb. Bu, xüsusilə müəllifin riyaziyyatla əlaqədar olmayan əsərlərinə aiddir.