Kitabxanaşünaslıq və biblioqrafiya (jurnal)

"Kitabxanaşünaslıq və biblioqrafiya" — elmi-nəzəri, metodik və təcrübi jurnal.[1] Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında (protokol N 10-R) "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı"na daxil edilmişdir.[2][3][4]

Kitabxanaşünaslıq və biblioqrafiya (jurnal)
Kitabkhanashunasliq ve biblioqrafiya (jurnal).jpg
Baş redaktor professor Xəlil İsmayılov
Məsul redaktor dosent Rəşad Qardaşov
Növ elmi-nəzəri, metodik və təcrübi jurnal
Dövrilik yarımillik
Təsisçi professor Xəlil İsmayılov
İlk buraxılışı 1997-ci il
Ölkə Azərbaycan Azərbaycan
Qərargah Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23, Bakı Dövlət Universiteti, 2 saylı tədris korpusu, IV mərtəbə, Kitabxanaçılıq-informasiya fakültəsi, AZ 1148
Dil Azərbaycan dili, İngilis dili, Rus dili
ISSN (Print)2079-4150

Jurnalın yaranma tarixi[redaktə | mənbəni redaktə et]

"Kitabxanaşünaslıq və biblioqrafiya" elmi-nəzəri, metodik və təcrübi jurnalı Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində 27 mart 1997-ci ildə 575 saylı şəhadətnamə ilə qeydə alınmışdır. Jurnal ildə 2 dəfə olmaqla 1997-ci ildən nəşr olunur.[1][3]

Jurnalın təsisçisi və baş redaktoru professor Xəlil İsmayılov, baş redaktorun müavini pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov[5], məsul redaktoru (nəşrə cavabdeh olan məsul katib) isə tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Qardaşovdur.[1][3]

Redaksiya heyəti[3][redaktə | mənbəni redaktə et]

  • Müjgan Nəzərova – professor, Konqres kitabxanasının əməkdaşı (ABŞ);
  • Lalə Hacıbəyova – professor, Kend Dövlət Universiteti (ABŞ);
  • Renaldas Gudauskas – professor, Litva Milli Kitabxanasının baş direktoru (Litva);
  • Kərim Tahirov – tarix üzrə fəlsəfə doktoru, professor (Azərbaycan);
  • Aybəniz Əliyeva-Kəngərli – filologiya üzrə elmlər doktoru (Azərbaycan);
  • Knyaz Aslan – dosent (Azərbaycan);
  • Sevda Xələfova – dosent (Azərbaycan);
  • Tamella İsmixanova (Azərbaycan);
  • Mələk Hacıyeva (Azərbaycan).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 ""Kitabxanaşünaslıq və biblioqrafiya" jurnalı, №1, 1997" (PDF). 2018-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-01-14.
  2. "AAK-ın tövsiyə etdiyi nəşrlər". 2023-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-14.
  3. 1 2 3 4 "Kitabxanaşünaslıq və biblioqrafiya" jurnalı, № 2, 2019
  4. "AAK-ın tövsiyə etdiyi nəşrlər / Texnika elmləri". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-14.
  5. "İsmayılov Nadir İslam oğlu". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-14.