Hamlet İsaxanlı. Biblioqrafiya

"Biblioqrafiya. Hamlet İsaxanlı. Alim, Qurucu, Şair" kitabı — 2010-cu ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüşdür[1].

Kitab ikidillidir, eyni məlumatlar əvvəlcə azərbaycanca, sonra isə ingiliscə verilmişdir. Azərbaycan variantında əsərlərin siyahisi orijinal dildə (azərbaycan, rus, ingilis və digər dillərdə), ingilis variantında isə hər biri ingiliscəyə tərcümədə verilmişdir.

Tərtibçidən[redaktə | mənbəni redaktə et]

Bu Biblioqrafiya professor Hamlet İsaxanlının 1973–2009-cu illərdə yazdığı əsərlərini əhatə edir. Kitaba Hamlet İsaxanlının 37 il ərzində yazdığı elmi və publisistik yazıları, ölkədaxili və beynəlxalq konfranslardakı məqalə və tezisləri, redaktoru olduğu əsərlər, tərcümələri, rəhbərlik etdiyi namizədlik və doktorluq dissertasiyaları haqqında məlumatlar daxil edilmişdir. Xarakterinden və məzmunundan asılı olmayaraq kitaba daxil edilmiş bütün materiallar dərc edildiyi dildə və xronoloji ardıcıllıqla verilmişdir.

Biblioqrafiyada Hamlet İsaxanlının müxtəlif kitab, qəzet və jurnallarda dərc olunmuş yazılarının tam siyahısını təqdim etmək mümkün olmayıb. Bu, xüsusilə müəllifin riyaziyyatla əlaqədar olmayan əsərlərinə aiddir. Bununla belə, ümid var ki, hazırkı biblioqrafiya müəllifin əsas əsərlərini əhatə edir.

Kitab üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

  • Redaksiya Heyəti: İsaxan İsaxanlı (PhD), Tatyana Zaytseva (PhD), Lyudmila Sotova
  • Tərtibçi: Səbinə Əlimərdanova
  • Tərcüməçilər: Eldar Şahgəldiyev (PhD), Hafiz Əliyev
  • Korrektor: Martha Lawry
  • Dizayn: Rafiq Əbdülrəhimov
  • Kompüter işi: Zakir Yusifoğlu

Hamlet Abdulla oğlu İsaxanlı (İsayev)[redaktə | mənbəni redaktə et]

Bu hissədə Hamlet İsaxanlının həyat və yaradıcılığı haqqında aşağıdakı mövzular üzrə qısa məlumat verilir.

  • Riyaziyyat
  • Humanitar və Sosial elmlər üzrə tədqiqatları. Poetik və bədii-publisistik yaradıcılığı
  • Təhsil islahatları
  • Xəzər Universitəsi (təsis və prinsiplər)
  • Xəzər Universitəsi (inkişaf)
  • İctimai və elmi-təşkilati iş
  • Şəxsiyyət
  • Nəsil və ailə
  • Hamlet İsaxanlının həyat və fəailiyyəti haqqında əsərlər

Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

Kitabın bu əsas hissəsi aşağıdakı fəsillərdən ibarətdir:

  • Hamlet İsaxanlının əsərlərinin biblioqrafiyası
  • Hamlet İsaxanlı haqqında yazılan əsərlərin biblioqrafiyası
  • Elmi rəhbəri və ya elmi məsləhətçisi olduğu şəxslər və dissertasiyalar
  • Hamlet İsaxanlının təsisçisi, redaktoru və ya redaksiya heyətinin üzvü olduğy jurnallar
  • Hamlet İsaxanlının çap olunmuş əsərlərinin və redaktoru olduğu əsərlərin əlifba göstəriciləri
  • Hamlet İsaxanlı haqqında məqalələrin əlifba göstəriciləri

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. "Biblioqrafiya. Alim, Qurucu, Şair — Hamlet İsaxanlı — Bibliography. Scholar, Founder, Poet". Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2010 ISBN 978-9952-20-048-5.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Hamlet İsaxanlı
Xəzər Universiteti

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]