BİHUDƏ

sif.zərf [ fars. ] Boş-boşuna, əbəs, nəticəsiz, mənasız, faydasız. Bihudə iş. Bihudə danışıq. Bihudə zəhmət. Bihudə yerə.
– Vəfa yoxdur, Vidadi xəstə, əsla nəsliinsanda; Vəli bihudə bir sözdür, deyirlər laf arasında. M.V.Vidadi.
Buna bax, gör necə yatmış burada asudə; Yazmayır, işləməyir, vaxtı itir bihudə. A.Səhhət.
[Kərim kişi:] Saqqalımın bu ağ vaxtında tüfəngi bihudə yerə çiynimə salmamışam. M.İbrahimov.

Синонимы

  • BİHUDƏ bihudə bax əbəs
  • BİHUDƏ əbəs — boş-boşuna — mənasız — faydasız
BİHÖRMƏTLİK
BİHUŞ

Значение слова в других словарях