BİLDİRÇİN
BİLLURBANU
OBASTAN VİKİ
Bilqeyis Həşimzadə
Bilqeyis Əhməd qızı Həşimzadə (1900, Nuxa – fevral 1961, Bakı) — ilk azərbaycanlı hüquqşünas qadın. == Həyatı == Bilqeyis Əhməd qızı Həşimzadə, görkəmli alim, Azərbaycanda ilk hüquqşünas qadın, ictimai xadim və Azərbaycanda qadın hərəkatının aparıcı üzvü. Bilqeyis xanım 1900-cü il, 5 dekabr tarixində, Şəki (Nuxa) şəhərində anadan olmuşdur. Erkən yaşlarından o oxumağı və yazmağı öyrənmişdir. Bu isə həmin dövr üçün nadir hal idi. Bilqeyis xanım Şəki şəhərində Rzaqulu bəyin qızlar üçün yaratmış olduğu gimnaziyada oxuyurdu. Həmin məktəbdə Nəriman Nərimanovun qardaşı qızı Nabat Nərimanova dərs deyirdi. Bilqeyis xanımin yetişməsində Nabat Nərimanovanın da xidməti olmuşdur. == Təhsili == Bilqeyis xanım gimnaziyada təhsilini başa çatdırdıqdan sonra bir müddət orada çalışmışdır. 1923–1926-cı illərdə fəhlə fakültəsində oxumuşdur.
Bilqeyis Məmmədova
Məmmədova Bilqeyis Mir Əbdülqəni qızı (d.27.9.1931, Bakı) — professor (1997). == Həyatı == Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1957). 1957 ildən konservatoriyanın musiqi nəzəriyyəsi kafedrasında prof, vəzifəsində işləyir. 1953-62 illərdə Azərb. Dövlət musiqi nəşriyyatının baş redaktoru, 1962-66 illərdə "Azərnəşr"də İncəsənət redaksiyasının müdiri, 1969-79 illərdə Azərb. Dövlət Konservatoriyasında tədris və elmi işlər üz prorektor olmuş, həmçinin 1974-77 illərdə konservatoriyanın rektorı vəzifəsini icra etmişdir. Bir sıra elmi yazıların, dərs vəsaitlərinin müəllifidir. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.