Bilqeyis Həşimzadə

Bilqeyis Əhməd qızı Həşimzadə (1900, Nuxafevral 1961, Bakı) — ilk azərbaycanlı hüquqşünas qadın.[1]

Bilqeyis Həşimzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1900
Doğum yeri
Vəfat tarixi fevral 1961
Vəfat yeri
Fəaliyyəti hüquqşünas

Bilqeyis Əhməd qızı Həşimzadə, görkəmli alim, Azərbaycanda ilk hüquqşünas qadın, ictimai xadim və Azərbaycanda qadın hərəkatının aparıcı üzvü. Bilqeyis xanım 1900-cü il, 5 dekabr tarixində, Şəki (Nuxa) şəhərində anadan olmuşdur. Erkən yaşlarından o oxumağı və yazmağı öyrənmişdir. Bu isə həmin dövr üçün nadir hal idi. Bilqeyis xanım Şəki şəhərində Rzaqulu bəyin qızlar üçün yaratmış olduğu gimnaziyada oxuyurdu. Həmin məktəbdə Nəriman Nərimanovun qardaşı qızı Nabat Nərimanova dərs deyirdi. Bilqeyis xanımin yetişməsində Nabat Nərimanovanın da xidməti olmuşdur.

Bilqeyis xanım gimnaziyada təhsilini başa çatdırdıqdan sonra bir müddət orada çalışmışdır. 1923–1926-cı illərdə kənd məktəbində müəllimlik edib. Daha sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur.

Fəaliyyətləri və Ailə həyatı

[redaktə | mənbəni redaktə et]

Fəaliyyətləri

Bilqeyis xanım Həşimzadə müxtəlif ictimai vəzifələrdə fəal çalışmışdir. 1925–1928-ci illərdə Şəki Qəza Komitəsinin şöbə müdiri işləyir. 1928-ci ildə Bakıya rəhbər işə dəvət edilir. O, 1928–1938-ci illərdə keçmiş Azərbaycan SSR Baş Prokurorunun müavini, Azarbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru (1938–1941), Azərbaycan SSR Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri (1941–1945) işləmisdir. 1945-ci ildə hüquq üzrə namizədlik dissertasiyasi müdafiə edən B. Ə. Həşimzadə 1945–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Cinayət Hüququ kafedrasinda çalışmışdır.

İlk azərbaycanlı hüquqsünas qadın, ilk azərbaycanlı qadın — hüquq elmləri namizədi, ilk azərbaycanlı qadın institut rektoru Bilgeyis Əhməd qızı müxtəlif vaxtlarda məsul ictimai işlərdə çalışmışdır. Onu da qeyd etmək lazımdır ki, Bilqeyis xanım iş həyatı boyunca kəndlərdən gələn istedadlı və maddi çətinliklərlə qarşılaşan gənclərin təhsil almasında onlara dəstək göstərmiş. Hətta yaşadığı mənzilin otaqlarından birini qalacaq yeri olmayan bu cür gənclərin istifadəsinə vermişdir.

Dosent B. Ə. Həşimzadə bir çox elmi tədqiqat və publisistik əsərin müəllifidir.

2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ilk qadın rektoru Bilqeyis Həşimzadənin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Ailə həyatı

Bilqeyis xanım Şəki şəhərində kənd müəllimi Həşimzadə Şükür əfəndiylə ailə gurmuşdur. Həşimzadə Şükür Məhəmməd oğlu Şəkinin Qoxmux məktəbinin direktoru olmuş, Azərbaycanın əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür və Lenin ordeni ilə təltif edilmişdir. Bilqeyis xanımın üç oğlu olmuşdur. Onun böyük oğlu Korel-Fin və Böyük Vətən Müharibəsinin iştirakçısı və qəhrəmanı olmuşdur. Bilqeyis xanımın qardaşı Həsənli Lütfəli 1942-ci ilin yanvarında Böyük Vətən Müharibəsində qəhrəmancasına həlak olmuşdur. Bundan sonra o qardaşının qızı Həsənli Zemfiranın böyüməsində və təhsil almasında böyük dəstək vermişdir.

Bilqeyis Həşimzadə 1961-ci il, fevral ayının 26-da, Bakıda vəfat etmişdir.

  1. Ənvər Mete. O torpağın övladları. – Bakı, – "Nurlan", – 2006. s. 391–392