Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deyran çayı
Deyrançay — Şamaxı rayonu ərazisində çay. == Toponimikası == Çay başlandığı yerin adı ilə adlandırılmışdır. Deyri-muğan (zərdüştilərin və atəşpərəstlərin ibadət yeri) sözünün qısaldılmış forması olduğunu ehtimal etmək olar. Ərəb sözü olan deyr "monastır, kilsə", məcazi mənada "şərab satılan yer" mənalarında da işlənir.Tədqiqatçılar hidronimi "məbəd yeri" kimi izah edirlər.
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Seyran
Seyran — ad. Seyran Ohanyan — Ermənistanın sabiq müdafiə naziri.
Deyan
Deyan (çin. 德阳市) – Çin Xalq Respublikasının Sıçuan əyalətində yerləşən şəhər.
Adil Üseyran
Adil Üseyran (ərəb. عَادِل عُسَيْرَان‎; 5 iyun 1905 – 18 iyun 1998, Sayda) — Livanlı siyasətçi, ədliyyə naziri, müdafiə naziri, daxili işlər naziri və 1953–1959-cu illərdə Livan Milli Məclisinin sədri.
Ceyran (Bicar)
Ceyran (fars. جيران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ceyran (dəqiqləşdirmə)
Ceyran — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Ceyran (ad) — qadın adı. Aşağı Ceyran (Marağa) — Marağada kənd.
Ceyran Axundova
Ceyran Bayramova
Ceyran Şirin qızı Bayramova (22 mart 1896, Zərqava, Quba qəzası – 22 dekabr 1987, Bakı) — Azərbaycanda qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır, iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. == Bioqrafiya == 22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.
Ceyran Haşımova
Haşımova Ceyran Əsəd qızı (8 mart 1934, Bakı) — tarzən, Azərbaycanın xalq artisti. == Həyatı == Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur.
Ceyran Mahmudova
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri. == Həyatı == Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir. Bəstəkar Emin Sabitoğlunun qızıdır.
Devran Nayibov
Devran Fazil oğlu Nayıbov (30 noyabr 1993, Bərdə rayonu – 8 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Devran Nayıbov 1993-cü il noyabrın 30-da Bərdə şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Devran Nayıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Devran Nayıbov oktyabrın 8-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Devran Nayıbov

Dveyra qülləsi
Dveyra qülləsi (malta Torri tad-Dwejra) ― Maltanın Qozo adasındakı Dveyra körfəzində yerləşən kiçik gözətçi qülləsi. İnşası 1652-ci ildə tamamlanmışd tikili bu gün yaxşı vəziyyətdədir və xalqa açıqdır. == Tarix == Dvejr qülləsi 1652-ci ildə Malta cəngavərlərinə rəhbərlik edən Jan de Laskaris-Katellaranın hakimiyyəti dövründə inşa edilmiş və Qozo Universiteti tərəfindən maliyyələşdirilmişdir. Tikili Laskaris qüllələrindən biridir və tikilməsinin səbəbləri arasında gözətçi qülləsi rolunu oynamaq və ətrafı yaxınlaşan düşmənlərdən, xüsusən də piratlardan qorumaq var idi. Bu qüllə də digər qüllələr kimi müvafiq olaraq gecə və gündüz alov və tüstü ilə yaxınlıqdakı müdafiə istehkamları ilə əlaqə qura bilirdi. Qüllənin işlədilməsi üçün gərək olan xərclər yaxınlıqdakı duz mədənlərindən çıxarılan duz hesabına ödənilirdi. Qüllə on səkkizinci əsrdə üç silahla təchiz olunmuşdu. Qüllə 1839-1873-cü illər arasında Malta Krallığı Müdafiə Artilleriyası tərəfindən idarə edildi. Qüllə II Dünya Müharibəsində yenidən müşahidə məntəqəsi olaraq istifadə edildi və 1942-ci ildə orada olan kapitan Frank Debono və Karmelo Zahra körfəzdə qəzaya uğrayan RAF pilotunu xilas etdi. Qüllə 1956-cı ildə Cerald de Trafforda icarəyə, daha sonra isə tamamilə çürümüş vəziyyətdə borc olaraq "Din l-Art Helva" qurumuna verilmişdir.
Dəryan (Şəbüstər)
Dəryan (fars. داريان‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,954 nəfər yaşayır (1207 ailə).
Heyran (Astara)
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Heyran əhalisi azərbaycanlılardan ibarətdir. Kənddə Onlar azərbaycan dilinin Ərdəbil ləhcəsində danışırlar. Bu kənd tətil günlərdə Təbriz və Ərdəbil dən çoxlu qonaq və turist qəbul edir. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır.
Heyran (Qoşaçay)
Heyran (fars. حيران‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 274 nəfər yaşayır (67 ailə).
Heyran dehestanı
Heyran dehestanı (fars. دهستان حیران‎) — İranda, Gilan ostanının Astara şəhristanının Mərkəz bəxşində inzibati ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestan inzibati cəhətdən 20 kəndi əhatə edir, onlardan 2–sində əhali yaşamır.
Heyran gədik
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Heyran əhalisi azərbaycanlılardan ibarətdir. Kənddə Onlar azərbaycan dilinin Ərdəbil ləhcəsində danışırlar. Bu kənd tətil günlərdə Təbriz və Ərdəbil dən çoxlu qonaq və turist qəbul edir. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır.
Heyran xanım
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli, türk mənşəli Kəngərli xanları ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Külə Seyran
Külə Seyran (az-əbcəd. کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Seyran Cəfərli
1966-cı ildə İmişli rayonunda anadan olub. 1982-ci ildən "Kirpi" satirik jurnalında karikaturaçı kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı kursunu bitirib. 2002-2005-ci illər "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqələrinin təşkilatçısı olub. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub. 2002-ci ildən "WITTY WORLD" (ABŞ) elektron jurnalında karikaturaçılar qrupunun üzvüdür. Beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafat alıb. Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub. 2003-cü ildə "Karikaturistlər Birliyi"-ni təsis edib. "Beynəlxalq Karikatura Xəbər Mərkəzi" saytının direktorudur.
Seyran Ohanyan
Seyran Muşeqi Ohanyan (1 iyul 1962, Şuşa, Dağlıq Qarabağ) — Ermənistanın sabiq müdafiə naziri. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri. İkinci Qarabağ müharibəsində iştirak etmişdir. == Həyatı == Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. 1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.