bəhərsizlik
bəhmənilər
OBASTAN VİKİ
Bəhməni Sultanlığı
Bəhməni sultanlığı — 1347–1527-ci illərdə cənubi Hindistanın Dekan bölgəsində mövcud olmuş müsəlman dövləti. == Bəhməni sultanlığının yaranması == Əslən Orta Asiyadan olan Əlaəddin Həsən Bəhmən Şah Dehli sultanlığına qarşı üsyan qaldıraraq Dekan bölgəsində müstəqil dövlət yaratdı. Dövlətin paytaxtı əvvəlcə Əhsənabad (Gülbarga), sonralar isə Məhəmmədabad (Bidar) şəhəri idi. == Xarici dövlətlərlə münasibət == Bəhməni sultanlığı əsasən cənubdakı hindularla mübarizə aparırdı. Bununla yanaşı Misir Məmlük sultanlığı və Osmanlı imperiyası ilə dost münasibətlər qurulmuşdu. == Dövlətin süqutu == 1527-ci ildə Qasım bəy Bəridül-Məmalik adlı türk bəyi hakimiyyəti ələ keçirərək Bəhməni sülaləsinin hakimiyyətinə son qoydu və Bəridşahlar dövlətinin əsasını qoydu.
Bəhməni ailəsi
Bəhməni və ya Bəhməni Qacar ailəsi — Qacar sülaləsinə mənsub olan zadəgan ailələrindən biri. Qacarlar sülaləsi 1784-1925-ci illərdə İranı idarə etmişdir. Məhəmməd şah Qacarın kiçik qardaşı olan Bəhmən Mirzə Qacar (1810-1884) 1841-1848-ci illərdə İran Azərbaycanının canişini, şahzadə naibi olmuşdur. XIX əsrin son rübündə ailə Rusiya və İran qollarına ayrıldı. Ailənin Rusiya qolu 1886-cı ildə rəsmən çarın əmri ilə zadəgan ailəsi olaraq qeydiyyata alındı. İranda qalmış qol isə Şahın sarayında xidmət edirdi və ənənəvi şahzadə titulu daşıyırdı. Bəhmən Mirzə adətən özü və yetkinlik yaşına çatmış oğlanları üçün Nəvvab ünvanından istifadə edirdi. bu sözün mənası alihəzrətləri deməkdir. Bəhmən Mirzənin oğlanları İmperial Rusiya və AXC Milli Ordusunda yüksək rütbəli zabitlər kimi xidmət etmişdirlər. Onlar Oktyabr inqilabına kimi Çara, ondan sonra isə AXC-ə xidmət etmişdirlər.
Bəhməni sülaləsi
Bəhməni sülaləsi - 1347-1526-cı illərdə Hindistanda iqtidarda olmuş xanədan. == Sülalənin yaranması == Monqol səltənəti qurmamışdan bir əsr yarım öncə Hindistanın cənubunda Dəkən məntəqəsində Bəhməni dövləti hakim idi. Bu sülaləni 1347-ci (h.q. 748-ci) ildə əlaəddin Həsən Qonquy qurub. O öz nəsəbinin İranın əfsanəvi şahı İsfəndiyarın oğlu Bəhmənə yetişdiyini dediyi üçün bu sülalə Bəhməni adı ilə məşhurlaşdı. Bu sülalə h.q. 887-ci ilə kimi tam qüdrətlə hakimiyyətdə olub. Lakin sonradan onun müхtəlif bölgələrdəki bəzi əmirləri mərkəzi hökumətin zəifliyi səbəbindən öz müstəqilliyini elan edib.