Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəfif ləpə
Xəfif ləpə (rus. рябь, ing. ripple) — küləyin təsiri altında dalğalanmanın başlanğıc forması. Dənizin hamar səthi kələ-kötürlənir və sanki pulcuqlarla /kapilyar sularla/ örtülür. Ləpələr uzun müddət qalmır, və küləyin sürəti artdıqca qravitasion dalğaya çevrilir.
Sebayaşi xəfif ləpə nişanələri
Sebayaşi xəfif ləpə nişanələri (瀬林の漣痕, Sebayaşi no renkon) – Yaponiyanın Qunma prefekturasının Kanna qəsəbəsinin yaxınlığında yerləşən təbiət abidəsi. Dağ uçurumundakı bir divarda yerləşən qədim xəfif ləpə nişanələrindən və 50-yə yaxın dinozavr izindən ibarətdir. Sebayaşi xəfif ləpə nişanələri Kanna qəsəbəsinin 299-cu magistralı boyunca davam edən Sezanami-iva adlı dağ uçurumu divarında yerləşir. Nişanələr ilk dəfə 1953-cü ildə yol tikintisi zamanı kəşf edilmişdir. Kəşf edildiyi zaman sadəcə qədim xəfif ləpə nişanələrindən ibarət olduğu düşünülürdü. Yaxınlığında yerləşmiş keçmiş bir kəndin adı ilə Sebayaşi xəfif ləpə nişanələri adlandırılmışdır. 23 iyul 1965-ci ildə təbiət abidəsi elan olunmuşdur. Qaya 1957-ci ildə Qunma Universitetinin alimləri tərəfindən araşdırılmış və xəfif ləpə nişanələrinin yanında "qəribə dəliklər"in olduğu bildirilmişdir. 1985-ci ildə ildə aparılmış araşdırmalar nəticəsində bu dəliklərin dinozavrların ayaq izləri olduğu məlum olmuşdur. Bu, Yaponiyada kəşf edilmiş ilk dinozavr izləri kimi tarixə düşmüşdür.
Mirdza Kempe
Mirdza Kempe (latış. Mirdza Ķempe‎ d. 27 yanvar (9 fevral) 1907, Liepaya, Kurlandiya quberniyası[d] – 12 aprel 1974, Riqa) — Latviya və Sovet şairəsi. Latviya SSR əməkdar mədəniyyət işçisi (1957), Latviya SSR xalq şairi (1967), SSRİ dövlət mükafatı laureatı (1967). 27 yanvar 1907-ci ildə Libava (indiki Liepaya, Latviya) şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1927-1928-ci illərdə Latviya Universitetində oxuyur. Bir müddət Riqa Radiosunun aparıcısı işləyir sonra "İnformator" qəzetində çalışır. 1940-1941-ci illərdə Latviya SSRİ-yə daxil olduqdan sonra Riqa Radio Komitəsinin ədəbi və bədii yayımının rəhbəri vəzifəsini icra edir. Böyük Vətən müharibəsi illərində Həştərxan, İvanovo və Moskvada yaşayıb və çalışmışdır. Müharibədən sonra Riqaya qayıdır.
Cəmrə
Cəmrə — Həcc ziyarəti zamanı zəvvarların şeytanı daşlamaq ayinini icra edərkən atdıqları daşlar və ya bu daşların atıldığı yer.
Həmzə
Ərəb əlifbasına məxsus diakritik işarə. Həmzənin (ء) öz səsi yoxdur, yalnız hərəkə ilə işlənəndə səs ifadə edir. Bu bir neçə ildə, İranda Ərəb qrafikalı Azərbaycan əlifbalı Azərbaycan dilində çalışanlar həmzəni bir səsli hərf kimi işlətməyə çalışırlar.[mənbə göstərin] Həmzəylə gələn hərflər və onların səsləri: Gündəlik Azərbaycan-ərəb mətnlərində çox yazılan həmzə ئـ (ye) həmzəsidir ki I, ı və E, e səsi verir. Həmzə başda gələndə əlif ilə gəlir.
Lampa
thumb|Mis gövdəli neft lampası (19-cu əsr) thumb|İşıq diodlu elektrik lampası Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır. Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur. Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur. Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar, qövs lampalarını və işıq diodlarını göstərmək olar.
Ləhcə
Ləhcə — eyni dilin digər ləhcələrinə məlum olmayan bir sıra ümumi hadisələrlə bir-birinə bağlı olan şivə qrupunu (və hətta dialektləri) birləşdirən bir dilin böyük bir bölməsi. Məsələn, məlumat XIX–XX əsr terminologiyasına görə, Kursk və Ryazan dialektlərinə əsaslanan rus dilinin Böyük Novqorod ləhcələr qrupu – Şimali Böyük rus və Cənubi Böyük rus ləhcələrinini mənşəyi budur.
Ləhnə
Ləhnə (az-əbcəd. لهنه‎, fars. لهنه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 30 nəfər yaşayır (11 ailə).
Lərgə
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Qəmzə
Qəmzə — bəzi insanların gülümsədikləri zaman yanaqlarında altdakı ət səbəbiylə çıxan dəridə görünən çuxurlar. Ölü hüceyrələr səbəbindən yanaqda çökmə meydana gəlir. Ümumən, qəmzələr cəmiyyətlərdə cəlbedici görünür. Körpələr tez-tez qəmzəlidirlər, daha sonra əzələlərin yaşın irəlləməsi ilə birlikdə uzanmasıyla çox vaxt yox olur və ya naməlum olurlar. Nəticə etibarıyla, yetkinlərə görə, qəmzələr ümumən xoşluq və məsumiyyət simgələridir. Qəmzə irsi xarakter daşıyır və basqın genlərlə daşınır. Eyni zamanda qız adıdır.
Cəmrə Sultan
Cəmrə Sultan (1616-1620) - Osmanlı padşahı I Əhmədin Kösəm Sultandan doğulan qızıdır. I Əhməd və Kösəm Sultanın ən kiçik övladıdır. Böyük qardaşı II Osman tərəfindən çox sevilirdi. Hətta rəvayətə görə, Kösəm Sultan və qızları Mahfiruz Xədicə Sultanın əmrilə Köhnə Saraya sürgün edilərkən, sırf Cəmrə Sultanın istəyilə kiçik şahzadələr də Köhnə Saraya göndərilmişdir. 12 noyabr 1620 tarixində böyük qardaşı Şahzadə İbrahimlə oynayarkən yıxılıb başını divara vurmuş, aldığı zərbədən vəfat etmişdir.
Dəmyə əkinçiliyi
Dəmyə əkinçiliyi — süni suvarmaya ehtiyac olmadan reallaşdırılan əkinçilik növüdür. Belə torpaqlar suvarma zonasına daxil edilsə də, burada kənd təsərrüfatı bitkiləri süni suvarma olmadan becərilir. Belə torpaqlar daha çox qayaaltı düzənliklərə və vahələrin kənarlarına xasdır. Azərbaycanda dəmyə əkinçiliyində əsasən yaz fəslində torpağın özünə çəkdiyi nəmişlikdən istifadə olunur. Bu əkinçiliyin sayəsində quraqlığa davamlı taxıl, yem və bostan bitkiləri yetişdirilir. Orta Asiyada su çatışmazlığına görə dəmyə əkin sahələri XX əsrin ortalarına qədər buranın kənd təsərrüfatında çox mühüm rol oynayırdı və belə torpaqların məhsulsuzluğu aclığa səbəb ola bilərdi. Dəmyə əkinində çörəyin bolluluğu torpağın rütubət miqdarından və yaz yağışlarından aslıdır, bu isə o deməkdir ki, məhsulluğu daha çox dağaltı ( dəniz səviyyəsi üzərində təxminən 4000 futa qədər) zolağında yerləşən dəmyə sahələri verir. Nəmişliyin miqdarından aslı olaraq dəmyə sahələrinin ərazisi dəyişir. Bu əkinçiliyin böyük iqtisadi əhəmiyyəti vardır, çünki suvarılma üçün münasib olmayan sahələri istifadə etməyə imkan verir. Əsasən Əfqanıstanda, İranda, Çində, Hindistanda, Pakistanda, Sudanda, Türkiyədə, Orta Asiya ölkələrində, Qazaxıstanın cənubunda və Cənubi Qafqazda qayaaltı düzənliklərdə və vahələrin kənarlarında yayılıb.
Fəridə Ləman
Fəridə Ləman (26 noyabr 1953, Kəmərli, Qazax rayonu) — filologiya üzrə fəlsəfə doktoru, AMEA Dilçilik İnstitutunin alimi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 1953-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Kəmərli kənd orta məktəbini bitirdikdən sonra ADPU-nun Azərbaycan dil və ədəbiyyat fakültəsində təhsil almışdır. 2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olub. Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunda baş elmi işçidir. Fəridə Ləman bununla yanaşı "Məhsəti" jurnalının təsisçisi və baş redaktorudur. Bədii yaradıcılığa 1980-ci illərdən başlamışdır. Fəridə Ləman 50-dan çox kitabın müəllifidir. İran və Türkiyədə dövlət tədbirlərində olub. 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub.
Həmlə (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost Batareya (şahmat) Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Həmzə Ablayev
Həmzə Ablayev və ya Amza Ablayev (22 may 1922, Korbek[d], Krım MSSR – 10 sentyabr 1998, Şumxay[d], Krım Muxtar Respublikası) — krım tatar ictimai xadimi, pedaqoq, krım tatar milli hərəkatının liderlərindən biri. İkinci Dünya Müharibəsinin iştirakçısı Həmzə Memet oğlu Ablayev 22 may 1921-ci ildə Korbek kəndində anadan olub. 1929-cu ildə onun valideynləri kolxoza daxil olmaqdan imtina etdikləri üçün Urala sürgün ediliblər. 1942-ci ildə orduya çağırılıb və İkinci Dünya Müharibəsində iştirak edib. 1944-cü ildə Krım tatarları sürgün edildikdən sonra Özbəkistan SSR-də Qovunçu qəsəbəsində yaşayıb. 1948-ci ildə Daşkənd Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsinin qiyabi şöbəsinə daxil olur və yerli şəhər məktəbində riyaziyyat dərsi keçməyə başlayır. 1950-ci illərin sonundan Krım tatar Milli Hərəkatında iştirak etməyə başlayıb. Yanqıyolda Əbdürrəhman Muradasılovlar birlikdə təşəbbüs qrupu yaradıb. Krıma qayıdıb orada dövlətçiliyi bərpa etmək uğrunda yaranan milli hərəkatla əlaqə saxlayıb. 1960-cı ildə Daşkənd Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub.
Həmzə Allamov
Həmzə Allamov (türkm. Hamza Allamow, 19 yanvar 1982) — Türkmən futbolçu, hücumçu. 2006-cı ildə Türkmənistan çempionatının ən yaxşı bombardiri. Həmzə Allamov 19 yanvar 1982-ci ildə anadan olub. Hücumçu kimi oynadı. O, 2002–2009 və 2014–2015-ci illərdə aralarında "Daşoğuz" komandasında oynadı (son iki mövsümdə komanda "Daşoğuz" adlandı). 2005 mövsümündə Türkmənistan çempionatında 20 qol vurdu, bombardirlər siyahısında ikinci yeri tutdu və yalnız 30 qolu olan MTTU-dan Berdimurad Şamuradova məğlub oldu. 2006 mövsümündə Allamov 22 qol vuraraq çempionatın ən yaxşı bombardiri oldu. Bundan əlavə, müxtəlif illərdə Aşqabadda (2006, Birlik Kubokunda) və Özbəkistanın "Şurtan" komandasında oynadı. (2007).
Həzrəti Həmzə
Həmzə ibn Əbdülmüttəlib (568, Məkkə – 22 mart 625) — Məhəmmədin əmisi. Uhud döyüşündə Əbu Süfyanın arvadı Hindin göstərişi ilə Vəhşinin atdığı nizə ilə öldürülmüşdür. Cavad Mühəddisi. "Seyyidüş-Şühəda Həmzə kimdir?" ( (az.)). islamazeri.com. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Xəmrə
Xəmrə - buğda unu, maya və sudan hazırlanan, müəyyən hissəsi xəmirin yoğrulmasına, qalan hissəsi isə xəmrənin özünün təzələnməsinə (yenidən istehsalına) sərf olunan yarımfabrikatdır. Qatılığına görə xəmrə üç cür olur: qatı xəmrə, çox qatı xəmrə və maye xəmrə. Bütün xəmrələr əvvəlcə becərmə dövründə, sonra isə istehsalat dövründə hazırlanır. Çovdar unundan, çovdar və buğda unları qarışığından çörək istehsalı zamanı xəmir çox qatı xəmrə ilə; dəm tətbiq et-məklə maye xəmrə ilə; dəm tətbiq etmədən maye xəmrə ilə; qa-tılaşdırılmış mayasız süd turşulu xəmrə ilə hazırlanır. Xəmrələr tam becərmə dövrü üzrə hər bir müəssisədə müəyyənləşdirilmiş qrafik üzrə ildə 1÷2 dəfə, yaxud qaldırma qüvvəsi pisləşdikdə, turşuluğun toplanması kifayət etmədikdə, dadı və qoxusu pisləşdikdə, məcburi boş dayanmalar nəticəsində, yaxud müəyyənləşdirilmiş texnoloji rejimin pozulması zamanı digər qüsurlar meydana çıxdıqda yenidən hazırlanır .
Xəmsə
Xəmsə – "Pənc gənc" ümumi adı ilə fars dilindən tərcümə olunan Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin (1141–1209) beş əsas əsəridir. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatında tamamilə yeni bir səhifə açdı. Nizaminin beş poeması sonralar "Xəmsə" (ərəb. خمسة ‎, ivr. ‏חמסה‏‎ xəmsə həmayili) "Beşlik" adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmağa çalışmış, ancaq baş şairə nəsib olmuşdur. Nizami Gəncəvi nin "Xəmsə"si Avstriya Milli Kitabxanasının "Azərbaycan əlyazmaları" sərgisində nümayiş etdirilir. Azərbaycan şairi Nizami Gəncəvinin beş poemadan ibarət "Xəmsə"sinin əlyazması xüsusi əhəmiyyət kəsb etdiyi üçün Heydər Əliyevin himayəsi ilə bərpa prosesinə başlanılıb. Bu qiymətli əsərin bərpa prosesi 2002-ci ildə başlanıb. Bərpa olunmuş əlyazmanın CD variantı artıq Azərbaycanın Mədəniyyət Nazirliyinə göndərilib.
Cemre
Cemrə — Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cemrə
Cemrə — Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Kemper
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
Lemben
Lemben (fr. Lumbin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38214. Kommunanın 2012-ci il üçün əhalisi 2080 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 222 ilə 880 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Lemma
Lemma (yun. λημμα — ehtimal) — başqa hökmlərə kömək edən isbat olunmuş hökmdür. Lemma köməkçi teoremdir.
Lendə
Lendə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Lendə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,540 nəfər və 1,991 ailədən ibarət idi.
Lepel
Lepel (belar. Лепель) — Belarusda şəhər. Vitebsk vilayətində yerləşən şəhər Lepel rayonunun inzibati mərkəzidir. Şəhər ölkənin paytaxtı olan Minsk şəhərindən 155 km, vilayətin mərkəzi olan Vitebsk şəhərindən isə 110 km məsafədə yerləşir.
Leççe
Leççe, cənubi İtaliyanın Apuliya bölgəsində yerləşən və öz adını daşıyan Leççe rayonunun mərkəzi olan bir şəhərdir. Leççe, barokko stili memarlıq əsərlər baxımından olduqca zəngindir. Barokko stili memarlığın qızıl dövründə inşa edilən, günümüzdə iz buraxan memarlıq abidələri nümunələrini Leççedə görmək mümkündür. Leççe şəhəri ümumiyyətlə düzlük bir ərazi olan "Salento Ovası" nın orta-şimalında yerləşir. Selanto düzənliyi çox geniş bir düzlüktür və şimalında "Mürği platosu" və cənubunda "Salento Serre" platosu yerləşir. Tarixi mifologiyaya görə Leççe şəhəri Troya müharibəsi dövründə "Mesapii" adlı bir İtalyan tayfası tərəfindən məskunlaşılan Sybar adlı bir şəhər idi. Sonra; İapyqes adlı digər bir İtalyan qövmünün əlinə keçdi, İ.Ö. 3. əsrdə antik Roma Respublikasının əlinə keçdi və şəhərə Romalılar tərəfindən Lupiae adı verildi. Qədim Roma Amfi Teatrı: İ.S.II əsrdə inşa olunub. Təxminən 25 min nəfər tutumu var idi.
Ləkə
Ləkə (teleserial, 2014) – 2013-cü il istehsalı Azərbaycan filmi. Ləkə (komiks) – 2017-ci il istehsalı Azərbaycan superqəhrəman komiksi.
Lələ
Lələ — Qızılbaş Səfəvi hökmdarları yanında şahın himayəçisi vəzifəsi. Müxtəlif vaxtlarda bu vəzifə müxtəlif türkmən tayfaların nümayəndələrinə məxsus idi.
Ləzə
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Nəmə
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türk dilində cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
Rəmə
Rəmə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qoşabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Rəmə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 151 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Təpə
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. Təpə bir nisbi addır və bir ucalıği dağ və ya təpə adlandırmaq, yerdən yerə fərqlidir. Təpə hündürlüyü 200 metrə qədər olan yüksəkliklərə deyilir. Bir çox şəhərlər təpələr üzərində salınmışlar.
Məmə
Məmə və ya süd vəzisi, dişi məməlilərdə süd istehsal edən və ifraz edən bir orqandır. Məmələr, süd vəziləri, yağ toxuması, qan damarları, sinirlər və limfa damarlarından ibarətdir. Məmənin ən görünən hissəsi məmə ucu (nipple) və onu əhatə edən areoladır. == Anatomiya == Məmə, aşağıdakı hissələrdən ibarətdir: Loblar: Süd istehsal edən vəzilərdir. Hər məmədə 15-20 lob olur. Lobullar: Lobların içində yerləşən daha kiçik vəzilərdir. Hər lobda bir neçə lobül olur. Süd kanalları: Lobullardan südü məmə ucuna daşıyan kanallardır. Məmə ucu: Südün körpəyə verildiyi hissədir. Areola: Məmə ucunu əhatə edən tünd rəngli dəridən ibarət halqadır.
Həmzə Haz
Həmzə Haz (d. 15 fevral 1940, Ketapanq[d]) — İndoneziya siyasətçisi. Birləşmiş İnkişaf Partiyasının (1998-2007) sədri idi və 2001-ci ildən 2004-cü ilədək vitse-prezident vəzifəsində çalışıb. Həmzə Borneo adasında Pontianak şəhərində bir qəzet jurnalisti idi və daha sonra Tancunqpura Universitetində iqtisadiyyatdan təhsil aldi. Onun siyasi karyerası 1968-ci ildə Qərbi Kalimantanın Vilayət Nümayəndəsi Şurasının üzvü kimi başlamışdır. Daha sonra Cakartaya köçdü, 1971-ci ildə Məclis üzvü oldu, ilk olaraq Müsəlman Nəhdlətul Uləma Partiyasının üzvü oldu. Bütün İslamçı partiyalara bir partiyaya qoşulmuş siyasi nüfuzdan və Nəhdlətul Uləmanın siyasətdən çəkilməsindən sonra, 1973-cü ildə yeni yaranmış Partai Persatuan Pembangunan (PPP)nın üzvü oldu. Həmzə Suxartonu əvəz edən prezident Buharuddin Yusuf Habibinin başçılığında İnvestisiya Naziri vəzifəsini icra etdi və 1999-cu ildə seçkilərdə PPP-yə rəhbərlik etmək üçün vəzifəsindən istefa etdi. Həmzə prezident Abdurrahman Vahidin kabinetinə qoşulub, sonra iki aydan sonra Vahidin ilk kabinetindən çıxaraq Xalqın Rifahı naziri vəzifəsindən istefa verən birinci idi. Vahidin vokal tənqidçisi oldu, amma o, həmçinin kompromis qabiliyyəti ilə tanınır.