Bəhməni sülaləsi - 1347-1526-cı illərdə Hindistanda iqtidarda olmuş xanədan.
Monqol səltənəti qurmamışdan bir əsr yarım öncə Hindistanın cənubunda Dəkən məntəqəsində Bəhməni dövləti hakim idi. Bu sülaləni 1347-ci (h.q. 748-ci) ildə əlaəddin Həsən Qonquy qurub. O öz nəsəbinin İranın əfsanəvi şahı İsfəndiyarın oğlu Bəhmənə yetişdiyini dediyi üçün bu sülalə Bəhməni adı ilə məşhurlaşdı. Bu sülalə h.q. 887-ci ilə kimi tam qüdrətlə hakimiyyətdə olub. Lakin sonradan onun müхtəlif bölgələrdəki bəzi əmirləri mərkəzi hökumətin zəifliyi səbəbindən öz müstəqilliyini elan edib.