CANİ
CANİBDAR
OBASTAN VİKİ
Ali Canib Yöntem
Ali Canib Yöntem — Milli ədəbiyyat cərəyanının qabaqcıl nümayəndələrindən və nəzəriyyəçilərindən olan bir şair, yazıçı, ədəbiyyat tədqiqatçısı, redaktor, müəllim və siyasətçi == Həyatı == Milli ədəbiyyat cərəyanının qabaqcıl nümayəndələrindən və nəzəriyyəçilərindən olan Ali Canib Yöntem 1887-ci ildə İstanbulda anadan olmuşdur. İbtidai təhsilini Üsküdarda "Gülfem Hatum" məktəbində, orta təhsilini isə "Toptaşı Askeri Rüşdiyyəsində almış, iki ilə qədər də "Fransız məktəbində" oxumuşdur. Atasının Selanikə sürgün edilməsi ilə əlaqədar olaraq, Ali Canib buradakı "Mülkiye" orta məktəbində təhsilini davam etdirmiş və axırıncı sinifdə olarkən imtahan verib. İstanbul Hüquq məktəbinə daxil olmuşdur. Bir il İstanbulda, dörd il də Selanik Hüquq məktəbində təhsil alsa da, Balkan müharibəsi başladığına görə o, təhsilini bitirmədən İstanbula getmişdi. 1908-ci ildən ədəbiyyat aləminə qatılan Ali Canib "Bahçe", "Aşiyan", "Kadın" jurnallarında şeirlər və məqalələr yazmağa başlayır. İstanbulda təşkil olunan "Fecri-Ati" cəmiyyətinin Selanikdə müxbiri olmuş və "Fecri-Ati"dən ayrıldıqdan sonra şeirlərini "Genç kalemler" məcmuəsində çap etməyə başlayır. 1911-ci ildə "Genç kalemler" jurnalının baş redaktoru olan Ali Canib, Ömər Seyfəddin ilə birlikdə "Yeni lisan" dil hərəkatının və "Milli ədəbiyyat" cərəyanının yaranmasına rəhbərlik etmişdir. Ali Canib həmçinin bir müəllin kimi fəaliyyət göstərmiş, "Selanik İttihat ve Terakvi" məktəbində, "Ali Ziraat" məktəbində, Çanakkale ve Gelenbevi Sultanilərində, "Kabataş liseyi" və "İstanbul erkek öğretmen" məktəblərində müəllimlik etmişdir. O, həmçinin Ali müəllimlər məktəbində ədəbiyyat müəllimi, Universitetdə də Türk ədəbiyyatı müəllimi olaraq işləmişdi.
Nazil Canibəyov
Nazil Fazil oğlu Canibəyov (21 sentyabr 1942, Bakı - 9 may 2017, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor. == Həyatı == 21 sentyabr 1942-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Elmi dərəcəsi: Kimya elmləri doktoru Elmi rütbəsi: Professor Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:02.00.13 - Neft kimyası Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2007, neft kimyası Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 185 Xaricdə çıxmış elmi əsərlərin sayı: 98 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 35 == Əsas elmi nailiyyətləri == Tərkibində heteroatom saxlayan polifunksional kompleksonlar və metalkompleks birləşmələrin sintezi üsullarının işlənib hazırlanması və onların tətbiq sahələrinin araşdırılmasından ibarətdir. Onun tərəfindən metalkompleks birləşmələr arasında “Stanaz” adlanan polietilenin qocalmasına qarşı stablizator yaradılmış və ondan istifadə edilərək xalq təsərrüfatında antistatik, işıq şüasına qarşı davamlı və UB şüaları özündən yaxşı keçirən polietilen örtük yaradılmış və tətbiq edilmişdir. Onun rəhbərliyi ilə polibutadienlərin alınma prosesində həm stabilizator, həm də katalizator kimi unikal xassə daşıyan nikel və kobalt metalkomplekslər işlənib hazırlanmış və Rusiyanın Yfremov sintetik kauçuq (ESK) zavodunda sənaye miqyasında tətbiq edilmişdir. Bu proses yüksək iqtisadi səmərəliyi ilə yanaşı, həmçinin ekoloji problemlərin də həllinə kömək edir. Kobalt saxlayan ditiofosfat-kompleksi həm ESK zavodunda, həm də Türkiyənin “Petkim” firmasında yüksək molekullu polibutadienin alınma prosesində katalitik sistemin komponenti kimi uğurlu sənaye sınaqdan keçmişdir. Son illər N.Canibəyov dien karbohidrogenlərinin polimerləşmə prosesləri üçün yeni tip heterogenləşdirilmiş katalitik sistemlərin yaradılması sahəsində tədqiqatlar aparır.