Nazil Fazil oğlu Canibəyov (21 sentyabr 1942, Bakı - 9 may 2017, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor.[1]
Nazil Canibəyov | |
---|---|
Nazil Fazil oğlu Canibəyov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
SSRİ-nin "Fəxri ixtiraçı" döş nişanı Dövlət orqanlarının və AMEA-nın Fəxri Fərmanları “Avropa Nəşr Mətbu Evi”-nin Qızıl medalı |
21 sentyabr 1942-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Elmi dərəcəsi: Kimya elmləri doktoru Elmi rütbəsi: Professor Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:02.00.13 - Neft kimyası Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2007, neft kimyası Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 185 Xaricdə çıxmış elmi əsərlərin sayı: 98 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 35
Tərkibində heteroatom saxlayan polifunksional kompleksonlar və metalkompleks birləşmələrin sintezi üsullarının işlənib hazırlanması və onların tətbiq sahələrinin araşdırılmasından ibarətdir. Onun tərəfindən metalkompleks birləşmələr arasında “Stanaz” adlanan polietilenin qocalmasına qarşı stablizator yaradılmış və ondan istifadə edilərək xalq təsərrüfatında antistatik, işıq şüasına qarşı davamlı və UB şüaları özündən yaxşı keçirən polietilen örtük yaradılmış və tətbiq edilmişdir.
Onun rəhbərliyi ilə polibutadienlərin alınma prosesində həm stabilizator, həm də katalizator kimi unikal xassə daşıyan nikel və kobalt metalkomplekslər işlənib hazırlanmış və Rusiyanın Yfremov sintetik kauçuq (ESK) zavodunda sənaye miqyasında tətbiq edilmişdir. Bu proses yüksək iqtisadi səmərəliyi ilə yanaşı, həmçinin ekoloji problemlərin də həllinə kömək edir. Kobalt saxlayan ditiofosfat-kompleksi həm ESK zavodunda, həm də Türkiyənin “Petkim” firmasında yüksək molekullu polibutadienin alınma prosesində katalitik sistemin komponenti kimi uğurlu sənaye sınaqdan keçmişdir.
Son illər N.Canibəyov dien karbohidrogenlərinin polimerləşmə prosesləri üçün yeni tip heterogenləşdirilmiş katalitik sistemlərin yaradılması sahəsində tədqiqatlar aparır. Alınmış nəticələr göstərir ki, bu tip katalitik sistemlər həm aktivliyə və selektivliyə, həm də məhsuldarlığı ilə məlum homogen sistemlərdən bir neçə dəfə effektlidir.