depeşa
depilyator
OBASTAN VİKİ
Depilyasiya
Depilyasiya — arzuolunmaz tüklərdən müvəqqəti olaraq xilas olmağı bildirən bir termindir. Mumla depilyasiya, maqqaş, tük tökən kremlər, epilator depilyasiya vasitələridir. Epilyasiya isə daimi və ya uzunmüddətli tüklərdən xilas olmağı ifadə edən termindir.
Mumla depilyasiya
Mumla depilyasiya arzuolunmaz tüklərdən xilas olmaq üçün istifadə edilən yapışqan tərkibli maddələrdən ibarət olan depilyasiya üsuludur. Ayrıca olaraq buna mumla depilyasiya edilməsi də deyilir. Mum depilyasiyası ən sadə və effektli üsullardan biridir. Prosedur zamanı soyuq, ilıq və isti mumlardan istifadə olunur. Həmin mum tüklərin olduğu hər hansı bir zonanın üzərinə yaxılır və bir neçə saniyədən sonra sürətlə, birdən qopardılır. Bu üsul tükün dartılıb qoparılması ilə əmələ gəlir, lakin tükün folikulu bu vəziyyətdə zədələnmir. Bu prosedur o qədər də ağrılı deyil. Pasiyentin həssaslığından asılıdır. Mum depilyasiyası ən qədim üsullardan biridir. Baxmayaraq ki, kosmetologiyada yeni texnologiyalar əldə edilib, mum depilyasiyası öz yerini vermir.