Mumla depilyasiya

Bir qadının qoltuqaltı nahiyəsinin mumla depilyasiyası.

Mumla depilyasiya, arzuolunmaz tüklərdən xilas olmaq üçün istifadə edilən yapışqan tərkibli maddələrdən ibarət olan depilyasiya üsuludur. Ayrıca olaraq buna mumla depilyasiya edilməsi də deyilir.

Mum depilyasiyası- ən sadə və effektli üsullardan biridir. Prosedur zamanı soyuq, ilıq və isti mumlardan istifadə olunur. Həmin mum tüklərin olduğu hər hansı bir zonanın üzərinə yaxılır və bir neçə saniyədən sonra sürətlə (birdən) qopardılır.

Bu üsul, tükün dartılıb qoparılması ilə əmələ gəlir, lakin tükün falikulu bu vəziyətdə zədələnmir. Bu prosedur o qədər də ağrılı deyil. Pasientin həssaslığından asılıdır.

Mum depilyasiyası ən qədim üsullardan biridir. Amma baxmayaraq ki, kosmetologiyada yeni texnologiyalar əldə edilib, mum depilyasiyası öz yerini vermir.

18-35 yaşlı qadınlar arasında aparılan sorğulara görə mum epilyasiyası hələ də aktualdır. Bu da ondan irəli gəlir ki, kimsə yeni texnologiyalara güvənmir, kim isə klassik metodlara üstünlük verir, kim isə prodedurlar ona ağrısız gəldiyi üçün başqa bahalı prosedurlara artıq xərc çəkmək istəmir.

Öz effektliyi, prosedurların ağrısız keçmətinə və yeni innovasiyalı texnologiyalarına baxmayaraq nə elektroepilyasiya, nə də ELOS sistemləri heç bir zaman mum depilyasiyasının yerini tutmayacaqlar.

Öz “köhnəliyə” baxmayaraq mum depilyasiyası (və ya Biodepilyasiya) bir neçə üstünlüklərə malikdir: effetlik, tezlik, ucuz qiymət və dərinin zədələnməməsi.

Üstünlükləri[redaktə | mənbəni redaktə et]

  • Tükün rənginin və bərkliyinin fərqi yoxdur
  • Tüklərin uzanmasını azaldır
  • Hər bir dəri tipinə uyğundur
  • Bu prosedur tüklərin naziyləşmə prosesinin stimullaşdırır
  • Qiymətlərin yüksək olmaması

Mum depilyasiyasının efektliyi fərdi səbəblərdən asılı olsa da, çox vaxt dəri 3-4 həftə hamar qalır.

Prosedur zonalardan asılı olaraq, 20 dəqiqədən 1 saatadək vax apara bilər. Daim bioepilyasiyadan istifadə edən insanlar üçün prosedurlar daha da tez keçir.

Əks göstərişləri[redaktə | mənbəni redaktə et]

Mum depilyasiyasının əks göstərişləri çox azdır. Onlardan ən əsasları – şəkər xəstəlikləri, venalarının varikoz genişlənməsi, qanın laxtalanma prosesinin pozulması, dermotoloji xəstəliklər və fərdi xüsusiyyətlərdir.

  • Şəkər
  • Dərinin zədələnməsi
  • Varikoz
  • Dəri xəstəlikləri
  • Dəridə xoşxassəli törəmələr

Mumla depilyasiyasdan əvvəl və sonra[redaktə | mənbəni redaktə et]

Mumla depilyasiya zamanı tükün uzunluğu ən azı 5 mm olmalıdır. Mumla depilyasiyadan sonra aşağıdakılara əməl edilməsi məsləhətdir:

  • Sakitləşdirici vasitələrdən istifadə etməyiniz məsləhətdir (pantenol, prisipka, talk)
  • Epilyasiya olan zonanı tərkibində spirt olan vasitələrlə silmək olmaz.
  • Prosedurdan sonra 1-2 gün hovuza, dənizə və s. getməmək tövsiyə olunur.