dive1
n 1. suya atılma / tullanma (adət. başıaşağı), baş vurma, dalma (suya); 2. id. başı üstə və ya ayaqla suya girmə; running ~ qaçaraq suya tullanma; standing ~ yerində dayanaraq suya tullanma; to take a running ~ qaçaraq suya tullanmaq; compulsory ~ suya məcburi / proqram üzrə tullanma; free ~s suya sərbəst tullanma; 3. qəfil hərəkət, atılma, tullanma, soxulma; to make a ~ into a shop dükana soxulmaq; 4. av. şığıma; 5. ucuz restoran, qəlyanaltı, qəlyanaltı dükanı; 6. yeraltı tunel (nəqliyyat üçün)
dive2
v 1. suya tullanmaq / atılmaq; baş vurmaq, cummaq, dalmaq (suya); to ~ for pearls mirvari üçün suya baş vurmaq; He dived from the bridge to rescue the drowning child O, batan uşağı xilas etmək üçün körpüdən suya tullandı / atıldı; 2. dən. dalmaq, suyun altına girmək (sualtı qayıq haq.); 3. av. şığımaq; 4. gözdən itmək, yox olmaq; to ~ into the bushes kol-kosun içində gözdən itmək; 5. dalmaq; aludə olmaq; to ~ into one’s work öz işinə aludə olmaq; 6. soxmaq, əlini salmaq; to ~ one’s hand into one’s pocket əlini cibinə soxmaq / salmaq